Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                 

Deputatın eks-nazirlə ortaq gizli silah ticarəti? – Azər Kərimli ilə bağlı şok iddialar
Tarix: 26-10-2015, 10:30 | Çap et
Deputatın eks-nazirlə ortaq gizli silah ticarəti?
Azər Kərimli faktiki olaraq Qax rayonunu idarə edir, hətta rayonun ayrı-ayrı idarə rəhbərlərini də vəzifəyə onun təyin elətdirdiyi və yaxud da vəzifədən çıxartdırdığı bildirilir.

Parlament seçkilərinin günü yaxınlaşdıqca bu prosesin iştirakçılarına maraq da artır. Bu sırada uzun illər susqunluğuna və passifliyinə görə yada düşməyən deputatlar daha çox diqqət çəkir.

Bu yazıda haqqında bəhs edəcəyimiz şəxs 3-cü çağırış dalbadal 112 Saylı Qax seçki dairəsindən deputat mandatı alan Azər Kərimlidir. Bu il keçiriləcək növbəti parlament seçkilərində onun namizədliyinin irəli sürüləcəyi qeyri-müəyyəndir. Çünki biznesmen-deputat kimi tanınan A.Kərimli bu illər ərzində passivliyi ilə yadda qalıb.

Seçicilərini baykot edən deputat

Azərbaycanın ictimai-siyasi elitasında da populyar olmayan Azər Kərimlinin qısa təqdimatını verək. 112 Saylı Qax seçki dairəsindən mandat alan bu şəxs 200-2005, 2005-2010 və 2010-2015-ci illərdə də Milli Məclisin üzvü olub. Millət vəkili olduğu 15 il ərzində Azər Kərimlinin deputat olaraq, fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib. Parlamentin sessiyalarının stenoqramlarında Azər Kərimlinin 7 il ərzində çıxış etmədiyi də bəlli olur. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır. Baxmayaraq ki, qanunvericilik deputatın biznes fəaliyyətinə qadağa qoyur. Amma parlamentin əksər üzvləri kimi Azər Kərimli də biznes fəaliyyətini yüksək səviyyədə quranlardandır. Onun həm ölkə daxilində, həm də xaricində bir sıra biznes şəbəkələrinin olduğu bildirilir. Azər Kərimli həm də seçicilərini boykot edən deputatlardandır. Milli Məclis əksər üzvləri kimi təmsil etdiyi rayonun əhalisinin problemlərinə biganədir. Paytaxtdan yüzlərlə kilometr uzaq məsafə olan Qax rayonundan gələn seçilərini belə qəbul eməyən deputat onları rayondakı В«köməkçisinəВ» yönəldib.

Legitimliyi şübhə doğuran deputat necə İtaliya Cəngavəri olub?

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri Azər Kərimli 2012-ci ildə İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni ilə təltif olunub. Sirr deyil ki, başqa ölkələrinin səfirliklərindən fərqli olaraq, İtaliya səfirliyi Azərbaycan mediası və vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıqda maraqlı deyil. Baxmayaraq ki, Avropa İttifaqının əsas dövlətlərindən biri olan İtaliya Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə susmamalıdır. Avropa İttifaqının və Avropa Parlamentinin Azərbaycanla bağlı mövqeyinin müdafiə olunmasında fəallıq göstərməlidir. Amma bunları bir tərəfə qoyub, seçicilərinin hüquqlarını qorumayan, ən azı mandatının legitimliyi şübhə doğuran bir deputata orden vermək yanlış siyasətdir. Məlum tədbirə medianın dəvətli olmaması səbəbindən Azər Kərimlinin cəngavərliyi barədə detallı bilgi əldə etmək üçün cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı maraqlı faktlar əldə etdik.

A.Kərimli məhz qoz ağacı biznesini bu ölkəyə daşıyıb və mebel sənayesində istifadə olunur. Qax rayonunda qoz ağaclarının kütləvi qırılması ilə bağlı hamı deputat A.Kərimlinin adını hallandırır. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”. Onun İtaliya dövləti tərəfindən В«CəngavarВ» elan olunmasının səbəbi ilə bağlı başqa bir məlumat əldə edə bilmədik. İtaliyanın Azərbaycandakı səfirliyində deputata В«cəngəvarВ» ordeni verilib. Bu da bilgi ala bilmədim. Ona görə də cənab Kərimli özünün cəngavərliyi barədə açıqlama ilə çıxış etməlidir.

Deputatın biznes dünyası

Yuxarıdakı qeydlərdən də göründüyü kimi Azər Kərimli parlamentin biznesmen deputatları sırasındadır. Əslində qanunlara uyarsaq, bir çox deputatların mandatı təhlükə altına düşmüş olacaq. Doğrudur, onların böyük əksəriyyəti əslində özlərinə aid olan biznes strukturlarını yaxınlarının adına keçiriblər. Amma öz adları ilə işgüzar fəaliyyətdə olanlar da yetərincədir ki, bunu müəyyənləşdirmək dövlətin müvafiq qurumları üçün bir an məsələsidir. Azər Kərimli ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda həmçinin bildirilir ki, millət vəkili Qax rayonunda tikdirdiyi şəxsi mülkləri ilə də məşhurdur. Məsələn, bir zamanlar Qaxın İlisu kəndində sovet dövründə salınmış “Füzuli bağı” vardı. Hə, vardı… Çünki indi bu bağın sadəcə adı qalıb. Bağın yanında isə Azər Kərimlinin tikdirdiyi imarət ucalır. Məlumatda həmçinin qeyd olunur ki, Azər Kərimli faktiki olaraq Qax rayonunu idarə edir, hətta rayonun ayrı-ayrı idarə rəhbərlərini də vəzifəyə onun təyin elətdirdiyi və yaxud da vəzifədən çıxartdırdığı bildirilir. Ona görə də Azər Kərimli qoz ağacı soyqırımını rahatlıqla həyata keçirə bilir və bu qoz ağaclarından hazırlanan materialların satıldığı ünvan isə kifayət qədər maraqlıdır. Bu apardığımız araşdırmalardan ilginc faktlar ortaya çıxıb. Aydın olur ki, Azər Kərimlinin şirkətində emal olunmuş, mebel sənayesi üçün qoz ağacından düzəldilmiş lövhələr hansısa kənar ünvana deyil, məhz İtaliyaya göndərilir. İndi deputatımızın İtaliyada nədən CƏNGAVƏR kimi görünməsinin sirri də çözülmüş olur.

Qaxda icra başçısı-deputat qarşıdurması

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bu rayondan seçilən millət vəkili Azər Kərimli arasında kəskin qarşıdurma yaranıb. Rayon İcra Hakimiyyətindən cumhuriyyet.az-a sızan məlumata görə, icra başçısı bu il keçiriləcək parlament seçkilərində öz adamını deputat seçdirmək istəyir. Bundan duyuq düşən hazırki deputat Azər Kərimli isə bütün əlaqələrini işə salaraq, icra başçısının əleyhinə iş aparmağa başlayıb. Məlumatlı mənbə iddia edir ki, icra başçısı Musa Şəkiliyev birinci müavini Tahir İsmayılovu deputat seçdirmək istəyir: “Artıq rayonda Tahir İsmayılovun deputat seçiləcəyinə dair təbliğat işinə start verilib. Hər yerdə deyilir ki, Azər Kərimli bu dəfə deputat seçilməyəcək. Onun yerinə Tahir İsmayılovu seçəcəklər və rayonda artıq bu istiqamətdə ciddi kampaniya aparılır”.

Mənbə bildirir ki, 112 saylı Qax seçki dairəsini təmsil edən deputat Azər Kərimlinin indiyə qədər Milli Məclisdə bir dəfə də olsun aktivlik göstərməməsi, nə plenar, nə də Komitə iclaslarında çıxış etməməsi, seçiciləri diqqətdən kənarda saxlaması Musa Şəkiliyevin işinə yarayır. O, bunu əlində bayraq edərək, seçicilərlə söhbətlərində “Sizə Azər Kərimli kimi yox, Tahir İsmayılov kimi deputat lazımdır” deyir. Hazırda icra başçısı ilə deputat arasında münasibətlərin son dərəcə gərginləşdiyini deyən qaynağımız hesab edir ki, bu mübarizədən Musa Şəkiliyevin qalib çıxması daha real görünür: “Onsuz da Azər Kərimlinin seçicilər arasında heç bir nüfuzu yoxdur. Onu əksər seçiciləri ümumiyyətlə tanımır. Yəqin ki, bu fakt Azər Kərimlini tamamilə bitirəcək və o, bu dəfə parlamentə mandat ala bilməyəcək”. (Cumhuriyyet.az)

P.S. Qeyd olunur ki, Qax meşələrinin qənimi olan Azər Kərimli bu ağacları əsasən Rusiyanın silah zavodlarına ixrac edir. “Kalaşnikov” silahında istifadə olunan taxta materialın məhz bu ağaclardan olduğu bildirilir. Mənbənin sözlərinə görə, A.Kərimlinin bu kimi strateji bir məsələdə təkbaşına olması imkansızdır. Həmçinin, Rusiyanın mühim strateji zavodları ilə əlaqə də bir deputatın imkanları xaricindədir. Ona bu məsələdə bir neçə gün öncə vəzifəsindən azad edilmiş MTN şefi Eldar Mahmudovun yardım etdiyi bildirilir. A.Kərimlinin FH nazirinin adını hər yerdə qabartmasında əsas məqsədin də əsl şefin gizlədilməsi olduğu vurğulanır. Deyilənlərə inansaq, MTN şefi Azər Kərimlinin şirkəti üzərindən bu biznesə imza atıb. Məhz nazirlər səviyyəsində həll olunan məsələdə A.Kərimlinin şirkəti icraçı olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru