Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                 

Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Tarix: 16-09-2025, 11:58 | Çap et

Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən 20.08.2025-ci il tarixdə başlanılmış “Gədəbəy şəhərində küçələrin asfaltlaşdırılması obyekti üzrə yerinə yetiriləcək əsaslı təmir işlərinin satın alınması” predmeti üzrə keçirilən satınalmada təchizatçılardan “PERİ CONSTRUCTİON” MMC satınalmanın qalibi seçilmiş və onunla 528 175,38 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 15.09.2025-ci ildə dərc edilmişdir.

Aktualinfo.org Gədəbəy rayon İcra Hakimiyyətinin beş yüz min manatdan yuxarı satınalma müqaviləsi bağlamaq istədiyi “PERİ CONSTRUCTİON” MMC ətrafında araşdırma aparmışdır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PERİ CONSTRUCTİON” (VÖEN: 1406918661) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.07.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev.35, m.37, qanuni təmsilçisi kimi isə Eminov Saleh Telman oğlu qeyd olunub.

Maraqlıdır, cəmi bir il əvvəl dövlət qeydiyyatına alınmış və cəmi 10 manat nizamnamə kapitalı olan bu MMC beş yüz min manatdan yuxarı dəyəri olan dövlət sifarişini yerinə yetirmək iqtidarındadırmı?

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin 12.12.2024-cü ildə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat var.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq “PERİ CONSTRUCTİON” MMC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir. Çox maraqlıdır ki, satınalan təşkilat olaraq Gədəbəy rayon İcra Hakimiyyəti təchizatçı olaraq “PERİ CONSTRUCTİON” MMC uyğunluq göstəricilərini hansı sənədlərlə qəbul ediblər?

Göründüyü kimi Gədəbəy rayon İcra Hakimiyyəti tender müsabiqəsinə başlamazdan bir il əvvəl yaradılmış bir MMC ilə satınalma müqaviləsi bağlamağı planlaşdırır. İcra Hakimiyyəti bir iləvvəl dövlət qeydiyyatına alınmış, fəaliyyət sferası, maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat olmayan bir MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlamaq istəyir?

Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyətinin digər satınalmalarda da analaoji hallara yol verməsi ilə bağlı Aktualinfo.org elə ötən ilin sentyabr ayında da məlumat yaymışdı. Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyəti 2023-cü ilin okytabr-noyabr aylarında Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların abadlaşdırılması üzrə “BİRLİK-23” MMC ilə ümumi dəyəri 1 102 141 manat olan iki satınalma müqaviləsi bağlayıb. Həmin vaxt Gədəbəydəki mənbələrdən əldə etdiyimiz məlumatlarda isə bildirilirdi ki, “BİRLİK-23” şirkəti başladığı işi yar-yarımçıq qoyaraq rayonu tərk edb. Yəni Gədəbəy rayon İcra Hakimiyyətinin ümumi dəyəri bir milyon manatdan çox olan bağladığı müqavilələr icra olunmayıb.

Sözügedən müqavilə ilə bağlı medianın sorğusuna Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələdən xəbərdar olduqlarını bildirib və qeyd ediblər ki, “Sözügedən müsabiqə “Dövlət Satınalmaalrı Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv olunması barədə Dövlət Xidməti tərəfindən satınalan təşkilata 12.10.2023-cü il tarixli 3-21-1/2-209051/2023 nömrəli məktub göndərilmişdir”.

Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyəti bu satınalmanı da “Dövlət Satınalmaalrı Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması ilə keçirib.Belə ki, İcra Hakimiyyətinin portala yerləşdirdiyi məlumatdan da göründüyü kimi satınalmada ümumilikdə 2 (iki) təchizatçı təklif təqdim etmişdir. Amma sözügedən Qanunun 36-cı maddəsinə görə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda ləğv edilməlidir.

Amma göründüyü kimi Gədəbəy rayon İcra Hakimiyyəti qanunu bu tələbini nəzərə almamış, üstəlik maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi müəmmalı olan “PERİ CONSTRUCTİON” MMC -ni qalib seçmişdir. Görsənən odur ki, “BİRLİK-23” MMC ilə bağlanmış ümumi dəyəri bir milyon manatdan çox olan müqavilələrin aqibəti bəlli olmadığı kimi bu müqaviləyə ayrılmış beş yüz min manatdan çox dövlət vəsaitinin də aqibəti bəlli olmayacaq.

Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ilin avqust ayından bu vəzifədədir. O, bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb və administrasiyada qərb bölgəsinin kuratoru kimi fəaliyyət göstərib. Başçı vəzifəsinə başladıqdan az müddət sonra Gədəbəyon Söyüdlü kəndində baş verən etirazlar Orxan Mürsəlovu gündəmə gətirmişdi. Medida yer alan məlumatlarda bildirilir ki, Orxan Mürsəlov özü haqqında Prezident Administrasiyasına gedən şikayətləri ört-basdır etdirirmiş.

Aktualinfo.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Bu gün, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Bu gün, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Bu gün, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Bu gün, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Bu gün, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Bu gün, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru