MƏMUR QOHUMUNUN MÜDHİŞ OĞURLUĞU
Tarix: 16-09-2011, 13:21 | Çap et
İCRA BAŞÇISININ BİRİNCİ MÜAVİNİNİN QARDAŞI OĞLU DANA OĞRUSU ÇIXDI
Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun qardaşı və bacısı oğlanları Kazımov Rauf Əlizadə oğlu ilə Quliyev Cavid Rza oğlu kütləvi şəkildə dana oğurluğu ediblər
Biləsuvar rayonunda son bir ayda kütləvi şəkildə mal-qara oğurluqları baş verib. Biləsuvar sakinləri dəfələrlə “Qafqazinfo”ya zəng edərək həyətlərində bəslədikləri ətlik danaların oğurlandığını, bu hadisənin artıq kütləvi şəkil alaraq bütün rayonu əhatə etdiyini bildiriblər.
Biz əvvəlcə redaksiya olaraq məsəlinin böyük xəbər yükü daşımadığını düşünmüş və onu işıqlandırmamışıq. Lakin Biləsuvar rayonunda baş vermiş bu hadisənin miqyası getdikcə artıb və bir neçə gün ərzində bütün rayonu ayağa qaldırıb. Belə ki, oğurluq hadisələri rayonun əksər kəndlərində, o cümlədən Nərimankənd və Xırmandalıda, həmçinin rayon mərkəzində baş verib. Bizə mal-qarası oğurlanan sakinlərin böyük siyahısı da göndərilib (hələlik onların adlarını açıqlamırıq).
Qeyd etdiyimiz kimi hadisə haqqında rayon polis şöbəsinə şikayətlər olsa da, buna o qədər də ciddi önəm verilməyib. Hətta sakinlərə heç yerə şikayət etməmək tövsiyə edilib. Lakin sakinlər ölçü götürülmədiyini görərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng ediblər. Nazirliyin məsələyə qarışması nəticəsində araşdırmalara başlanılıb. Həmin ərəfədə Biləsuvar sakinlərindən bir nəfər İrana gedib və hadisə haqqında İrandan Azərbaycanın hüquq-mühafizə orqanlarına teleqram vurub.
Məhz bundan sonra Biləsuvar polisi oğrular haqqında ölçü götürmək qərarına gəlib. Və oğrular elə həmin gün tutulublar. Məlum olub ki, hadisəni Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun qardaşı və bacısı oğlanları Kazımov Rauf Əlizadə oğlu ilə Quliyev Cavid Rza oğlu törədib. Rauf Kazımov Biləsuvar yanğınsöndürmə məntəqəsində çalışır.
Onlar Xırmandalı kəndində iş başında tutulublar. Hadisənin səhəri gün isə oğuluq baş verən digər yerlərdə çəkilişlər aparılıb və icra başçısının birinci müavininin qohumları oğurluqlarını etiraf ediblər. Onlar oğurladıqları danaları toylara verdiklərini, bazarda satdıqlarını, Bakıya ətliyə göndərdiklərini də ərizələrində yazıblar.
Bütün bunlardan daha sensasiyalısı isə Akif Kazımovun qohumları həbs ediləndən iki gün sonra məhkəmənin qərarı ilə zaminə buraxılıblar. Hazırda onların bəraəti üçün ciddi iş aparılır. Sakinlər polisə dəvət edilir və onlara şikayətlərini geri götürmək tövsiyə edilir. Oğurlanan onlarla mal-qaranın pulunun isə ödənəcəyi deyilir.
Görünən budur ki, bu ölkədə oğru olmaq və sonradan doğru çıxarılmaq üçün İcra başçısının birinci müavini Akif Kazımovun qardaşı oğlu olmaq yetərlidir. Əgər bu ölkədə qanun və ədalət mütləq hakimdirsə indi Akif Kazımovu da qardaşı oğluna qatıb “ətliyə” göndərməlidirlər. Ölkənin hüquq-mühafizə orqanları, prokurorluğu, polisi hansısa rayonda dana oğurluğu edən bir məmur qohumunu da həbsdə saxlamaqda acizdirsə, ölkədə hansı hüquq qorunmasından söhbət gedə bilər?
Biz hadisəni diqqətə saxlayacaq və nəticəsi, ölçü götürülüb-götürülmədiyi haqqında mütəmadi oxuculara məlumatlar verəcəyik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
| • Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00 |
|
|
|
| • İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
| • Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45 |
|
|
|
|