Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                 

“İran Venesuela deyil ki, prezidenti gecə ilə oğurlasınlar”
Tarix: 11-01-2026, 06:26 | Çap et

İranda iki həftəyə yaxındır davam edən etiraz aksiyaları qızğın mərhələyə keçib.

Artıq etirazçılar bir çox şəhəri ələ keçiriblər. Ələ keçirilən şəhərlərdə polis məntəqələri tutulub, polislər və SEPAH üzvləri isə ərazidən çıxarılıb. Yayımlanan videolarda etirazçılarla polislər arasında silahlı atışmaların da yaşandığı görünür. Artıq çox sayda insanın ölməsi də prosesin hansı mərhələdə olduğundan xəbər verir.

Ümumiyyətlə, İranda davam edən etiraz aksiyaları ölkədəki dərin sosial, siyasi və iqtisadi problemlərin açıq təzahürüdür. Xalqın əsas narazılığı həyat şəraitinin ağırlaşması, iqtisadi çətinliklər, işsizlik, bahalaşma və siyasi azadlıqlarınməhdudlaşdırılmasıilə bağlıdır. Xüsusilə gənclər və qadınlar arasında narazılıq dalğası sürətlə yayılır. Hökumətin sərt nəzarəti və təhlükəsizlik qüvvələrinin güc tətbiqi də etirazların qarşısını almağa yetərli olmur. Aksiyalar təkcə iqtisadi səbəblərlə deyil, eyni zamanda, azadlıq və ədalət tələbi ilə də müşayiət olunur. Bəzi bölgələrdə toqquşmalar və həbslər var.

Etirazçılar islahatlar və rejimin dəyişməsi yönündə tələblər irəli sürürlər. Bu isə ölkədə daxili sabitliyin daha da pozulmasına gətirib çıxara bilər. Beynəlxalq ictimaiyyət də prosesi yaxından izləyir. Bəzi ekspertlər isə prosesin gedişində ali dini lider Əli Xameneyinin devriləcəyini və ya ölkədən qaçacağını proqnozlaşdırırlar. Həmçinin, ABŞ-nin İrana hərbi müdaxilə ehtimalının da ciddi şəkildə masada olduğu deyilir.

İranda baş verən proseslərlə bağlı “Cümhuriyət”-in suallarını Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli cavablandırıb:

- Elman bəy, hazırda İranda davam edən etiraz aksiyaları əvvəlkilərdən nə ilə fərqlənir?

- İranda baş verən hadisələrlə bağlı müxtəlif gözləntilər var. Çoxunun gözlədiyi hadisə rejimin devriləcəyidir. Bu sual da əslində o gözləntidən doğub. Amma məsələ burasındadır ki, İrandakı aksiyalar əvvəlkilərdən heç nə ilə fərqlənmir. Son 50 ildə İranda baş verən etiraz aksiyaları elə bu ssenari ilə gedir.

Aksiyalar bazardan başlanır, xırda və orta tacirlər etiraz edir, sonra iqtisadi sıxıntı çəkən əhali, tələbələr yürüşə çıxır. Bütün etirazlarda olduğu kimi hakimiyyətin güc qüvvələri, zorakılıq aparatı aksiyaları qəddarlıqla etirazları dağıdır. Adətən inqilabın klassik formulu “yuxarılar əvvəlki qaydada idarə edə bilmir, aşağılar isə əvvəlki qaydada idarə olunmaq istəmir” şablonu işləyəndə nəticə olur.

İnqilabi situasiya yetişməyəndə isə aksiyalar nəticəsiz bitir. Daha dəqiq, xırda nəticələr qazanılır, amma əsas hədəfə nail ola bilmir. Bu dəfə İrandakı durum fərqli görünür. 40 illik sanksiyalar ölkəni iqtisadi uçurumun kandarına gətirib. Son 15 ildə sanksiyaların daha da sərtləşdirilməsi əhalinin vəziyyətini dözülməz hala salıb. Hətta rejimin qatı tərəfdarı olan tacirlər də narazıdır. İran neft və qazla zəngin ölkələrdəndir. Amma rejim neftdən gələn gəlirləri ölkənin inkişafına yönəltmək əvəzinə Yaxın Şərqdəki proksi qüvvələrin saxlanmasına xərclədi. Məlumata görə, 2018-23-cü illərdə İran neft satışından 250 milyard dollar gəlir əldə edib. Bu vəsaitin 30 milyarda yaxını Suriyada rejimin mövqelərinin saxlanmasına xərclənmişdi.

- Bəs nəticə nə oldu?

- Suriya rejimi devrildi, “şiə ayparası” darmadağın oldu. Yeri gəlmişkən, molla rejimi elə Azərbaycanın özündə xomeyniçiliyin ixracına nə qədər pul xərcləyib. Təbiət də sanki İranda inqilabi situasiyanıtətikləyir. Su qıtlığı son 3 ildə ölkəni çıxılmaz vəziyyətə salıb. Bu il paytaxt Tehranda qıtlıq dözülməz həddə çatmışdı. İnsanlar içməli su tapa bilmirdilər. Buna səbəb bərbad su idarəetməsi ilə yanaşı yağıntıların azalması, iqlimin quraq keçməsidir. Tarixə ekskurs etsək, analoji durum 1789-cu il Böyük Fransa Burjua İnqilabı zamanı yaranmışdı. İngiltərə ilə rəqabətdə olan Fransa Amerika qurtuluş hərəkatına maddi yardım edirdi.

Bu səbəbdən və kraliyyət ailəsinin lüzumsuz xərcləmələri üzündən büdcə boşalmışdı. Kral vergiləri artırıb xalqı narazı salmışdı. Üstəlik 1 il öncə ölkədə quraqlıq baş vermiş, ərzaq məhsullarının qıtlığı yaranmışdı. Göründüyü kimi, təxminən eyni durumdur. Amma bəzi səbəblər üzündən mən ciddi nəticə olacağına inanmıram. Rejimlə xalq arasında qırılma nöqtəsi olmalıdır. Onu yetişdirən hadisə isə baş verməyib.

- Necə düşünürsünüz, bu dəfə beynəlxalq güclərin İrana müdaxiləsi olacaq?

- 10 gündən çoxdur İranda başlayan etiraz aksiyaları zamanı 34 etirazçı qətlə yetirilib, çox sayda insan yaralanıb. Həbs edilənlərin sayı 2000-dən çoxdur. Qərbin insan hüquqları insitutları həmişəki kimi etiraz bəyanatları yayıblar. ABŞ Prezidenti Donald Tramp isə “İran rejimi etirazları yatırsa müdaxilə edəcəyik”,- deyib.

Amma bu inandırıcı deyil. İran Venesuela deyil ki, prezidenti gecə ilə gəlib oğurlasınlar. Hər halda İran rejiminin ciddi silahlı gücləri var. Onlar hələ ki aksiyaların bütün ölkəyə yayılmasına imkan vermirlər. İranda demək olar ki, hər on ildən bir bu cür qarşıdurmalar olur. İran böyük, çoxmillətli cəmiyyətdir. Orada rejimə etiraz aksiyaları da hər zaman möhtəşəm olur. Lakin rejimin qəddarlığı, acımasızlığı da özünü göstərir. Hələ ki rejim daxilində ciddi çat müşahidə olunmur.

İnqilab o yerdə baş tutur ki, rejimin daxilindən də üsyana dəstək verilir. Hazırda İranda bunu görmək mümkün deyil. Prezident Məsud Pezeşkianın “Etirazlara görə Amerikanı, İsraili günahlandırmaq lazım deyil, günahkar özümüzük” tipli bəyanatları əslində düşünülmüş manevrdir. Onu zatən prezident postuna buna görə gətiriblər. Bütün millət vəkili karyerası boyunca “xalqın adamı”, “humanist insan” imici qazanmış Məsud doktor rejimlə xalq arasında da münasibətləri yumşaltmalıdır. 10 il öncəki İran olsaydı, onu ya aradan götürər, ya da impiçmentlə yola salardılar.

- Güney azərbaycanlılar nə üçün etirazlara qarışmır və susur?

- Güney Azərbaycan xalqı da narazıdır. Onlar da iqtisadi sıxıntılardan əziyyət çəkir. Amma bu, milli zəmində başlanmış hərəkat deyil. Daha çox iqtisadi çətinliyin ortaya çıxardığı prosesdir. Güney Azərbaycan türklərinin prosesə dəstək verməməsinin dərin səbəbləri var. Güney Azərbaycan türk siyasətçi MirhüseynMusəvininrəhbərlik etdiyi “yaşıl inqilab”a da, 2022-ci ilin “hicab qiyamı”na da ciddi dəstək vermədi. Səbəb təkcə Xamneyinin türk olması amili deyil. Səbəb rejimə qarşı başlanmış bu etirazların başında duran və ya yönləndirən qüvvələrin türkləri xor görməsidir. Elə şahın oğlunun son çıxışlarına diqqət edin. Deyir ki, hakimiyyətə gəlsəm, atamı devirmiş türklərə yerini göstərəcəyəm.

Belə bir şovinistin ardınca kim gedər?

Həm də bir şeyi nəzərə alaq ki, İran SSRİ tipli dövlət deyil, fərqli sistemdir. Biz əslində İranda “fars şovinizmi” anlayışını çox şişirdirik. Məncə İranda daha çox farsdilli “məzhəb şovinizmi” var və onun da başında nə yazıq ki, türklər dayanır. Bugünkü rejimin dayağı da elə türklərdir. İnanc məsələsi qəlizdir. Məzhəb inancı, məzhəb birliyi ilə siyasi birliyi, kommunist və ya millətçiliynə dayanan inancı bir tutmaq olmaz. Məzhəb birgəliyi daha sıx, daha güclü və daha uzunömürlü olur.

- Prosesin sonu ali dini lider Əli Xameneyinin qaçması və ABŞ-nin İranı vurması ilə nəticələnə bilər?

- “İranın vurulması” məsələsi keçdi. Bu proses ötən yay həyata keçirildi. Vururlar, İran da vurur. İranın hərbi, mülki obyektlərini dağıdırlar, İran da cavab verir. Hava zərbələri ilə məsələni bitirmək mümkün olsaydı, yayda bunu edərdilər. Yaxşı da fürsət yaranmışdı. İranı vuran qüvvələrin özü də zərər görüb də. Onlar da ciddi itkilər verib. Yenidən hücum etmək üçün toparlanmaq vaxt aparacaq. Həm də ssenari bu idi ki, İranı hərbi infrasturukturunu dağıdandan sonra içəridə narazılığı tətikləsinlər. Onu da edirlər. İranın 1979-cu ildə devrilmiş şahı Məhəmmədrzanın oğlunu da ortaya atıblar. Amma Pəhləvilərin xalqla bağı çoxdan qırılıb. Həm də tarixin təkərini geri çevirmək olmaz.

Şah dövrü bitib. Postmolla rejimi dövründə tamamilə başqa qüvvələr meydana çıxacaq. İran rəhbəri Əli Xameneyinin qaçması isə bir az inandırıcı görünmür. O, sekulyar rejimin, hansısa siyasi partiyanın başçısı deyil, dini, mənəvi rəhbərdir. Qaçmaqdansa 86 yaşlı mənəvi liderin ölümü tərəfdarları üçün daha təsirli olardı. Xameneyi deyir “düşmən hücumundan” ölsə, varis planı asanlıqla həyata keçəcək. Yəni Xubrəqan Məclisi onun oğlu Müctəbanı rejimin başına keçirəcək. Amma Xameneyi qaçsa, İranın hazırkı ideoloji sistemini qoruyub saxlamaq mümkün olmayacaq. Ola bilər ki, ölüm təhlükəsi qarısında dini rəhbər yaxın xaricə üz tutsun. Yeri gəlmişkən, onun gedəcəyi ölkələr sırasında Türkiyə də var.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru