Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                 

I Türkoloji Qurultayının qərarları hələ də aktualdır - Akif Aşırlı deyir ki...
Tarix: 15-01-2026, 05:53 | Çap et

I Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biridir. Prezident İlham Əliyevin “ITürkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Mövzu ilə bağlı "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı deyib ki, I Türkoloji Qurultayın həm elmi, həm də tarixi əhəmiyyəti son dərəcə böyükdür:

- Akif müəllim, siz əvvəllər də I Bakı Türkoloji Qurultayı və bu Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında dəfələrlə danışmısınız. Xatırlayıram ki, Heydər Əliyev Mərkəzində 3 may - Türkçülük Gününə həsr olunmuş “Dildə, fikirdə, İşdə Birlik: Türk dünyasının gələcəyi” adı altında paneldə bu məsələyə xüsusi diqqət çəkmişdiniz. I Bakı Türkoloji Qurultayı niyə bu qədər önəmli hesab edirsiniz?

- Bu təklifi yalnız o tədbirdə deyil, bir çox yerdə səsləndirmişəm. Məsələn, ötən ilin aprelində Ankarada Türk Ocağı Genel Mərkəzinin Qurultayında da söylədim ki, Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, milliyyətçi təşkilatlar gələn il Azərbaycanla bağlı tədbirlərini planlaşdırarkən I Bakı Türkoloji Qurultayının 100 illiyini də mütləq nəzərə alsınlar. Çünki bu qurultay türk xalqlarının, türk millətinin milli kimlik inşasında, ortaq türk əlifbasının işlənib hazırlanmasında son dərəcə mühüm hadisə idi. Eyni zamanda ortaq türk tarixinin yazılması, etnoqrafiyasının öyrənilməsi, arxeologiyanın sistemləşdirilməsi, milli mədəni nümunələrin axtarılması, yazılı türk tarixinin müəyyənləşdirilməsi baxımından bu Qurultay çox böyük əhəmiyyət kəsb edir. Prezident bundan əvvəl də iki dəfə Türkoloji Qurultayın keçirilməsi ilə bağlı sərəncam verib. Qurultayın 80 illiyinin, 90 illiyinin və bu il də 100 illiyinin keçirilməsi məhz həmin sərəncamlara əsasən qərarlaşdırılıb. Eyni zamanda nəzərə almalıyıq ki, bu münasibətlə keçiriləcək tədbirlər yalnız Azərbaycanda, Bakıda deyil, qarşıdakı həftələrdə və aylarda Türkiyədə və ümumilikdə Türk cümhuriyyətlərində də təşkil olunacaq. Çünki bu cür tədbirlər təkcə Azərbaycanda keçirilmir. Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda və digər türk respublikalarında da bu hadisənin mahiyyətini və bu gün üçün aktuallığını ortaya qoyan tədbirlər həyata keçirilir. Bizim üçün ən önəmli fakt odur ki, hələ 100 il əvvəl Bakı Türkoloji Mərkəz kimi tarixləşib. Bir əsr sonra da, yəni ötən il türk dövlətləri təşkilatı çərçivəsində ortaq türk əlifbası yenə də Bakıda təsdiqləndi. Qeyd edək ki, I Türkoloji Qurultayın 1925-ci ildə keçirilməsi nəzərdə tutulmuşdu, lakin müəyyən səbəblərə görə ertələndi.

- Ertələnməyə səbəb nə idi ki?

- Bunun səbəblərini müəyyən etmək üçün o dövrün arxiv sənədlərinə, qəzet materiallarına diqqət yönəltməliyik. Qurultayla bağlı həmin dövrdə çap olunan anadilli mətbuatda bu sualın cavabı var, bu da maddi çətinlikdir. Qurultay nümayəndələrinin sayı 130, qonaqların ümumi sayı isə 300-dən çox idi. Bu geniş heyətin qarşılanmasına, ehtiyaclarının ödənilməsinə, nəşriyyat işinin və qurultayın yüksək səviyyədə təşkilinə xeyli miqdarda vəsait lazım idi. Bu isə ömrünün 5-ci ilini yaşayan sovet Rusiyası üçün ciddi problem yaradırdı. İkinci səbəb isə gizli arxiv materiallarında əks olunub. Bu işi təşkil edənlər çəkinirdilər ki, qurultayda ərəb əlifbasının latın qrafikasına keçidi baş tutmaya bilər. "Ərəbçilər" adlandırılan bu zümrə latın qrafikasını sözsüz, birmənalı qəbul etmirdilər. Digər tərəfdən Türkiyədən dəvət olunan alimlər də, onların qurultayda hansı mövqe sərgiləyəcəkləri də qaranlıq qalırdı.

- 1925-ci ilin üzərində xüsusi dayandınız. Bilmək olar nə üçün?

- Çünki 1925-ci ildə Azərbaycan milli mətbuatının 50 illik yuibileyi, həmçinin Türk dünyasını birləşdirən böyük şair Əlişir Nəvainin 500 illiyi idi. Az öncə qeyd etdiyim kimi tədbirin 1925-ci ildə keçirilməsi nəzərdə tutulsa da, 1926-cı ildə keçirildi. Həmin dövrün anadilli mətbuat orqanlarında Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetinin 50 illiyi barədə yazılar çap olunmağa başladı. Azərbaycan milli mətbuatının son 50 ildə keçib gəldiyi yolla bağlı da xeyli materiallar qəzetlərdə işıq üzü gördü. Qurultayın təşkili ilə bağlı hesabat xarakterli yazılarda bu ali akademik tədbirlər çərçivəsində mətbuatın 50 illik yubileyinin keçirilməsi nəzərdə tutulurdu. Bu yöndə hazırlıqlara başlanılmışdır.

- Bəs Türkoloji Qurultay Azərbaycan mətbuatı üçün nə verdi?

- Birincisi, mətbuatımızda yeni bir texniki inkişaf mərhələsi, latın qrafikasına keçid dövrü baş verdi. Baxmayaraq ki, 1926-cı ildən əvvəl də latın qrafikasında bəzi qəzetlərimiz, onların bəzi yazıları, məqalə sərlövhələri nəşr olunub. Latın əlifbasına keçidlə bağlı Cümhuriyyət dövründə (1918-1920) bu istiqamətdə addımlar atılıb. Ümumilikdə isə qəzetlərimiz təxminən on il müddətində latın qrafikasında dərc olundu. Qeyd etdiyimiz kimi, həmin dövrdə Azərbaycan Milli Mətbuatının 50 illik yubileyinin keçirilməsi də I Bakı Türkoloji Qurultayın əsas istiqamətlərindən biri hesab olunurdu. Məhz buna görə 1925-ci ildə Rusiya ərazilərində və Tiflisdə Azərbaycan dilində çap olunmuş qəzetlərin və dərgilərin nüsxələrinin toplanmasına başlanıldı. Bunun üçün Rusiyaya, Tiflisə tədqiqatçılar göndərildi. "Kommunist" qəzetinin baş redaktoru Həbib Cəbiyev 1906-cı ildə Tiflisdə şərq dilləri üzrə senzor kimi çalışan Mirzə Şərif Mirzəyevə Azərbaycan türk mətbuatı tarixini yazmağı həvalə etdi, müqavilə imzaladı. I Bakı Türkoloji Qurultayı açılan gün, yəni fevralın 26-da "İsmailiyyə" binasında 1875-ci ildən 1925-ci ilə qədər Azərbaycanda ana dilində çap olunmuş bütün qəzet və dərgilərin sərgisi təşkil edildi. Doğrudur, Azərbaycan Milli Mətbuatının 50 illiyi ayrıca və geniş miqyasda qeyd olunmadı, amma sərgi təşkil edildi, mətbuatın yubileyi formal qeyd olundu.

Üçüncüsü və bizim üçün maraqlı olan məqamlardan biri də ondan ibarətdir ki, I Bakı Türkoloji Qurultaya gələn qonaqların qarşılanması, onlardan alınan müsahibələr ana dilində qəzet səhifələrində əksini tapıb. Bizim üçün ən vacib qonaqlardan biri də Türkiyədən vətənə dönən Əli bəy Hüseynzadə və Türk dünyasının çox qiymətli türkoloqu Məhəmməd Fuad Köprülü idi.

- Səhv etmirəmsə, Əli bəy Hüseynzadənin Qurultayda videogörüntüləri də mövcuddur.

- Bəli. Hətta bir il əvvəl həmin material üzərində ayrıca veriliş də hazırladıq.

- Türkiyədən Əli bəy Hüseynzadə həmin tədbirdə iştirak edə bilmişdisə, Əhməd bəy Ağaoğlu niyə həmin Qurultayda iştirak etmədi?

- Bunun səbəbi ondan ibarət idi ki, Əhməd bəy Ağaoğlu həmin dövrdə Ankarada Mətbuat və İstihbarat Ümum Müdürlüyünə rəhbərlik edir, mühüm bir vəzifə daşıyırdı. Həmçinin Qurultaya yalnız Əli bəy Hüseynzadə və Fuad Köprülünü dəvət etmişdilər. Onların da Bakıya gəlməsi, iştirakı böyük maraq doğurmuşdu. Çünki çoxları ərəb əlifbasından latın qrafikasına keçiddə Türkiyənin mövqeyinin necə olacağını bilmirdi, gizli sənədlərdə bu narahatlıqlar əks olunub.

Bu Qurultayda Avropa ölkələrinin, bütün dünyanın qəbul etdiyi çox böyük nüfuzlu dilçilər, türkoloqlar, toponimika üzrə mütəxəssislər iştirak edirdi. Dünyaca tanınmış akademiklər Bakıya gəlmişdi. Bütün bunlar onu göstərir ki, I Bakı Türkoloji Qurultayın həm elmi, həm də tarixi əhəmiyyəti son dərəcə böyükdür.

- Bəs Sovetlər Rusiyası bunu niyə edirdi?

- Birinci səbəb ondan ibarət idi ki, beynəlxalq aləmdə bolşevizm qəbul olunmurdu, millətlər həbsxanası adlandırılırdı. Rusiyanın əsarətindəki türk xalqlarını özgələşdirdiyi, milli mədəniyyət nümunələrini yox etdiklərini açıq söyləyirdilər. Ruslaşdırma siyasətində ittiham olunurdular. Bu qurultayın keçirilməsi sadalanan ittihamların əsassızlığının həm də sübutu üçün lazım idi. Digər tərəfdən onlar tabeliyindəki türk xalqlarının guya azadlıqlarını təmin etmək, təhsil səviyyəsi baxımından yüksəltmək və dövlətə bağlılıqlarını gücləndirmək istəyirdilər.

Amma bu siyasətin ikinci, üçüncü və daha dərin qatları da var idi. Həmin dövrdə Türkiyədə hələ ərəb əlifbasından istifadə olunurdu. Türkiyədən sovetlər birliyinə gətirilən kitablar, qəzet və jurnallar rahat oxunur, ideoloji fərqliliklər yaradırdı. Həm də Türkiyəyə maraq çox idi. 1920-ci illərdə müstəqilliyi zəbt olunan türk cümhuriyyəti liderlərinin böyük qismi Türkiyədə mühacirət həyatı sürürdü. Sovetlər latın qrafikasına keçid vasitəsilə Türkiyə ilə bu türk cümhuriyyətləri arasındakı əlaqələri qırmaq məqsədi güdürdü. Hətta buna görə M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan mühacirləri latın əlifbasına keçidin tərəfdarı deyildilər. Lakin 1928-ci ildə Türkiyənin latın əlifbasına keçməsi vəziyyəti dəyişdirdi.

Üçüncü səbəb isə din məsələsi idi. Müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim" ərəb əlifbası ilə yazılmışdı. Sovetlər dinsizləşdirmə və allahsızlaşdırma siyasətini effektiv aparmaq üçün ərəb əlifbasını dəyişdirmək, dini kitabları məhv etmək istəyirdi. Sovetlərin arzu və istəklərinə baxmayaraq, I Bakı Türkoloji Qurultayı qəbul etdiyi qərarlarla türklərin mədəni, tarixi həyatında mühüm rol oynadı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru