Azərbaycanla Rusiya arasında mövcud narazılıq Ermənistanda da diqqətlə izlənilir. Tribunainfo.az xəbər verir ki, xüsusən də Rusiyaya bağlı erməni müxalifəti məsələdə daha çox maraqlı görünür.
Yerli siyasi qüvvələr hesab edirlər ki, hadisələrin gedişatı Qafqazda yeni konfiqurasiyanın yaranmasına səbəb ola bilər. Həmçinin Ermənistan hakimiyyətinin də Azərbaycanla birlikdə sinxron hərəkət etdiyini iddia edirlər. “Rusiya-Azərbaycan münasibətlərinin korlanması ilə paralel Ermənistan hakimiyyəti də hərəkətə keçib. Rusiya ilə münasibətləri hər gün korlayır. Bakı və İrəvan sinxron işləyirlər”.