Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

"Hamımız anlayırıq ki, səviyyələr bərabər deyildi" - deputat
Tarix: 16-10-2025, 08:49 | Çap et

Azərbaycanın futbol üzrə yığma komandası Fernando Santuşla yolları ayırdıqdan və Ayxan Abbasov baş məşqçi təyin edildikdən sonra sanki dirçəlməyə və öz oyununu tapmağa başlayıb. Komanda matçdan-matça daha inamlı və bacarıqlı görünür. Hələlik yekun nəticə ürəyimizcə olmasa da, Ukrayna millisi ilə son görüşdə bunu əyani müşahidə etdik.

Milli Məclisin deputatı Vüqar İskəndərov burada ən çox çıxış yolunu yerli məşqçinin milliyə rəhbərlik etməsində görür: “Uzun müddət ərzində legioner məşqçilərin, dünyanın tanınmış futbol mütəxəssislərinin milli komandamıza cəlb olunması və onların verdikləri nəticələr heç də qənaətbəxş olmadı. Bu mənada, son günlər AFFA-nın düzgün qərarı nəticəsində millinin yerli baş məşqçiyə - Ayxan Abbasova həvalə olunması hər bir futbol azarkeşində ümid yaratdı.

Həqiqətən də bu təyinatla bir daha təsdiq olundu ki, biz öz mütəxəssislərimizə etibar etməli, güvənməli və dəstək olmalıyıq. Yeni təyinatdan qısa vaxt keçməsinə baxmayaraq, milli komandanın ruhunda dəyişiklik açıq-aşkar hiss olunur. Elə ilk oyunda Ukrayna ilə heç-heçə etməsi, Fransa ilə oyunda döyüşkən bir komandanın meydanda olması bizə bir az da ümid verdi. Oktyabrın 13-də Ukrayna ilə Polşadakı oyun, əminəm ki, hər bir azarkeşi ümidləndirdi. Xüsusən oyunun ikinci hissəsində biz meydanda fərqli bir komanda gördük. Komandada milli ruh var, oyunçular son ana qədər mübarizə aparırlar.

Futbol azarkeşi olan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa milli futbol komandamızın Ukrayna ilə yaxşı oynadığını qeyd edərək, bildirib ki, bu dəfə məğlubiyyətə görə heç kim komandanı atəşə tutmadı: “Çünki hamımız anlayırıq ki, səviyyələr bərabər deyildi. Ancaq komandalar yalnız səviyyəyə görə uğur qazanmırlar. Ağıl və ruh faktoru çox önəmlidir. Komandamız ağlını və ruhunu ortaya qoydu. Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi. Fağır ona görə deyirəm ki, bu gün məcburiyyətdən onu bu postda saxlayıblar. Sabah kənarda hər cür sövdələşə biləcəkləri və təzminat ödəməyə hazır olduqları Santuş kimi birini tapsalar, Qurban Qurbanov, Arif Əsədov kimi onu da gözdən salıb uzaqlaşdıracaqlar.

İndi ona sevinirəm ki, futbolsevər Ayxan Abbasov futbol rəhbərliyindəki santuşsevərlərin və ya pulsevərlərin sifətinə son üç oyunla yağlı bir Osmanlı tokatı vurdu".

Həm Fransa, həm də Ukrayna ilə oyunları qarşılaşmanın keçirildiyi stadionlardan izləyən futbol mütəxəssisi Kənan Məstəliyev təəssüratlarını bölüşüb: “Bu səfərdə mən işin futbol yox, başqa - psixoloji tərəfinə daha çox diqqət yetirdim. Bu iki matçı milli komandada milli ideyanın bərqərar olması prosesinin başlanğıcı kimi gördüm. Məğlubiyyətlərə rəğmən dedi-qodunun olmadığını, kollektivçiliyin, əsl komanda ruhunun ön plana çıxdığını gördüm.

Bu səfərdə onu da başa düşdüm ki, ictimaiyyət (özüm də daxil olmaqla) olaraq bu milliyə, futbolçularımıza nəfəs almaq imkanı vermirik. Bəzən məntiqdən kənara çıxırıq. İddiamız istəyimizlə uzlaşmır, imkanlarımız da reallıqla.

Məsələn, Fransa millisinə qarşı hücum futbolu oynamağımızı istəyən kim varsa, onun ya bu oyundan başı çıxmır, ya da məqsədi başqadır. Qarşılaşmadan öncə “təki yeni Oser faciəsi olmasın”a dua edib, sonrasında söhbəti “bir dənə Mbappenin qabağını ala bilmədiz”ə çeviririksə, bu işdə bir yanlışlıq var.

Düşünmürəm ki, bir də “birdən filan komandadan 10 dənə buraxarıq” qorxusu yaşayaq. Başımıza gəlməməsi üçün necə davranmalı olduğumuzu başa düşdük. Çox vacib təcrübə oldu...

Ukrayna matçı isə yetkinliyin ilk qarşılaşması idi. Yaxşı müdafiə olunduq, mövqe hücumları da qurduq, qol da vurduq, yenə də vura bilərdik. Ukrayna televiziyası şərhçisinin 2-ci hissənin bir məqamında səsləndirdiyi “biz Azərbaycan yığmasıyla oynayırıq, yoxsa Braziliya” təəccüb dolu sualı da ayrı bir gözəllikdir. Eyni zamanda səhvlərimiz də oldu, bəxtimizin gətirmədiyi epizodlar da yaşadıq, qollar da buraxdıq, yenə də buraxa bilərdik. Bu, olası şeylərdir. Hakim köməyi də ukraynalıların dadına çatdı. Bu, olmasaydı, nəticə başqa cür ola bilərdimi? Bəli, ola bilərdi. Futbol həmişə siyasətlə iç-içə olub, amma hər şeyin də bir əndazəsi var, olmalıdır. Zəif yığmayıq deyə, basıb gözümüzü çıxarmalı da deyillər.

Millidə durum fərqlidir. Sənin Mahirə bir şey olsa, hücumda, Eminə bir şey olsa, orta xətdə, Bəhlula bir şey olsa, müdafiədə, Şahruddinə bir şey olsa (ki, oldu artıq), qapıda alternativ tapmağın müşkülə çevrilir. Ya yığmanı ucdantutma legionerlə doldurmalısan (bu da edilib, heç bir effekti də olmayıb), ya da yerli ehtiyat qüvvə istehsal etməlisən. Aşağı yaş qruplarımızdakı vəziyyət pisdir, bunu da bilirik. Amma başqa məntiqli variant yoxdur. İşləmək, düzgün işləmək, gələcəyimizi təmin etmək lazımdır. Buna isə vaxt lazımdır".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru