Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

"Mən Əli Kərimlini heç vaxt tənqid etməmişəm" - QALMAQAL
Tarix: 20-10-2025, 01:08 | Çap et

Musavat.com xəbər verir ki, Fransaya sığınmış AXCP Rəyasət Heyətinin üzvü, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı yazıçı Kəramət Böyükçölə qarşı kəskin ittihamlarla dolu geniş yazı paylaşıb.

Fuad Qəhrəmanlı yazısında Kəramət Böyükçölün Əli Kərimliyə yönəlik tənqidlərini “qərəzli və sifarişli” adlandıraraq bildirib: “Əli Kərimlini tənqid etmək olarmı? Bəli, əsaslandırılmış arqumentlərə söykənən tənqidə bizim etirazımız yoxdur. Amma illərlə repressiyalara, təzyiqlərə baxmayaraq, hələ də mübarizə aparan bir lideri, bir ‘müqavimət adasını’ qoruyan siyasətçini məqsədsiz və arqumentsiz hücumlarla hədəf almaq, sadəcə, ədalətsizlikdir.”

AXCP funksioneri vurğulayıb ki, Əli Kərimlinin liderliyi sayəsində Azərbaycanda real müxalifət hələ də mövcuddur: “Repressiyanın qılıncının dalı da, qabağı da kəsdiyi bir şəraitdə hələ də təslim olmayan, mübarizə aparan müxalifət varsa, bu, Əli Kərimlinin liderlik keyfiyyətlərinin nəticəsidir. Belə bir şəraitdə onu tənqid edənlər arqumentsiz görünür və qərəzlərini gizlədə bilmirlər.”

Qəhrəmanlı daha sonra Kəramət Böyükçölü “hakimiyyətin Əli Kərimliyə qarşı yaratdığı yandaşlıq mühitinə xidmət etməkdə” ittiham edib: “Əgər bu gün Əli Kərimlinin interneti kəsilib, qərargahı partladılıb, tərəfdarları həbsdədirsə, amma sən şəhərin mərkəzində avtobusda oturub kitab sata bilirsənsə, bu, sadəcə ‘hakimiyyətin fərqli münasibətidir’. Həmin münasibət də qarşılıqsız deyil.”

Fuad Qəhrəmanlı yazısını “ədəbiyyatın xarakter işi olduğunu” vurğulayaraq bitirib: “Yazıçılıq təkcə mətn yazmaq deyil, həm də xarakter məsələsidir. Əgər yazıçı hakimiyyətin əlində müxalifətə qarşı alətə çevrilirsə, bu, ədəbiyyat deyil.”

Kəramət Böyükçöldən cavab: “Fuad, şlanqını alıb əlinə, başlayıb profilini sulamağa”

Musavat.com xəbər verir ki, yazıçı Kəramət Böyükçöl Fuad Qəhrəmanlının bu ittihamlarına sərt və açıq dildə cavab verib. O, Fuad Qəhrəmanlını “yalan danışmaqda və öz keçmişini unutmaqda” ittiham edib: “Fuad Qəhrəmanlı mənim haqqımda bir yazı yazıb. Daha doğrusu, yazı deyil. Yenə şlanqını alıb əlinə, başlayıb öz feysbuk profilini sulamağa. Dediklərinin mahiyyəti də bundan ibarətdir ki, Kəramət hökumətin sifarişi ilə Əli Kərimlini tənqid edir.”

Kəramət bildirib ki, Əli Kərimlini heç vaxt tənqid etməyib, amma bunu etmə haqqına malikdir: “Mən Əli Kərimlini heç vaxt tənqid etməmişəm. Bir-iki dəfə replika atmışam, vəssalam. Amma tənqid eləyə də bilərəm. Əli Kərimli göydən-zaddan düşməyib ki, ona söz demək olmasın.”

O, daha sonra Fuad Qəhrəmanlının şəxsi həyatına və keçmişinə işarə edib: “Fuad, mən səni hələ 15 il bundan qabaqdan tanıyıram. Keçmiş həyat yoldaşın Zümrüd Yağmur Kəmaləddin Heydərovun maliyyələşdirdiyi saytda işləyirdi. Sən də hər səhər bahalı maşınla Zümrüd xanımı gətirib düşürürdün, sonra gedirdin Əli Kərimlinin yanına hakimiyyətlə mübarizə aparmağa.”

Kəramət daha da irəli gedərək Fuad Qəhrəmanlının 2020-ci ildə yayılan səs yazısına istinad edib: “O səs yazısında deyirdin ki, ‘mənim hakimiyyətin içində Naxçıvan klanı ilə əlaqələrim var, mən özüm gələcəm hakimiyyətə’. Bax, məhz sənin kimi adamlara görə AXCP-ni Ramiz Mehdiyevlə əlaqələndirirlər.”

Yazıçı həmçinin Qəhrəmanlının mühacirətini ironiya ilə tənqid edib: “Əgər AXCP-nin hakimiyyət perspektivi varsa, niyə Fransaya mühacirətə getmisən? Oturmusan orda, yazırsan ki, bu gün-sabah AXCP hakimiyyətə gəlir. Camaatı şlanqına sarımısan?”

Kəramət Böyükçöl tənqidlərə emosional tonla nöqtə qoyub: “İt zülmü ilə kitab sata-sata özümə balaca bir avtobus almışam. Gözləyirəm ki, biri gəlib 15 manat verib kitab alsın. Siz isə utanmadan danışırsınız ki, hakimiyyət Kəramətə avtobus alıb. Mən ilahi ədalətə inanıram. Əxlaqdan uzaq olan adamlar siyasətdə heç vaxt uğur qazanmayacaq.”

Bu qarşılıqlı ittihamlar sosial şəbəkələrdə geniş rezonans doğurub. İstifadəçilər iki cəbhəyə bölünüb, şərhlərdə bir-birinə tənqidlər, təhqirlər yağdırırlar.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru