Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

“Türk Birliyinin beyin mərkəzi olan Türkiyə, soydaşına qapı bağlamamalıdır” - ETİRAZ VAR!
Tarix: 15-10-2025, 07:24 | Çap et

Türk dünyasının inteqrasiyasının və qardaşlığının daha da ön plana çıxdığı bir dövrdə, hüquqi çərçivələrdə yer alan bəzi ifadə və məhdudiyyətlər təəssüf ki, bu birliyin ruhuna uyğun gəlmir. Son günlərdə 2527 saylı qanuna edilən dəyişikliklər, xüsusilə də Türk soylu şəxslərin Türkiyədə işləməsinə dair yeni tələblər, istər hüquqi, istərsə də mənəvi baxımdan ciddi müzakirələrə səbəb olub. Maraqlısı odur ki, bu dəyişikliklərin mahiyyəti tam şəkildə anlaşılmadığından, Azərbaycan mediasında qanunla bağlı əsasən müsbət fikirlər səsləndirilir. Lakin məsələnin gerçək mahiyyəti göstərilən qədər sadə və müsbət deyil.
Türk coğrafiyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımız üçün nəzərdə tutulmuş bir qanunun, praktikada onları istisna etməsi, həm cəmiyyət daxilində, həm də Türk dövlətləri arasında suallar doğurur. Yeni tələblər, xüsusilə müstəqil Türk dövlətlərindən gələn vətəndaşların hüquqlarını birbaşa məhdudlaşdırmaq riski daşıyır. Bu isə həm ictimai fikirdə çaşqınlıq yaradır, həm də "Türk, Türkə yad ola bilməz" prinsipinə zidd olaraq, vahid Türk kimliyini sual altına alır. Bu məsələyə yalnız hüquqi deyil, həm də milli-mənəvi dəyərlər prizmasından yanaşmaq zəruridir.
 
Türk pedaqoq, yazıçı-jurnalist Murat Anar Sherg.az-a verdiyi açıqlamada qəbul edilən qərardan, eləcə də onun əsil mahiyyətindən danışıb:
"10 oktyabr 2025 tarixli "Rəsmi Qəzet"də yayımlanan 2527 saylı "Türk Soylu Xaricilərin Türkiyədə Peşə və Sənətlərini Sərbəst Yerinə Yetirə Bilmələrinə, dövlət və ya özəl qurum, müəssisə və ya iş yerlərində çalışa bilmələrinə dair qanun"un müvafiq hissəsində dəyişiklik edilib. Artıq iş icazəsi almaq üçün tələb olunan şərtlərin birlikdə yerinə yetirilməsi məcburidir. Əgər bu şərtlərdən biri belə yerinə yetirilməzsə, müraciət edən şəxs peşəsini və ya sənətini sərbəst şəkildə icra edə bilməyəcək, iş icazəsi ala bilməyəcək. Bizim coğrafi sərhədlərimiz fərqli olsa da, Türkük. Bir Türk yurdu başqa bir Türkə "xarici" olmamalıdır. 2527 saylı mövzu ilə bağlı qanun 25/09/1981 tarixində qüvvəyə minib. Türkiyədə "Türkəm" deməyin cinayət sayıldığı, irqçilik kimi qəbul edildiyi bir dövrdə qanunda yer alan “Türk soylu xaricilər” ifadəsi bütün Türk dünyasında narahatlıq doğurur. Burada təkcə idarəetmədə (yəni yalnız idarəçilikdə, yönetmelikte) yox, birbaşa qanunda dəyişiklik olmalıdır. 1980-ci illərdən qalan bu anlayış-Türkün Türkə "xarici" kimi baxması bu gün Türk Dövlətlərinin birliyindən danışdığımız bir dövrdə qəbulolunmazdır. Yeni idarəetmədə Türksoylu şəxsləri müəyyən etmə səlahiyyəti Prezidentliyə verilib. Məqsəd qurumlar arasında çoxbaşlılığı (yəni səlahiyyət qarışıqlığını) aradan qaldırmaq və prosesi sürətləndirməkdir. Yeni qaydalarda sadəcə “Türk soylu” olmaq kifayət etməyəcək. İş icazəsi almaq üçün Türksoyluların öz ölkələrində peşələrini yerinə yetirə bilmədiklərini sübut etmələri və yaşadıqları yerdə çoxluq təşkil edən etnik qrupdan fərqli olduqlarını isbat etmələri şərti gətirilib".
 
Türk jurnalist bu düzəlişi ictimaiyyət tamam fərqli başa düşdüyünə diqqət çəkib:
"Əslində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan vətəndaşları öz ölkələrində azınlıq olmadıqları üçün Türkiyədə iş icazəsi ala bilməyəcəklər. Əvəzində, İraqda, İranda, Çində yaşayan-yəni yaşadıqları yerdə azlıqda olan və ya Türksoylu olmayan dövlətlərin vətəndaşları iş icazəsi ala biləcəklər. Halbuki sadəcə Türkiyə prezidentinin imzaladığı hissəyə baxdıqda, sanki dünyada yaşayan bütün Türklərin Türkiyədə işləməsi asanlaşmış kimi görünür. Amma dəyişdirilən idarəetmənin 3-cü maddəsinin 10-cu bəndi təəssüf ki, yaşadığı yerdə azlıqda olmayan şəxslərin iş icazəsi ala bilməyəcəyini deyir. Eyni şəkildə, iş icazəsini çətinləşdirən 3-cü maddənin 9-cu bəndində isə belə bir ifadə var: “Əgər şəxs yaşadığı ölkədə peşəsini icra edə bilmirsə və Türkiyədə müxtəlif səbəblərdən yaşamalı olarsa...”-bu çox mücərrəd və subyektiv bir ifadədir. Bu, qeyri-obyektiv yanaşmalara səbəb ola bilər. "Şəxsin yaşadığı ölkədə peşəsini icra edib-etmədiyi hansı kriteriyalara əsasən müəyyən olunacaq?", "Bu "müxtəlif səbəblər" hansılardır, hansılar qəbul olunacaq, hansılar yox?"- bunlar müəyyən deyil".
 
Müsahibimiz Türkə “xarici” deyilməsinin doğru olmadığını və buna qarşı gəldiklərini söyləyib:
"Türk dövlətlərində yaşayan soydaşlarımızın Türkiyədə işləyə bilməməsini düşünmək belə ağırdır. Türkiyə, Türk birliyinin beyin mərkəzidir. Türkiyə, Türk dünyasının ağabəyidir. Bir daha vurğulayıram ki, Türk, Türkə xarici ola bilməz. Türk, Türk yurdlarının hər bir yerində rahatlıqla gedib peşəsini və sənətini icra etməlidir. Çalışa bilməlidir. İnanıram ki, Türk Birliyinə hər zamankından daha çox ehtiyac duyduğumuz bu dövrdə, Müstəqil Türk Dövlətləri vətəndaşlarının Türkiyədə işləməsinin qarşısındakı bütün maneələr ən qısa zamanda aradan qaldırılacaqdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru