Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.
“Report” xatırladır ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur.
Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.
İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.