Aparıcı-aktyor Elcan Rəsulov bu dəfə Gürcüstandakı qiymətlərdən şikayətlənib.
Axşam.az xəbər verir ki, Tbilisiyə yollanan aparıcı sosial şəbəkədə hava limanından paylaşım edib:
"4-5 il əvvəl gələnlər, daha getdi cibə 100 dollar qoyub Gürcüstana gəlmək, 238 lari (148 manat) edir. Taksiyə 35 lari (22 manat) verib şəhərə çatırsan. Şaurma və kolaya 20 lari (13 manat) verirsən. Qalanını özünüz hesablayın".
Qeyd edək ki, Elcan bir müddət əvvəl Türkiyədəki qiymətlərdən şikayətlənmişdi.