Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın hakimlik fəaliyyətinə son qoyulub.
APA xəbər verir ki, Sülhanə Hacıyeva növbəti müddətə hakim təyin olunmayıb.
Qeyd edək ki, Hacıyeva Sülhanə Sərdar qızı 1 iyul 2022-ci ildə Prezident İlham Əliyevin bir sıra birinci instansiya məhkəmələrinə hakimlərin təyin edilməsi haqqında Sərəncamına əsasən Xətai rayon Məhkəməsinin hakimi təyin olunub.
Artıq onun 3 illik səlahiyyət müddəti bitib. S. Hacıyeva növbəti müddətə hakim təyin olunmayıb.
Prezident İlham Əliyev bu gün bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilməsi barədə sərəncam imzalayıb.
Xatırladaq ki, qanuna əsasən, hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Təyin olunduqdan dərhal sonra onlar peşə hazırlığı məqsədilə müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilmiş qaydada təlimə cəlb edilirlər. 3 illik müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək - 66 yaşınadək uzadılır.