Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi .....                     Departament rəisləri işdən çıxarılıb? .....                     “Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” .....                     “10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi” .....                     Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? .....                     “Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” .....                     Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd .....                     “Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: .....                     Tramp-Putin görüşü Pekində reallaşa bilər .....                     Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? .....                     Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq .....                     Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb .....                     35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir .....                     Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? .....                     İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə .....                     AZAL Türkmənistana çarter reysi təşkil edəcək .....                     Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı .....                     Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… .....                     Anar Abdullayev məhkəmə zalında həbs olunub .....                     Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir .....                     Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? .....                     Nikol seçkilərdə qələbə qazandıqdan sonra... .....                     İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu .....                     Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi .....                     Zelenski tezliklə ölkədən qaça bilər .....                     Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək .....                     21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib .....                     Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu .....                     Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi .....                     Krımda Rusiyanın 5 qırıcısı vurulub .....                     Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti .....                     Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı .....                     Ermənistanda beynəlxalq investisiya dələduzluğu .....                     Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı .....                     “Mənim həyətimdən boru keçirmək istəyirlər” .....                     Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb .....                     Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır .....                     Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu .....                     Neft Fondundan 317 minlik qəribə tender: .....                     Mədinə Bağırova təqaüdə göndərildi .....                 

“Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” - Lenin dövlət yaratmamışdı, işğal etmişdi!
Tarix: Bu gün, 17:45 | Çap et

Azərbaycan-Rusiya münasibətlərinin gərginləşdiyi bir dövrdə Kreml təbliğat maşını yenidən işə salınıb. Bu dəfə hədəf Azərbaycanın dövlətçilik tarixidir.

Rusiya mediası utanmadan iddia edir ki, guya 1918-ci ilə qədər “Azərbaycan” adlı dövlət olmayıb, bu torpaqların müasir mənada dövlətçiliyi mövcud olmayıb və əslində bugünkü Azərbaycanı Vladimir Lenin yaradıb.

Saxtalaşdırılmış məlumatda utanmadan deyilir: “Tədqiqatçıların fikrincə, 1918-ci ilə qədər azərbaycanlıların öz dövlətçiliyi yox idi və özlərini çoxəsrlik milli ənənənin davamçısı hesab edən qonşu gürcü və ermənilərdən fərqli olaraq, Zaqafqaziya müsəlmanları özlərini daha böyük müsəlman dünyasının ayrılmaz hissəsi saysalar da, əslində Rusiyanın hökmranlığı altında idilər.

1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra Zaqafqaziyada baş verən inqilabi hadisələrlə əlaqədar olaraq üç müstəqil dövlət: Gürcüstan Demokratik Respublikası, Ermənistan Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti (əsasən Bakı və Yelizavetpol quberniyaları, Zakatpol quberniyalarının torpaqlarında) elan edildi.

Beləliklə, Azərbaycan dövlətçiliyi Leninin təşəbbüsü ilə yarandı, onun dövründə Azərbaycan imperiya əyalətindən Azərbaycan SSR-yə çevrildi”, -Bu, yalnız tarixi saxtalaşdırma deyil – həm də Azərbaycan xalqının milli kimliyinə, minillik dövlətçilik ənənələrinə qarşı açıq təxribatdır. Məqsəd isə bəllidir: Azərbaycanın suverenliyini şübhə altına almaq, milli yaddaşı zəiflətmək və Kreml qarşısında “tarixi minnətdarlıq” kompleksi yaratmaq.

Azərbaycan dövlətçiliyi heç bir halda XX əsrin məhsulu deyil. Bu torpaqlarda dövlət hələ eramızdan əvvəl mövcud olub. Manna dövləti (e.ə. IX–VI əsrlər), Midiya, Atropatena kimi dövlətlər regionun siyasi xəritəsini formalaşdırıb. “Azərbaycan” adının kökü də məhz Atropatena dövlətindən gəlir.

Eramızdan əvvəl IV əsrdən VIII əsrə qədər Qafqaz Albaniyası Şimali Azərbaycan torpaqlarında mövcud olub. Orta əsrlərdə Sacilər, Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi güclü dövlətlər həm bölgədə, həm də beynəlxalq aləmdə söz sahibi olublar. XVIII əsrdə isə Qarabağ, Gəncə, Şəki, Naxçıvan, Bakı, Şirvan və digər xanlıqlar yaranaraq faktiki müstəqil idarəetmə qurublar. Bu faktlar bir daha sübut edir ki, Azərbaycan dövlətçiliyi SSRİ-dən min illər əvvəl mövcud olub.

XIX əsrin əvvəllərində Rusiya imperiyası Qacar dövləti ilə müharibələr nəticəsində Azərbaycan torpaqlarını işğal etdi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycan tarixi torpaqları iki yerə bölündü. Şimal torpaqlarımız Rusiya imperiyasına qatıldı, milli dövlətçilik müvəqqəti olaraq zorla ləğv edildi.

28 may 1918-ci ildə Azərbaycan xalqı yenidən tarix səhnəsinə çıxdı və Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Bu, yalnız milli iradənin nəticəsi idi – heç bir Lenin “lütfü” yox idi. Cümhuriyyət Şərqdə ilk parlamentli respublika idi, qadınlara seçki hüququ verən ilk müsəlman dövləti idi, dövlət dili Azərbaycan türkcəsi elan olundu.

1920-ci il aprelin 28-də Sovet Rusiyası Azərbaycanı işğal etdi. Lenin və bolşeviklər Azərbaycanda dövlət qurmadılar – əksinə, mövcud müstəqil dövləti məhv etdilər, onun yerinə Moskvanın idarə etdiyi Azərbaycan SSR adlı qurum yaratdılar. Bu, dövlətçilik deyil, müstəqilliyin boğulması idi.

SSRİ dağıldıqdan sonra Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Bu, 1918-ci ildə qurulmuş Cümhuriyyətin varisliyinin bərpası idi. Azərbaycan xalqı öz dövlətini yenidən qurdu – Kreml diktəsinə və saxta “yaradılma” hekayələrinə baxmadan.

Kremlin bu cür iddialarının arxasında təkcə ideoloji yox, həm də geosiyasi hədəflər dayanır. Moskva Azərbaycanı “Sovet mirası” kimi təqdim etməklə beynəlxalq aləmdə onun tarixi legitimliyini zəiflətmək, eyni zamanda gələcəkdə geosiyasi təzyiq aləti kimi istifadə etmək istəyir.

Lakin faktlar dəyişməzdir: Azərbaycan dövlətçiliyi minilliklərə dayanır, Lenin isə bu dövlətin qurucusu yox, müstəqilliyini zorla əllərindən alan işğalçı idi.

Tarix üzrə fəlsəfə doktoru Boran Əziz Musavat.com-a açıqlamasında bildirib ki, bu gün Rusiya mətbuatında Azərbaycan dövlətinə, xalqına, tarixinə qarşı olduqca çirkin, tarixi həqiqətlərdən uzaq bir kampaniya başladılıb:

“Bunun səbəbləri hər kəsə məlumdur. Azərbaycan müstəqil siyasət yürüdür və bu, Moskvanın xoşuna gəlmir. Rusiya mətbuatı saxtakarlıqla yazır ki, guya Azərbaycanın dövlətçilik tarixi olmayıb, ölkəmizdə dövlətçiliyi ruslar yaradıb. Kökündən yanlışdır, Bizim dövlətimiz, iri şəhərlərimiz olduğu zamanda Rusiyada hələ dövlətin nə olduğunu bilmirdilər. 1947-ci ilin dekabrında Çaykovski adına konsert salonunda gəncənin 800 illik yubileyi keçirilərkən, məşhur rus şərqşünası Yevgeni Bertels çıxış edərək demişdi: “Mən Gəncəni və gəncəliləri ona görə sevirəm ki, 800 il bundan əvvəl knyaz Yuriy Dolqorukiy Moskvanın təməlini yenicə qoyarkən Gəncə nəyinki tarixi şəhər kimi mövcud idi, hətta cahana şərqin poeziya günəşi – Nizami Gəncəvini və gözllər gözəli -Göygölü vermişdi. Sonra da sual edirdi ki, bəs bu Gəncə haradadır?”. Moskva alimləri nəzərə alsınlar ki, Rusiyada Moskvanın əsası nə zaman qoyulub. Tarixi və elmi həqiqətə baxsınlar, 1813-və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqaviləsi ilə Azərbaycan xanlıqlarının işğal tarixini öyrənsinlər. 1805-ci il mayın 14-də Rusiya dövləti adından Qarabağ, Şəki xanlığı ilə, daha sonra Şirvan xanlığı ilə bağladıqları 11 maddədən ibarət andlı öhdəliklərə baxsınlar. Bizim dövlətimiz yox idisə, rus sərkərdəsi Sisianov bu müqavilələri kimlə imzalayıb?!

1917-ci ildə çar imperiyası devrildikdən sonra Azərbaycan 1875-ci ildən başladığı azadlıq mübarizəsini başa çatdırdı və tarixi torpaqlarımızn yalnız bir hissəsində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətini yaratdı. Bu cumhuriyyəti 1920-ci ildə 72 minlik 11-ci qızıl ordu işğal etdi. Ruslar türk xalqlarına hansı dövləti yaradıb? Tamamilə yanlış və həqiqətən uzaq fikirdir. İnsan nə qədər tarixdən və elmi ədəbiyyatdan uzaq olmalıdır ki, tarixi bu qədər saxtalaşdıra bilsin”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi – “Hücum” üçün yeni bəhanə
Bu gün, 19:15
Departament rəisləri işdən çıxarılıb? - "Bakı Metropoliteni"
Bu gün, 19:12
“Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” - ÇÜNKİ...
Bu gün, 18:05
“10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi”
Bu gün, 18:02
Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? - TENDER NƏTİCƏSİ
Bu gün, 17:54
“Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” - Lenin dövlət yaratmamışdı, işğal etmişdi!
Bu gün, 17:45
Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?
Bu gün, 17:40
“Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: - Regionda gərginlik artacaq
Bu gün, 17:38
Tramp-Putin görüşü Pekində reallaşa bilər - “Podmoskovie seqodnya”
Bu gün, 17:36
Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? – İrəvandan cavab
Bu gün, 17:33
Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
Bu gün, 17:31
Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb - NƏ ETMƏLİ?
Bu gün, 17:18
35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:16
Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? - AÇIQLAMA
Bu gün, 17:12
İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Bu gün, 17:08
AZAL Türkmənistana çarter reysi təşkil edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 17:06
Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 17:03
Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… - NƏ BAŞ VERİR?
Bu gün, 16:17
Anar Abdullayev məhkəmə zalında həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 16:07
Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:05
Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? - AÇIQLAMA
Bu gün, 16:00
Nikol seçkilərdə qələbə qazandıqdan sonra... Konstitusiyanı dəyişdirəcək!
Bu gün, 15:58
İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu - GƏLİŞMƏ
Bu gün, 15:51
Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi – Erməniləri həyəcanlandıran çağırış
Bu gün, 15:49
Zelenski tezliklə ölkədən qaça bilər - “Komsomolskaya Pravda”
Bu gün, 15:46
Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək
Bu gün, 15:44
21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - RƏSMİ
Bu gün, 15:40
Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu - DETALLAR
Bu gün, 15:35
Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi - QALİB ŞİRKƏT
Bu gün, 15:32
Krımda Rusiyanın 5 qırıcısı vurulub
Bu gün, 15:25
Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti - İNCƏLƏMƏ
Bu gün, 15:13
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı - TƏFƏRRÜAT
Bu gün, 15:09
Ermənistanda beynəlxalq investisiya dələduzluğu
Bu gün, 15:07
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı - Foto
Bu gün, 15:02
“Mənim həyətimdən boru keçirmək istəyirlər” – Naxçıvanda özbaşınalıq
Bu gün, 15:00
Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb - BUNDAN SONRA...
Bu gün, 14:28
Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır
Bu gün, 13:06
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - SİYAHI
Bu gün, 13:04
Neft Fondundan 317 minlik qəribə tender: - Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
Bu gün, 13:02
Mədinə Bağırova təqaüdə göndərildi
Bu gün, 13:01
Vaşinqtondan NƏ GÖZLƏYƏK? - GƏLİŞMƏ
Bu gün, 12:58
Mixail Qusman Bakıya gəldi - FOTO
Bu gün, 12:55
Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır
Bu gün, 12:53
Rusiyadakı miqrantların yaxınlarının nəzərinə – Pis xəbər
Bu gün, 12:49
Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 12:45
SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA: - “İsrail Xudafərindən 17 km aralıda hava limanı tikib”
Bu gün, 12:33
AMB “Viator Mikro Kredit Azərbaycan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 12:30
Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib
Bu gün, 12:22
41 dərəcəyədək isti gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
ABŞ ordusu Cənubi Qafqazda: - Bu bölgədə hansı proseslərin xəbərçisidir?
Bu gün, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru