"Mən "Azer Turk Bank"dan şikayətçiyəm..." "DİA-AZ" xəbər verir ki, bunu Leman Kazımova adlı sosial şəbəkə istifadəçisi öz gileyində ifadə edib.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "17.06.25 gecə saat 1:59 radələrində öz UPTİON MONEY transfer hesabımdan Bir Bank kartıma (kartın son 4rəqəmi 0145) pul köçürmək istərkən yanlışlıqla (yorğunluqdan olsa gərək) mənimlə eyni isim soy isimdə olan kart hesabı sonu 4105 pul köçürməsi etdim… məyərsə bu xanım da atb Cashback Azərbaycan Türk Bank müştərisidir....
Bir həftədir mən "mail" atıram və şikayət ərizəsi yazıram . "Uption money" də mənimlə birgə "Atb" ilə əlaqə saxlayır ki, yanlışlıqla göndərmiş olduğum pulu geri qaytarsın... amma məsələyə baxılmır…
Məsələyə biganə yanaşılmaması tələbindəyəm..."