Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

"Qəbələnin ev sahibi seçilməsi təsadüfi deyil..." - ÇÜNKİ...
Tarix: 7-10-2025, 06:37 | Çap et

Oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçiriləcək. Sammit “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr ediləcək. Toplantı bölgədə, həmçinin beynəlxalq miqyasda aktual məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə, o cümlədən Türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri qəbul etməyə imkan yaradacaq. Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT-nin Xarici İşlər Nazirləri Şurasının görüşü keçiriləcək. Dünən Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlanıb. Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da Türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək. Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub. Ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi, bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edilib.
Azərbaycanın tarixi Qəbələ şəhərində baş tutacaq bu əlamətdar tədbir tarix və müasirliyin vəhdətini simvollaşdırır. Türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə TDT-nin ümumi baxışını əks etdirir. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Azərbaycan TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması üçün mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir. Bununla da təşkilatın funksionallığının gücləndirilməsi işinə öz müstəsna töhfəsini verir.
 
Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a deyib ki, Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı türkdilli dövlətlər arasında həmrəyliyin, inteqrasiyanın və strateji əməkdaşlığın yeni mərhələsini ifadə edir. Ekspert vurğulayıb ki, ümumiyyətlə son dövrlərdə baş tutan zirvə görüşləri təkcə diplomatik hadisə kimi deyil, həm də XXI əsrdə türk sivilizasiyasının siyasi və mədəni dirçəlişinin təzahürü kimi təhlil edilməlidir: 
"Qəbələnin ev sahibi seçilməsi təsadüfi deyil. Azərbaycanın tarixi, mədəni və geosiyasi baxımdan türk dünyasının mərkəzində yerləşməsi bu şəhəri simvolik bir məkan halına gətirib. Zirvə toplantısı türk xalqlarının birliyinin tarixi dərinliyini, strateji əhəmiyyətini və gələcəyə yönəlik yeni çağırışlarını əks etdirir. Bu prosesin önündə dayanan şəxs isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun liderliyi altında türk dünyası yalnız ideoloji və mədəni baxımdan deyil, həm də siyasi, iqtisadi və hərbi baxımdan real inteqrasiyaya doğru irəliləyir. 44 günlük müharibədən sonra Azərbaycanın atdığı addımlar nəticəsində türk dövlətləri arasında qəbul olunan qərarlar, imzalanan sənədlər və verilən bəyanatlar türk dövlətlərinin koordinasiyalı xarici siyasət, vahid iqtisadi məkan və birgə müdafiə konsepsiyası istiqamətində iradəsini nümayiş etdirməkdədir. Halbuki, müdafiə və təhlükəsizliklə bağlı nəinki əməkdaşlıq, heç düşünmək belə 2020-ci ilə qədər mümkün deyildi. Mərkəzi Asiya dövlətləri bu riski düşünmürdülər. Prezident İlham Əliyev türk birliyinin ideoloji və institusional formalaşmasında sistem yaradan lider kimi çıxış edir. Onun təşəbbüsü ilə türk dövlətləri arasında əməkdaşlıq artıq sadəcə “mədəni qardaşlıq” çərçivəsini aşaraq praktik siyasi və iqtisadi sintezə çevrilib".
 
Analitik qeyd edib ki, Azərbaycan Prezidenti türk dövlətlərinin beynəlxalq arenada vahid mövqedən çıxış etməsinin vacibliyini daim vurğulayıb:
"Bu baxımdan Qarabağ müharibəsindən sonrakı mərhələdə türk ölkələrinin Azərbaycanla həmrəyliyi türk diplomatiyasının yeni modelini formalaşdırdı: "bir millət - çox dövlət, amma vahid strateji xətt". Türkiyə və Azərbaycan arasında “Bir millət, iki dövlət” konsepsiyası artıq TDT məkanında kollektiv təhlükəsizlik ideyasına çevrilməkdədir. Bu istiqamətdə real mexanizmlərin yaradılmasına, birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı, hərbi texnologiya mübadiləsi genişlənməkdədir. Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizi ideyası türk coğrafiyasının Avrasiya iqtisadi sisteminə bağlanmasını təmin edən strateji layihə kimi dəyərləndirilir. Bu dəhliz Türk Dövlətlərini Avropa və Asiya arasında yeni logistik xəttlə birləşdirəcək və TDT-ni qlobal ticarətin mərkəzinə çevirəcək".
 
Z.Məmmədov əlavə edib ki, Prezident İlham Əliyev türk birliyini təkcə siyasi layihə deyil, həm də sivilizasion model kimi təqdim edir:
"Onun çıxışlarında tez-tez səsləndirdiyi “türk dünyasının gələcəyi birliyimizdədir” fikri artıq strateji fəlsəfəyə çevrilib. Azərbaycan türklüyün, islam mədəniyyətinin və müasir dövlətçilik modelinin sintezini göstərərək, multikulturalizm və milli identiklik arasında tarazlığı qoruyan örnəkdir. Nəticə etibarilə bu gün birmənalı şəkildə qeyd edilməldir ki, Türk tarixində indiyə qədər heç bir dövrdə türk xalqları bu qədər vahid strateji platformada, bu qədər həmrəy və güclü şəkildə bir araya gəlməmişdi. Azərbaycanın da iştirakı və mühüm töhfələri ilə yuxarıda sadalananlar bu prosesin zirvəsini təşkil edir. Prezident İlham Əliyev təkcə milli lider deyil, həm də bütöv türk dünyasının inteqrasiya memarı, türk sivilizasiyasının XXI əsrdəki yenidən doğuluşunun ideoloqu kimi tarixdə qalacaq. Türk Dövlətləri Təşkilatının Azərbaycanda baş tutan toplantıları, o cümlədən Qəbələ toplantısı türk xalqlarının gələcək onilliklərdə vahid iqtisadi məkan, güclü hərbi sistem və dərin mədəni sintez şəklində formalaşacağına işarədir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru