İnternetsiz İran: “Starlink” də kömək etməyəcək .....                     DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA .....                     "Şaurma və kolaya 20 lari verirsən... .....                     Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” .....                     İranda qaçaqmalçılıq və “Mossad” bazaları: .....                     Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir .....                     “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                     “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” .....                     Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib .....                     “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” .....                     Azərbaycanda məşhur provayder ləğv olundu .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib .....                     "Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" .....                     Şirkətin borcu 13 milyon manatı ötdü .....                     Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? .....                     "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" .....                     “Bakı Süd Co” MMC cərimələndi .....                     Azərbaycanda həbs edilən icra başçıları .....                     “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” .....                     Öz gözündə tiri görməyən Putin... .....                     “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT .....                     Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür .....                     Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib .....                     Ermənistan yenidən reallığı təhrif edir .....                     Azərbaycanda DSK sədri vəfat edib .....                     “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub .....                     Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır .....                     Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi .....                     Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR .....                     Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI .....                     Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ .....                     “Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... .....                     Ət bahalaşır? .....                     Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi .....                     İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... .....                     Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub .....                     “Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib .....                     Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB .....                     İranın Azərbaycan qorxusu... .....                 

Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Tarix: Dünən, 23:52 | Çap et

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu qız qaçırıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, axund Tahirov Turab Əliqan oğlu məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb.

Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Qaçırılan qızın atası Emin Babayev Musavat.com-a müsahibəsində hadisənin təfərrüatlarını danışıb.

– Emin bəy, hadisə nə zaman baş verib?

– İyun ayının 17-də.

– Qızınız həmin məscidə çoxdan gedirdi?

– Bəli. Uşaq vaxtından.

– Quran kursunu uşaqlara axund keçirdi?

– Xeyr. Əvvəl başqa müəllimə idi. İndi Ayşəgül müəllimənin yanına gedirdi.

– Axund qızınızı həmin məsciddə görüb, tanıyıb?

– Bəli. Axundun 3 il olardı ki, məscidə təyinatı verilmişdi. Burada da yaşayırdı. Əslən Göyçaydandır.

– Axund ailəli idi?

– Ailəli olub. Bir ildən çoxdur ki, boşanıb. Çox yaxşı, mədəni, qanacaqlı xanımı var idi. Onu döyürdü, işgəncə verirdi. Sonra da boşandılar.

– Qızınız evdən ən son nə zaman çıxmışdı? Evdən çıxanda onu kim görüb?

– İyunun 17-də, günorta saat 3-4 radələrində evdən çıxıb. Son zəngə görə, mağazadan paltar götürmüşdü. Bacısı görüb, soruşub ki, hara gedirsən? Deyib ki, paltarları verib qayıdıram. Bacısı anaya, ataya məlumat verməsini istəyib. Qızım deyib ki, zəng vurub deyəcək.

– Qızınızın telefonu var idi?

– Dərslərinə görə telefon almışdım. Dərslərinə də marağı var idi.

– Axundu sonuncu dəfə qəsəbədə nə zaman görüblər?

– Həmin gün qəsəbədə görüblər. Ondan bir gün əvvəl də qəsəbədə olub. Mən cümə namazlarına həmin məscidə gedirdim. Amma son iki cüməyə gedə bilməmişdim. Çünki iş günümə düşmüşdü. Amma qəsəbə camaatı həmin günə qədər axundu məsciddə də, qəsəbədə də görüb.

– Siz polisə nə zaman məlumat verdiniz?

– Elə həmin gün “102 xidməti”nə zəng elədim. Özüm də təcili olaraq Göyçaya getdim ki, qızım orada olar. Ora getdim, gecə qapılarını döydüm, amma açan olmadı. Rayon polisinə gedib məlumat verdim. Dedilər ki, bizim ərazi olmadığına görə şikayətə baxa bilmərik. Səhər yenə də axundun evinə getdim. Anası və qardaşı evdə idilər. Amma dedilər ki, Turabdan xəbərləri yoxdur. Bilirəm ki, yalan deyirlər.

– Abşerona gələndə polisə izahat verdiniz?

– Bəli. Təhqiqatçı Tuncay müəllim izahatımı aldı. Sonra məlum oldu ki, İsmayıllıda Turabın və qızımın ifadəsini alıblar. Tuncay müəllim də onlara dedi ki, siz necə onların ifadəsini ala bilərsiniz? Dedilər ki, İsmayıllı polisində İlkin adında təhqiqatçı onlardan ifadə alıb. Mən də etiraz etdim ki, ərazi Abşerondursa, qızım orada necə ifadə verə bilər? Eşitdiyimə görə Turabın vəzifəli qohumu var. Ona güvənərək bu işi bağlamaq istəyir. Çalışırlar ki, işi elə təqdim etsinlər ki, guya qızım könüllü qaçıb. 16 yaşlı qız necə könüllü qaça bilər? Mən ailəsi, atası olaraq buna razı deyiləm.

– Axundun qızınızı daha əvvəl narahat etməsi ilə bağlı hansısa məlumatınız olub?

– 4-5 ay əvvəl bir nəfər xanımı bizim evə göndərmişdi. Həmin xanım bizim qəsəbədə müəllimədir. Xanım deyirdi ki, Turabın qızınızdan xoşu gəlir və elçi göndərmək istəyir. Mən də mədəni şəkildə xanımı yola saldım. Başa saldım ki, qızım uşaqdır. Biz heç vaxt buna razı olmarıq.

– Qızınızla bu haqda danışdınız?

– Danışdım. Qızıma hirslənmədim də. Onu başa saldım ki, bu düzgün bir iş deyil. Turab onun atası yaşındadır. Turabın 37 yaşı var. Həm də qızım təhsil almağa həvəsli idi. Biz də ona dəstək olurduq. Bilmirəm, necəsə qızımı aldadıb.

– Axundla bu barədə danışdınız?

– Danışdım. Onu da başa saldım ki, bu mümkünsüz bir şeydir. Onu da vurmadım, təhqir eləmədim, artıq söz demədim. Turab məndən üzr istədi, səhv etdiyini dedi. Mən də düşündüm ki, bu məsələ həll oldu.

– Qızınız evdən çıxanda özü ilə hansısa əşyalarını götürüb?

– Telefonu özündə olub. Əlində olan çantada dəqiq olaraq nə olduğunu bilmirik. Amma şəxsiyyət vəsiqəsi də evdə yoxdur.

– Şəxsiyyət vəsiqəsi evdə olurdu?

– Həmişə evdə olurdu. Düşünürəm ki, gedəndə götürüb.

– Qızınızı məscidə gedəndə qaçırıblar? Kameralara baxmısınız?

– Məscidin kameralarına baxmağa getmişdik. Turab axund otağının qıfılını da dəyişmişdi. Qıfılı açıb otaqda kameralara baxmaq istədik. Məlum oldu ki, kameranın yaddaş blokunu da götürüb. Qəsəbədən necə və nə ilə getdiklərini bilmirəm.

– Hazırda qızınızın harada olması ilə bağlı məlumatınız və ya ehtimalınız varmı?

– Xeyr. Heç bir məlumatımız yoxdur. Mən dövlətimizdən, polisimizdən xahiş edirəm ki, qızımı tapsınlar.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Dünən, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Dünən, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Dünən, 16:55
“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Dünən, 16:50
Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Dünən, 16:40
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Dünən, 16:32
Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Dünən, 16:22
Azərbaycanda DSK sədri vəfat edib
Dünən, 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:15
Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Dünən, 16:13
Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Dünən, 16:05
Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Dünən, 15:51
Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Dünən, 15:47
Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Dünən, 15:44
“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Dünən, 15:38
Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Dünən, 15:32
Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Dünən, 15:25
İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Dünən, 15:21
Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub - ADLAR
Dünən, 15:15
“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib - DOSYE
Dünən, 15:14
Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB - Bakıya gətirilirlər...
Dünən, 15:11
İranın Azərbaycan qorxusu... - daha bir İFŞA
Dünən, 15:08
Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... - ÇÜNKİ...
Dünən, 15:05
3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər - SİYAHI
Dünən, 15:01
"Bu sürücülərə cinayət işi açılmamalıdır" - Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI
Dünən, 14:58
Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... - MƏHKƏMƏ
Dünən, 14:52
DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI - DETALLAR
Dünən, 14:49
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 14:46
İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Dünən, 13:03
Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi
Dünən, 13:02
Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Dünən, 12:59
İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru