Erməni arxiyepiskop Mikael Acapaxyanın işi üzrə ilk məhkəmə iclası avqustun 15-də keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistanda hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunan Mikael Acapaxyan iyunun 28-də İrəvan birinci instansiya məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilib.