“Ə, o 20 manata toya gedən adamdır. O kimdir ki, ondan soruşursan, maşınını neçəyə almısan?!”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu “Tarixin bir günü” verilişində deyib.
Sənətçi bəzi sənəti olmayanları tərifləyib dağ başına qaldıran aparıcılara əsəbiləşib:
“Baxırsan, verilişdə sənətkarlar əyləşib. Aparıcı onların yanlarında sənətdən xəbəri olmayan birinə sual verir ki, maşınını neçəyə almısan, haradan almısan? Ə, o 20 manata toya gedən adamdır. O kimdir ki, ondan soruşursan, maşınını neçəyə almısan?! Sənin nəyinə lazımdır axı onun maşını?! Sən sənətdən sual ver, qoy, sənətdən danışsınlar”.