Ermənistanın Baş naziri Nikol Paşinyan kilsəyə qarşı növbəti tənqidi paylaşım edib.
Globalinfo.az xəbər verir ki, Paşinyan sosial şəbəkədə yazıb:
“Mən Ermənistan Apostol Kilsəsinin kanonları ilə bağlı bəzi məqamları qeyd etdikdə bəzi din xadimləri cavab olaraq bildirdilər ki, bu gün həmin kanonlar kilsə münasibətlərini elə də tənzimləmir və bəzi kilsə qərarlarına istinad etdilər.
Çox gözəl. O zaman qaldırdığım suallarla bağlı kanonları özünüz dərc edin. Ermənistan Apostol Kilsəsinin Katolikosunun övladı ola bilər və bu övlad de-yure olaraq Kilsənin bütün əmlakını miras ala biləcəyini əsaslandırın.
Həmçinin, Kilsələrdə şam satışından əldə olunan gəlirin Ktriç Nersisyanın bacısı və qardaşı uşaqlarının cibinə getməsi kanonlara uyğundur fikirlərinizi də əsaslandırıb”, – deyə Paşinyan yazıb.