Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

VAXT EHTİYACI
Tarix: 27-10-2011, 12:15 | Çap et
VAXT EHTİYACI

Şahin Ağabəylidən yazmaq üçün onun ölümünəmi ehtiyac var idi?

Bir neçə gün əvvəl Azər zəng etmişdi. Ordan-burdan danışdıqdan sonra dedi ki, bəs unutmamısan da, ayın 27-si Şahinin ilidir: В«Xüsusi buiraxılış hazırlayırıq. Sən də bir yazı verВ». Mən də dedim ki, yox, unutmamışam, yazını da yazaram.
Amma yalan danışırdım. Unutmuşdum. Şahini yox, Şahinin yoxluğunun üstündən bir il keçməsini. Necə xatırlaya bilərdim ki?.. Ölümünə inanmadığın adamın, ölümünün bir ilini necə xatırlaya bilərsən ki?..
Ondan sonra Azərlə iki dəfə də telefonla danışdıq. İkinci dəfəsində mən zəng etmişdim. Yenə də yalan söylədim. Yazını yazmaya-yazmaya, dedim ki, bu gün yollayacam e-mailinə. Yollamadım. Sonuncu dəfə də Azər zəng elədi. Yenə də başqa səbəblə. Və yenə də yazını gözlədiyini bildirdi. Mən yenə də arxayın elədim ki, narahat olma. Yazı hazırdır. Amma yenə də yalan danışırdım. Yazı hazır deyildi. Yazını yaza bilməmişdim. Və yaza biləcəyimə də gümanım yox idi.
Öz-özümdə fikirləşirdim ki, yəqin indi Azər mənim barəmdə başqa fikirdədir. Yəni deyir ki, Məhəmmədin əlində yazı yazmaq nədir ki, niyə yubadır… Yox, Azər də məni yaxşı tanıyır. Az müddətlik yoldaşlığımız olsa da, yaxşı bilir ki, mənim əlimdə yazı yazmaq asan bir məsələdir. Amma bu dəfə o məndən yazı istəmir axı…

*****

Yox, bu dəfə mən pas. Alınmır. Bir neçə dəfə cəhd etməyimə baxmayaraq, yenə də alındıra bilmədim. Öyünmək olmasın, həmkarlarım mənim yazı sürətimə və yazılarımın keyfiyyətinə bələddirlər. Amma bu dəfə hamını yanıltdığımın fərqinə vardım. Yaza bilmirəm. Alınmır. Mənlik iş deyilmiş. Qardaş itkisini qələmə almaq hər oğulun işi deyil.
Yox, birinci dəfə yazdığım yazı deyildi ki… Göz yaşım idi. Artıq bu bir ildə hər addımda yadıma düşən Şahin üçün o qədər ağlamışam ki, daha gözümün yaşı da qalmayıb. Ki, onu bu dəfə də Azərə yazı kimi sırıyım.

*****

Qoy, bir arxivə baxım. Bəlkə internetdə eşələnim. Görüm, hansı dahi haqqında nələri yazıblar, mən də onları oğurlayım, adları dəyişim və öz yazım kimi Azərə verim. Onsuz da Şahin elə bir adam idi ki, başqalarının barəsində deyilmiş bütün xoş sözləri onun da ünvanına söyləmək olar.
Axtarış verdim. В«QəhrəmanВ», В«dahiВ» sözlərini yazıb В«google.azВ»da axtarmağa başladım. Bir nəticə olmadı. Yenə də yük üstümdə qaldı. Şahin boyda yük. Yazmalı idim. Göz yaşı axıtmalı idim.

*****

Nə zamansa ağlıma belə gəlməzdi ki, Şahin haqqında yazı yaza bilərəm. Açığı deyim ki, sağlığında belə bir istəyinin olduğunu dəfələrlə hiss etmişdim. Bəs necə, adam lider olmaq istəyirdi. İstəyirdi ki, bir mübarizənin önündə getsin. Sıradan birisi deyildi mənim qardaşım…
Mən də ya paxıllığımdan, ya da xəsisliyimdən guya ki, bunun bu dostdan umulan istəyini duymurmuş kimi davranırdım. Bir dəfə, təxminən 5-6 il əvvəl, mənə dedi ki, barəmdə bir yazı yaz. Mən də zarafata salıb dedim ki, tələsmə, öləndə yazaram. O da mənə dedi ki, yox, ona qalsa, sənə mənim barəmdə yazı yazmaq qismət olmayacaq…
İndi görürəm ki, Şahin mənə yalan danışıb. Artıq özüm də bilmədən onun barəsində ikinci yazını yazıram. Amma onu liderliyə, siyasətə daşıyacaq yazını yox, onun yoxluğunu ovunduracaq bir yazını yazıram.
Lənətə gəlsin belə dünyanı…

*****

13 il dostluğumuz oldu. Əslində xarakterlərimizdə yetərincə fərqlər var idi. Amma yolumuzun birliyi bizi bir araya gətirmişdi. Və 13 il onunla yoldaşlığımız oldu. Səngərlərimizi ara-sıra dəyişsək də, ayırsaq da, hədəfimizi dəyişmədiyimizdən, hər dəfəsində yenidən bir yerdə В«yola davamВ» dedik.
Deyirdi ki, əksəriyyət В«səninlə mənim bir yerdə olmağımızı istəmirВ». Deyirdi ki, В«əgər biz bir yerdə yenidən bir işin qulpundan yapışsaq, çoxları bundan narahat olacaqВ».
Sonra razılaşıb, В«Milli YolВ»u yenidən bərpa etmək qərarını verdik. Şüarımızı da seçmişdik. Seçmişdik deyəndə, oğurlamışdıq: В«DURMAQ YOX, YOLA DAVAMВ».
Nəinki yolumuza davam edə bilmədik, heç bizi hərəkət etməyə qoymadılar. Başımızdan elə basdılar ki, ikimiz də yerimizdə qaldıq. Qəzetlərdə ««Milli YolВ» yenidən qayıdırВ» anonsu da yalan çıxdı.
Anladım ki, düz deyirmiş. Bizi bir yerdə görmək istəmirlər. Bu, kimlərisə narahat edir. Ona görə də bu birlik niyyətinin bədəlini ağır ödəməli oldum.

*****

Yox, deyəsən, mən Şahin barəsində daha yazı yaza bilməyəcəm. Yox, inanın ki, bu dəfə də ona paxıllıq edirəm, həsəd aparıram. O, artıq yoxdur. Hətta yoxluğuna belə paxıllıq edirəm. Necə də rahatdır. Daha onun boynuna yük olmayıb ki, Məhəmmədin ölümünə yazsın. Mənim boynuma yük olub ki, onun ölümünə yazım.
Burada da məni qabaqladı. Necə ki, məndən bir il tez dünyaya gəlmişdi, məndən hər işində öndə idi. Eləcə də ölüm məsələsində məni üstələməyi bacardı.
Mən pas. Qardaş, daha geri dönə bilərsən.

*****

Azərə bilmirəm nə deyəcəm. Onu necə inandıracam ki, mən artıq Şahin haqqında yazı yaza bilmirəm. YAZMAQ İSTƏMİRƏM. Ağırdır mənə. Bunu bacarmıram.
İnanmayacq ki… deyəcək, yəqin tənbəllik edirəm. В«Məhəmmədin əlində yazı yazmaq nədr kiВ» deyib, qaramca deyinəcək də.
Amma inan, bacarmıram. Mənim əlimdə yazı yazmaq çox çətin bir işdir, qardaş. Buna özüm də şahid oldum.

*****

Bir ilə bax, ey… Mən bu günləri başa düşə bilmədim də. Elə qaçırlar ki, elə bil harasa tələsirlər. Sanki insanların ölüm anınını tezləşdirməyə tələsirlər. İnsanlara yazılan ömrün daha tez bitməsinə tələsirlər.
Şahinə də 34 illik ömür yazılıbmış. İllərə, aylara, günlərə bax, ey… Nə tez yetişdirdilər bu tarixi. İmkan da vermədilər ki, oğlunu böyütsün. Hələ arzularını demirəm. Ona görə də, gözümün düşməni saatdır. Dostlar da bilir ki, qolumda belə saat gəzdirmərəm. Sevmirəm də bu fələyin axarını…

*****

Şahini birinci dəfə В«AzadlıqВ» qəzetinin redaksiyasının çayxanasında görmüşdüm. Onda bığları da var idi. Bir az da Ərdoğana oxşayırdı. Doğrudur, o vaxtlar Ərdoğanı tanımırdım. Bəlkə də Şahin Türkiyə mühitində uzun müddət yaşayan birisi kimi Ərdoğanı tanıyırdı. Amma mən tanımırdım. Ərdoğan geniş planda peyda olandan sonra bir dəfə Şahinə qayıdıb dedim ki, В«sənin də Ərdoğan versiyan var idi ha, qaqa»… Dedi ki, yenə bığ saxlamaq fikrindədir. Amma imkanı olanda.
İmkan deyəndə, pul-paranı nəzərdə tuturdu. Deyirdi, В«köhnə kişilər bığa qulluq ediblər, bizimki bığ deyil, burnun altında tük topasıВ».
İmkanı olmadı. Gedəndə də möhtac getdi. Möhtac olmasaydı, qardaşımın o ölüm yolunda nə işi var idi ki?.. Elə bizim hər birimizi ehtiyac yıxdı və yıxacaq.

*****

Arabir köhnə günləri yada salrdıq. Ən xoşladığımız yer В«TorqovıВ» küçəsi idi və orada gün ərzində az qala 5-6 saat yol ölçərdik. Nəsimiinin heykəlinin yanından start götürüb, В«Kukla teatrıВ»nın qarşısındakı keçidə qədər gün ərzində bəlkə də 20-30 dövrə vurardıq.
Hər dəfə qabaqda gedərdi. İkimiz də bilirdik ki, bolluca vaxtımız var. Əslində heç bir işimiz yoxdur. Eləcə vaxt öldürməyə gəlmişik. Amma vaxtı da tələsə-tələsə öldürürdü. Deyirdim ki, hara tələsirsən, asta get, mən də çatım.
Hər dəfə də bir Türkiyə mahnısını zümzümə edərdi. Əhməd Qayanı ilk dəfə onun zümzümələrindən tanımışam. O Əhməd Qayadan oxuyanda acığıma gedərdi. Deyirdim ki, В«o lənətə gəlmiş türk düşmənindən oxumaВ». Deyirdi, В«Əhməd Qaya bir başqa aləmdir, məni onun fikirləri yox, fikirlərinə olan münasibəti maraqlandırırВ».
Yenə də acığıma gəlirdi. Amma indi başa düşürəm ki, o, özünün inqilabçı ruhunun musiqili ifadəsini Əhməd Qayada tapırdı. Hətta fərqinə varmırdı ki, Əhməd Qayanın musiqilərinin körüklədiyi ocağın tüstüsü onun da canından artıq sevdiyi millətini kor qoya bilər. Amma yenə də o bir Əhməd Qaya vurğunu idi. Çünki o, öz aləmində başqa bir Əhməd Qaya yaratmışdı.

*****

Bilmirəm, onun adını kim qoyub. Amma onu bilirəm ki, В«hər kəs adının yaratdığı mahiyyətə uyğun formalaşırВ» ifadəsi doğru ifadədir və Şahinə Şahin adını qoyan yanılmayıb.
Tam Şahin idi. Həyatını da Şahin kimi yaşadı. Şahin həyatı yaşadı. Hər zaman zirvəyə can atdı.
Kimin sözüdür bilmirəm. Amma tam olaraq Şahinə uyğun gəlir. Deyirlər ey, şahinlər zirvəyə enirlər, amma ilanlar zirvəyə sürünə-sürünə qalxırlar.
Bax, Şahin zirvəfə enənlərdəndir. Yəni onun enişi belə onu zirvəyə qaldırdı. Sürünməklə heç arası olmadı. Sevmədi sürünməyi. Elə hakimiyyətdə olmaq istəyirdi. Arzusu idi ki, hakimiyyət adamı olsun. Onunla bir olanların hakimiyyəti olsun və o da rahat-rahat öz hakimiyyətinə söykənib adamlığını etsin. Arzusu idi.
Eh, o qədər arzuları var idi ki…

*****

İndi də ölümündən bir il ötüb. Azər məndən yazı istəyir. Deyir ki, Şahinin ölümünün ildönümüdür. Düz bir il keçib. Mən də yazı yazmalıyam. Nətər deyim ki, Azər mənim yazım olmayacaq. Elə köhnə yazımı verərsən.
Yəqin ki, Şahin də məndən inciməz. Əşi, inciyir incisin. Özü bizi az incitdi?..
Heç olmasa, əvəz-əvəz olarıq.
Yox, alınmayacaq. Əvəz-əvəz ola bilməyəcəyik. Şahini kim əvəz edə bilər ki? Şahin itkisini nə ilə əvəz etmək olar ki? Bu dəfə də məni məğlub elədin. Dəhşət adam imişsən.
Deyirlər ey, bizdə bir nəfəri dəyərləndirmək üçün onun ölümünü gözləyirlər. Düz deyirmişlər. Eləcə də var imiş. Biz də sıradan birisi olduğumuzu sübuta yetirdik. Sübut elədik ki, Şahinə dəyər biçməyimiz üçün onun ölümünü gözləyirmişik.
Əli qırılsın. Əlimdə nə idi ki?.. sağlığında barəsində bir-iki xoş kəlmə, əslində həm də reallığı yazsaydım, əlim quruyardı… İndi məndə ortaya çıxıb kişilənərdim ki, bax, qrdaşım haqqında hələ sağ olanda bunları yazmışdım.
Eləməmişəm. Nə biləydim ki… Elə bilmişəm ki, vaxtım çoxdur. Şahindir də… durub orda. O sağ, mən də salamat. Vaxtımın çoxluğunu düşünmüşəm. Və yanıldığımı indi-indi anlayıram. Sən demə, mənim vaxtım çox olsa da, Şahinin vaxtı az imiş.
Ona bir azca da vaxt versəydilər, nə olardı ki…

Məhəmməd ƏRSOY -DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru