Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, 6-sı qırmızı bülletenlə olmaqla, İnterpola verilən 8 nəfər xarici ölkələrdə saxlanılaraq, Türkiyəyə ekstradisiya olunub.
Onlardan biri, qəsdən adam öldürmə maddəsilə axtarışda olan İ.C. Azərbaycanda saxlanılıb.