İsrail-İran davası: Münaqişənin sonu necə görünür? .....                     Visa Azərbaycanın daxil olduğu regiona .....                     Müharibəni Azərbaycan dayandıracaq? .....                     İsrailin 5 casusu İranda məsciddə TUTULDU .....                     Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? .....                     Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi .....                     “Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” .....                     Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... .....                     Paşinyanın Ankarada çarə axtarışı: .....                     Bəzi dağlıq ərazilərdə zəif duman olacaq .....                     Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi .....                     SOSİAL SİFARİŞ: LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq? .....                     İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq .....                     İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək? .....                     "Canımı verməyə hazıram" .....                     Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? .....                     Paşinyanın qəfil “cəsarəti”nin səbəbi nədir? .....                     “Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi .....                     Naxçıvanda QTA obyektlərdən rüşvət aldığına gör... .....                     FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir .....                     Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən .....                     Azərbaycanlı gənc Şimali Osetiyada öldü .....                     Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, .....                     Rusiya Ermənistanı açıq şəkildə hədələdi .....                     Ordumuz qürurumuzdur .....                     Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub .....                     Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu .....                     Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... .....                     Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ .....                     Azərbaycanda məşhur bahalı hotel .....                     Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı .....                     Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? .....                     Masallıda daha bir EKOVƏHŞİLİK... .....                     İdarə rəisi və işçilərinə yekun ittiham verildi .....                     “Birbank” arayışların qiymətini artırıb .....                     “MİDA”nın FÜZULİ FIRILDAĞI... .....                     Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... .....                     Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... .....                     Əmrullayev 20 milyonluq tenderi .....                     Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib .....                 

Ordumuz qürurumuzdur - MƏQALƏ
Tarix: Bu gün, 10:58 | Çap et

Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir. Ələlxüsus, artıq döyüş meydanlarında özünü təsdiq etmiş, güclü Orduya malik olmaq, hər bir dövlət üçün sabitlik faktoru, hər bir xalq üçün qürur mənbəyidir.
Müstəqil Azərbaycan dövlətini böyük nailiyyətlərə aparan digər inkişaf istiqamətləri kimi Azərbaycan Ordusunu bugünkü qüdrətinə yetirmiş proseslər öz başlanğıcını Ümummilli Lider Heydər Əliyevin strateji inkişaf kursundan götürür. Azərbaycan üçün hava-su kimi lazım olacaq peşəkar hərbi kadrların hazırlanması prosesinə məhz Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişindən sonra başlanmışdı. Müdrik dövlət xadimi 1971-ci ildə böyük zəhmət bahasına respublikada hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.
1993-cü ilin iyununda, müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın ağır təhlükələrlə üz-üzə qaldığı vaxtda xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıtdıqdan sonra Ümummilli Liderin həyata keçirdiyi dövlət quruculuğu proseslərində də ordu quruculuğu məsələlərinə müstəsna əhəmiyyətli məsələ kimi xüsusi diqqət yetirilirdi.
Həmin dövrdə ölkədə nizami ordudan, vahid komandanlıqdan hələ əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunur, hakimiyyət davalarında vasitə kimi bu sulahlı qruplaşmalardan istifadə edilir, bu da ölkəni vətəndaş müharibəsi təhlükəsinə sürükləyirdi. Bu vəziyyətdən istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda ölkənin gələcək taleyinə görə məsuliyyəti üzərinə götürmüş Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni bir mərhələnin əsasını qoydu. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Bu istiqamətdə görülən işlərin tərkib hissəsi kimi Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinə əhəmiyyətli töhfə verdi. Azərbaycan Ordusu tədricən modernləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və daha da zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin müasir silah və texnika ilə təchizatı istiqamətində davamlı və uğurlu addımlar atıldı. Bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Cənubi Qafqazın ən güclü ordusuna çevrildi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən şanlı səhifələridir. Məhz bu Zəfərlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təmin etmiş oldu.
İkinci Qarabağ müharibəsindən sonra müasir silahların alınması ilə yanaşı, Silahlı Qüvvələrimizdə yeni ordu birləşməsinin yaradılmasına da başlanılıb. Qısa zaman ərzində Quru Qoşunlarının komandanlığı, ümumiyyətlə, strukturu formalaşdırılıb. Bununla eyni vaxtda Quru Qoşunlarının tərkibində daha çevik, daha hazırlıqlı, daha peşəkar Komando hərbi birləşmələri yaradılıb.
Azərbaycan Ordusunu gücləndirmək məqsədi ilə ölkəmiz Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail, İtaliya və digər dövlətlərlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Ölkəmizin NATO bloku ilə əməkdaşlığı xüsusi olaraq qeyd edilməlidir. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı isə ayrıca qeyd olunmalıdır. Ölkələrimiz arasında "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" imzalanmış müqaviləyə əsasən, hərbi sahədə sıx əməkdaşlıq edilir. Azərbaycan Türkiyədən mütəmadi olaraq NATO standartlarına cavab verən silah və sursat alır.
Silahlı Qüvvələrimiz dünyanın ən qüdrətli hərbi gücləri sırasına yüksəlib. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında qərarlaşıb.
Silahlı Qüvvələrimizin arsenalı Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi hərbi texnika və silah-sursatlarla yanaşı, xarici ölkələrin hərbi sənayesinin məhsulları ilə daha da zənginləşdirilir. Bu sırada 2024-cü ilin əvvəlində qardaş Türkiyənin "Baykar" şirkətinin "Akıncı" hücum PUA-sının Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində silahlanmaya qəbul edilməsinin böyük əhəmiyyəti var.
Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatına bundan sonra da böyük töhfə verəcək. Hər zaman malik olduğu yüksək döyüş əzmi, ruhu dünya orduları arasında qabaqcıl mövqeyini qoruyub saxlamasına şərait yaradacaq.
Ali Baş Komandanın tapşırığına uyğun olaraq Azərbaycan Ordusunun gələcək inkişafı üçün hər cür addımlar atılır və bundan sonra da atılacaqdır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Bu gün, 13:03
Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi
Bu gün, 13:02
Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Bu gün, 12:59
İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 12:56
Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? - Sakinlər narahatdır
Bu gün, 12:52
Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi - ƏMR
Bu gün, 12:49
“Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” - Paşinyan İstanbulda
Bu gün, 12:41
Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... - NƏ DƏRİN QAZIRLAR?..
Bu gün, 12:12
Paşinyanın Ankarada çarə axtarışı: - Türkiyədən zəmanət istəyir
Bu gün, 12:08
Bəzi dağlıq ərazilərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
SOSİAL SİFARİŞ: LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq? - ARAŞDIRMA
Bu gün, 11:58
İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq - AKTUAL
Bu gün, 11:56
İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 11:49
"Canımı verməyə hazıram" - Xameneinin yaralanana müşaviri
Bu gün, 11:48
Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 11:39
Paşinyanın qəfil “cəsarəti”nin səbəbi nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:31
“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi - BUNDAN SONRA...
Bu gün, 11:20
Naxçıvanda QTA obyektlərdən rüşvət aldığına gör... - İTTİHAM VAR...
Bu gün, 11:17
FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:14
Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən - İLGİNC FAKT
Bu gün, 11:12
Azərbaycanlı gənc Şimali Osetiyada öldü
Bu gün, 11:08
Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib
Bu gün, 11:06
Rusiya Ermənistanı açıq şəkildə hədələdi - Aİ-yə yaxınlaşsanız, tam qopma olacaq
Bu gün, 11:01
Ordumuz qürurumuzdur - MƏQALƏ
Bu gün, 10:58
Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:57
Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:54
Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... - BU NƏDİ BELƏ?
Bu gün, 10:49
Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ - BUNDAN SONRA...
Bu gün, 10:39
Azərbaycanda məşhur bahalı hotel - FƏALİYYƏTİNİ DAYANDIRDI
Bu gün, 10:38
Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı
Bu gün, 10:36
Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
Masallıda daha bir EKOVƏHŞİLİK... - FOTOFAKT
Bu gün, 10:13
İdarə rəisi və işçilərinə yekun ittiham verildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Birbank” arayışların qiymətini artırıb
Bu gün, 10:00
“MİDA”nın FÜZULİ FIRILDAĞI... - vətəndaş İFŞA EDİR...
Bu gün, 09:55
Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... - "Bəxtiyar Nəsibov neytrallaşdırır..."
Bu gün, 09:43
Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... - tert.am
Bu gün, 09:38
Əmrullayev 20 milyonluq tenderi - görün, KİMƏ VERDİ...
Bu gün, 09:36
Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib - elektron qolbaqda idi...
Bu gün, 09:33
Qabil Məmmədovla bağlı istintaq başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:28
Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? - Görünəni odur ki...
Bu gün, 09:26
Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var - DETALLAR
Bu gün, 09:23
“Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi - MƏQALƏ
Bu gün, 09:21
Qardaşlığının və həmrəyliyin əsl nümunəsi - İsrafil Kərimovun yazısı
Bu gün, 09:19
Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü - NİZAMNAMƏ KAPİTALI KƏSKİN AZALDI
Bu gün, 09:12
Avstriya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 09:10
Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:07
Əmək Müqaviləsinə xitam verilərkən... - DİQQƏT!
Bu gün, 09:05
Partlayan bombalar Azərbaycanı da “vurdu” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru