“Azərbaycan Cüdo Federasiyası” İctimai Birliyinin vergi borcu yaranıb.
Pravda.az-ın xəbərinə görə, Federasiyanın dövlətə olan borcu 931.39 AZN-dir.
Büdcədən maliyyələşən və Nizamnamə kapitalı 0 AZN olan ictimai birliyin qanuni təmsilçisi Rəşad Nəbi oğlu Nəbiyevdir. O, rəqəmsal inkişaf və nəqliyyat naziridir.
Xatırlatma: Təşkilata 2024-cü il üzrə vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası tətbiq edilib.