Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                 

Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi - "Birləşin, təşkilatlanın, etiraz edin..."
Tarix: 15-07-2025, 06:23 | Çap et

"Rusiyanın Azərbaycanla bağlı siyasəti müvəqqəti yumşalsa da, bu, uzunmüddətli sabitlik anlamına gəlmir. Buna görə də Rusiyada yaşayan həmvətənlərimizin ehtiyatlı davranması, vəsaitlərini başqa ölkələrə yönəltməsi və xüsusilə vətənlə əlaqələrini gücləndirməsi məsləhətdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib:

"Təbii ki, Rusiyanın Azərbaycana qarşı bir neçə təsir vasitəsi var: "Onun biri Rusiyada yaşayan azərbaycanlı miqrantlardır. İkincisi, Rusiya-Azərbaycan ticarətidir. Üçüncüsü, Azərbaycanın daxilindəki etnikləri Azərbaycan dövlətinə qarşı separatçı hərəkətlərə cəlb eləməkdir. Dördüncü və ən sonuncusu, radikal şəraitdə hərbi təhdiddir. İndiki halda Rusiyanın Azərbaycana hərbi təhdidi mümkün deyil. Çünki Azərbaycan Çin, Hindistan, Pakistan, Türkiyə, Amerika və bir çox ölkələrlə hərbə strateji müttəfiqlikdədir. Rusiya cəsarət edib, Ukraynadan fərqli olaraq, Azərbaycana qarşı hərbi güc tətbiq edə bilməz".

S.Cəlaloğlu vurğulayıb ki, rusların Azərbaycanın daxilindəki etniklərin siyasi məqsədlər üçün istifadə edilməsi ilə bağlı acı təcrübəsi var : "Sadval təşkilatı və bir sıra ideyalar var idi ki, həmin ideyalar məhv edilib. Artıq Azərbaycanda etnik separatizmə meyl edə biləcək bir qüvvə yoxdur. Çünki ən klassik separatizmin nümunəsi kimi, erməni separatizmi, 44 günlük müharibə nəticəsində sıradan çıxmışdır. Bu da göstərir ki, Rusiyanın əlində daxildən Azərbaycana təzyiq edəcək bir qüvvə yoxdur.
Son vaxtlar Rusiya-Azərbaycan münasibətləri gərginliyi fonunda Rus mədəniyyət evinin rəhbəri Primakov belə bir fikir bildirmişdi ki, "hətta Azərbaycanda yaşayan ruslardan belə biz dəstək görmədik". Əgər bugün Azərbaycanda yaşayan ruslar Putinin siyasətinin əksinə Azərbaycanı dəstəkləyirlərsə, bu o deməkdir ki, artıq Azərbaycanda etnik kimlikdən istifadə edib aranı gərginləşdirmək mümkün deyil".

Partiya sədrinin sözlərinə görə, Kreml qalan iki məsələdən- ticarət və miqrantlar məsələsindən geniş istifadə edir: " Məsələn, müxtəlif bəhanəlar altında Azərbaycandan Rusiyaya gedən kənd təsərrüfat məhsullarını məhdudlaşdırır, eləcə də orada bazarlarda Azərbaycanlılara böyük təziqlər edilir və s. Eyni zamanda Rusiyada miqrant həyatı yaşayanlar və yaxud da Rusiya vətəndaşı olan, Rusiyanın ictimai-siyasi həyatında ciddi iştirak edilən insanlara qarşı repressiyalar həyata keçirilir. Vətəndaşlıqlarını ləğv etmək, zorakı yolla müharibələrə göndərmək və yaxud da müxtəlif qeyri-qanuni təzyiqlər tətbiq edilir. Məqsəd Azərbaycanı Rusiyanın imperial maraqlarına xidmət elətdirməkdir. Mənim fikirlərimə görə, artıq Azərbaycanda Rusiyanın təzyiqlərinə qarşı kifayət qədər dövlət immuniteti yaranıb. Azərbaycan rəhbərliyinin davranışları bunu göstərir ki, Azərbaycan çox arxayın bir şəkildə Rusiyanın imperial tələblərinin hər birindən imtina edir. Bu mənada Rusiyanın orada yaşayan azərbaycanlılarla bağlı apardığı siyasət ilk növbədə Rusiyanın öz əleyhinə olacaq. Söhbət Rusiyanın əmək bazarından 3, 5 milyon azərbaycanlının çıxmasından gedir. Həmin şəxslər Rusiya dövlət büdcəsinə kifayət qədər vergi verirlər, Rusiyanın ictimai-siyasi həyatında aktiv mövqe nümayiş etdirirlər. Adi bir faktı qeyd etmək istəyirəm ki, Moskvada ruslardan sonra ən çox yaşayan etnik kimlik azərbaycanlılardır. Statistikaya görə sayı bir milyondan çoxdur. Bu siyasət Rusiyaya mənfi təsir göstərir, işçi qıtlığı meydana gəlir. Sadəcə, xalq olaraq, millət olaraq, dövlət olaraq biz indi bu təzyiqlərə dözməliyik. Suverenliyimiz və müstəqilliyimiz bizim dözümümüzdən asılıdır. Bizi öz imperial təsirinə salmaq istəyən Rusiya və başqa dövlətlərin təzyiqlərinə dözə bilsək, bir o qədər Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, suverenliyi möhkəmlənəcək. Ən vacibi isə odur ki, bir daha həmin dövlətlər Azərbaycanı öz təsirlərinə salmaq fikrinə düşməyəcəklər. Ona görə bu gün biz millət və dövlət olaraq çox ciddi bir imtahandan keçirik. Rus imperiyasının Azərbaycan üzərindəki 150 illik imperial təsirlərindən xilas olmaq yolundayıq və təbii ki, bu zaman ən ciddi təzyiqlərlə üzləşməyimiz də normaldır".

S.Cəlaloğlu əlavə etdi ki, bu gün Ukraynanın müharibəyə məruz qalmasının da səbəbi müstəqillik və suverenlik yolunu seçməsidir: "Digər respublikalara da Rusiyanın təzyiqinin yeganə məqsədi onların müstəqillik və suverenliklərini məhdudlaşmaqdır. Mən gələcəyə çox ümidlə baxıram. Birincisi, bu Azərbaycan xalqı 1813-cü ildən Rusiya işğalına qarşı əlində silahla, sözlə, əqidəsi ilə vuruşub. Elə bir dövr olmuyub ki, azərbaycanlılar Rus imperiyası ilə razılaşsın. İstər sovet dövrü olsun, istər çar Rusiyası, istərsə də indiki Rusiya. İkincisi, Şimali Azərbaycanda vaxtilə 200-300 min adam yaşayırdı. Amma bu gün 10 milyondan artıq adam yaşayır. Yəni, əgər 200-300 min azərbaycanlı Rusiya imperiyasına qarşı müqamət göstərirdisə, indiki Azərbaycanın 10 dəfə, 100 dəfə ondan güclü müqavimət göstərmək imkanı var. Azərbaycanın uzun illər özünün yüksək təlim keçmiş, yüksək texniki təchizatlı ordusu olmayıb. Bu gün belə bir ordumuz var. Yəni, faktiki olaraq müharibə sınağından keçmiş, təcrübəli bir ordumuz var. Təcrübəli generallarımız, zabitlərimiz var. Vətənpərvər gənclərimiz var ki, vətən, xalq üçün hər cür fədakarlığa hazırdırlar. Biz bunu 44 günlük müharibədə gördük. Eləcə də bizim çox ciddi və güclü müttəfiqlərimiz var. Türkiyə, Pakistan, İsrail, Çin, bəzi Avropa ölkələri.
Yəni, bütün bunların hamısı bizim müstəqillik və suverenliyimizin geri dönməzliyini təmin edən amillərdən bəziləridir".

Partiya sədri Rusiyada yaşayan azərbaycanlılara da səsləndi: "Rusiyada yaşayan azərbaycanlı qardaşlarımıza da deməliyəm ki, hər birimizin marağı dövlətimizin, xalqımızın marağından sonra gəlir. Heç kəs özünün şəxsi marağını dövlət və milli maraqlardan önə çəkə bilməz. Bu baxımdan, onlara qarşı orada hər hansısa bir qeyri-qanuni addımlar atıblarsa, ona dözməlidirlər və bilməlidirlər ki, bu Azərbaycan xalqı və dövləti naminə onlara qarşı edilən təzyiqlərdir. Ona görə də dözüm mümayiş etdirməli, daha sıx birləşməlidirlər. Rusiyada yaşayan Azərbaycanlıların ən böyük problemi onların dağınıq olması, təşkilatlanmaması və diasporanın qeyri-siyasi qövvələrinin əlinə keçməsidir. Elə əsas orada cinayətkarlıqda ittiham edilən diasporanın rəhbərləridir. Yəni azərbaycanlıların Rusiyada ciddi və güclü şəkildə təşkil olunması, onların təhlükəsizliyinin və hüquqlarının qorunmasının qarantı deməkdir. Artıq Rusiyanın digər qeyri-rus xalqlarında da oyanma var. Türk xalqları arasında tatarlar, başqırdlar, altaylar və s. arasında böyük bir etiraz var. Vahid bir miqrant təşkilatı yaradılmalıdır. Qırğızlar, özbəklər, qazaxlar, Azərbaycan türkləri bu təşkilatın himayəsi altında olmalıdır. Eləcə də, Rusiyada yaşayan qazax, özbək, Azərbaycan, türkmən diasporaları öz fəaliyyətlərini əlaqələndirməlidirlər. Təbii ki, Rusiyanın təzyiqlərinə qarşı Pakistanın və Türkiyənin də imkanlarından geniş istifadə eləməliyik.
Azərbaycanın Rusiyanın təzyiqlərinin qarşısında durması üçün kifayət qədər özünün vasitələri, resursları var. Bu təzyiq artacağı təqdirdə biz artıq dostlarımızın da köməyinə müraciət edə bilərik. Məncə azərbaycanlılara qarşı münasibət müəyyən mənada nə vaxtsa müvəqqəti olaraq dayansa da, Rusiyanın Azərbaycanla bağlı siyasətində bu məsələ prioritet təşkil edildiyinə görə zaman-zaman gərginləşəcəkdir. Yəni, biz buna arxayın ola bilmərik ki, arada bir müvəqqəti olaraq ruslar özlərinin məkrliyindən əl çəkdilər. Amma Rusiyada yaşayan azərbaycanlılar həmişə ehtiyatlı olmalıdır, çalışmalıdırlar ki, vəsaitlərinin çoxun Azərbaycana, Türkiyəyə və başqa yerə yerləşdirsinlər. Rusiyada daha az itirə biləcəkləri şeylər saxlamalıdırlar. Eləcə də vətənlə əlaqələrini gücləndirməlidirlər. Həmçinin bir-biriləriylə orada həmrəylik nümayiş etdirməlidirlər. Bir azərbaycanlıya qarşı qeyri-qanunu hərəkət olacaqsa, gərək Rusiyada yaşayan bütün Azərbaycanlılar hansı şəhərdə yaşamasından asılı olmayaraq, ayağa qalxıb etirazını bildirsin. Çünki bu gün hər bir azərbaycanlıya qarşı bu münasibət var. Kimin bu münasibətə birinci məruz qalması isə təsadüf məsələsidir. Ona görə də Rusiyada yaşayan hər bir Azərbaycanlı bilməlidir ki, onun aqibəti də elə bugün təzyiqlərə məruz qalan, ədalətsizliyə məruz qalan azərbaycanlılarla eyni aqibəti gözləyir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru