“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.9-cu bəndinə uyğun olaraq, Abşeron rayonu Aşağı Güzdək qəsəbə məscidinin imam müavini Turab Əliqan oğlu Tahirov Dövlət Komitəsinin sədrinin əmri ilə vəzifəsindən azad edilib".
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin məlumatında bilrilir: "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.9-cu bəndində göstərilir ki, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdiyi halda tutduğu vəzifədən uzaqlaşdırıla bilər".
Qeyd edək ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu Turab Tahirov qəsəbədən 16 yaşlı qız qaçırıb.