Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                     "Azərpoçt"un rəhbəri işdən çıxıb .....                     Kənd Təsərrüfatı Nazirliyinin tenderi .....                     Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                     Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                 

"Biz nefti ona görə veririk ki... - Cənubi Qafqaza daimi dinc həyat gəlsin"
Tarix: 11-12-2025, 09:38 | Çap et

Bəlli olduğu kimi, ötən ay - noyabrın 5-də və 8-də 35 ildən sonra ilk dəfə Rusiya və Qazaxıstandan Ermənistana buğda yüklərinin Azərbaycan və Gürcüstan üzərindən birbaşa dəmir yolu tranziti həyata keçirilib. Bugünlərdə isə Bakı qonşu ölkəyə neft məhsulları satmaq barədə qərar verib.

Qeyd edək ki, az öncə Azərbaycan və Ermənistan neft məhsullarının ixracını müzakirə edib. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Doha Forumunda çıxışı zamanı deyib. Hikmət Hacıyevlə eyni paneldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. Hikmət Hacıyev Azərbaycan üçün Ermənistanla müharibənin bitdiyini deyib. O, neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın keçən həftə Qəbələyə səfəri zamanı müzakirə edildiyini bildirib. H.Hacıyev həmçinin bir müddət əvvəl Azərbaycan ərazisindən Ermənistana buğda ixracına izn verilməsinin regionda sülh üçün vacib töhfə olduğunu bildirib.

Artıq o da məlumdur ki, Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk dəfə həyata keçiriləcək tranzitinə əlavə rüsum tətbiq etməyəcək. Baş nazir İrakli Kobaxidzenin göstərişi ilə “Gürcüstan Dəmir Yolları”na həmin yükün tamamilə pulsuz daşınması tapşırılıb. Bəllidir ki, Bakı-Tiflis-Ceyhan kimi nəhəng ixrac kəməri Azərbaycanın qlobal enerji bazarındakı rolunu möhkəmləndirib və neft məhsullarının emalı sahəsində də ölkə regionda aparıcı mövqedədir. Ermənistan isə enerji mənbələri baxımından məhdud imkanlara malikdir və neft məhsullarını əsasən idxal yolu ilə əldə edir. Bu idxal marşrutlarının böyük hissəsi yanlış geosiyasi xəritənin nəticəsi olaraq bahalı, riskli və məhdud alternativli olaraq qalır.

Buna görə də Ermənistan üçün Azərbaycan neftinin və neft məhsullarının potensial ixracı nəzəri baxımdan iqtisadi cəhətdən sərfəli görünə bilər. Lakin bu ehtimalın reallaşması ilk növbədə siyasi mühitdən asılıdır. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə böyük etimad uçurumu yaradıb. Neft və neft məhsulları kimi strateji əhəmiyyətli məhsulların ticarəti isə tərəflər arasında yüksək səviyyədə siyasi sabitlik və möhkəm etimad tələb edir.

Erməni jurnalist Arşaluys Mqdesyan yazıb ki, Azərbaycandan neft və neft məhsullarının idxalı ölkədə yanacağın qiymətini ucuzlaşdıra bilər (Teleqraf.az). Jurnalist qeyd edib ki, Ermənistanın pərakəndə satış bazarında benzin və dizel yanacağı Azərbaycandakı bazar qiymətlərindən iki dəfə bahadır: “Dünyanın müxtəlif şəhər və ölkələrində yanacağın qiyməti (benzin, dizel) ilə bağlı yenilənmiş və müqayisəli məlumatları təqdim edən ”Global Petrol Prices"in məlumatına görə, 2025-ci ilin dekabr ayında yanacaq bazarının orta qiymət mənzərəsi belədir:

Ermənistan

1 litr benzin - 1,36 dollar

1 litr dizel yanacağı - 1,31 dollar

Azərbaycan

1 litr benzin - 0,6 dollar

1 litr dizel - 0,5 dollar.

Ermənistanda yanacağın qiymətləri əsasən bazarın oliqopoliyalaşması və baha başa gələn maddi-texniki çətinliklər səbəbindən həmişə qonşu ölkələrlə müqayisədə yüksək olub".

Mqdesyan hesab edir ki, coğrafi yaxınlıq səbəbindən Azərbaycandan Ermənistana neftin daşınması ucuz başa gələcəyi üçün bu, daxili bazarda qiymətlərə də təsir göstərə bilər.

Bəs rəsmi Bakı sülh müqaviləsi imzalananadək İrəvana daha hansı güzəştləri edə bilər, neft-qazın satışı da mümkünmü? Nəhayət, Bakının bu güzəşti Ermənistanın Rusiya və İrandan asılılığını nə dərəcədə azaldacaq və Paşinyanın daxildəki mövqeyini necə ücləndirəcək?

ReAl Partiyasının sədri Natiq Cəfərli bildirdi ki, bu, artıq həll olunmuş məsələdir. Onun sözlərinə görə, yaxın vaxtlarda neft məhsulları Gürcüstan üzərindən Ermənistana göndəriləcək: “İlk partiya üçün Gürcüstan tranzit haqqı almayacaq. Ona görə də reallaşmaqda olan layihədir. Bu məsələnin Rusiya və İranı narahat etməsi Azərbaycanı maraqlandırmır. Əsas olan budur ki, iki tərəf qiymət məsələsində razılığa gələcək. Hesab edirəm ki, bunun davamı olaraq Azərbaycan qazının Ermənistana nəqli müzakirə ediləcək”.

Politoloq Züriyə Qarayeva da qeyd etdi ki, Azərbaycan və Ermənistan sülh razılaşmasını hərtərəfli inkişaf etdirir: “Cənubi Qafqaza sabitlik yalnız bir müqavilə imzalamaqla gəlmir. İstənilən sənəd hər an pozula bilər. Əgər biz dayanıqlı sülh və təhlükəsizlik istəyiriksə, bölgədə sabitliyi təmin edəcək addımlar atmalıyıq. Onlardan biri də iqtisadi sahədə əməkdaşlıq, enerji layihələri, logistikalar, dəhlizlərdir. Belə olan halda, hər bir tərəf əmin-amanlıq, stabillik istəyir. Çünki hərbi eskalasiya, qeyri-sabitlik olanda regionda inkişaf, sülh mümkün deyil. Ona görə həm neft məhsullarını göndərmək, həm gələcəkdə Zəngəzur dəhlizinin açılması Cənubi Qafqaza dayanıqlı sülh gətirə bilər. Bu qərar Avropa və ABŞ tərəfindən də alqışlanacaq. Azərbaycan dünyaya bir daha nümunə göstərir ki, 30 il torpağını yağmalayan işğalçı qüvvələri dəstəkləyənlər dərs götürsünlər, humanist olduğumuzu görsünlər. Biz 44 günə ədaləti bərpa etdik, indi isə barış əlini uzadırıq ki, bölgədə müharibələr yox, regional əməkdaşlığın inkişafı genişlənsin”.

Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublunun sözlərinə görə, sülhə aparan yol bir çox güzəştləri və əməkdaşlıqları zəruri edir. Onun fikrincə, Bakı nefti Ermənistana gedəcək və bu jestimizi qarşı tərəf dəyərləndirməyi bacarmalıdır: “Ermənilər bilməlidirlər ki, etdikləri cinayətlərə, torpaqlarımızı işğal altında saxlamağa, dinc əhalimizi qətlə yetirdiklərinə baxmayaraq, biz Qarabağı azad etdikdən sonra sülh naminə bu addımı atırıq. Hərçənd ermənilər nankordu və tarix boyu çörəyimizi yeyib, suyumuzu içib xəyanət ediblər, amma biz nefti ona görə veririk ki, Cənubi Qafqaza daimi dinc həyat gəlsin. Erməni xalqı və dövləti bunu qiymətləndirməlidir. Biz bu addımı ermənilər yox, sülh üçün atırıq”.

Hüquq müdafiəçisi hesab edir ki, bu razılaşma Paşinyana seçki ərəfəsində ciddi arqument qazandıra, rəqibləri qarşısında əlini gücləndirə bilər, həmçinin də Ermənistanın Rusiya və İrandan enerji asılılığı qismən azalacaq.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru