İşçilərə: İntizam tənbehinin verilməsi ilə əlaqədar ondan yazılı - İZAHATIN alınması barədə olan əmək münasibətləri praktikada çox hallarda mübahisə yaradır.
Yazılı İzahatın verilməsi müəyyən səbəbdən işçi xeyrinə olduğu halda, hansı səbəblərdən İzahatın verilməsindən imtina edir. Fikrimcə bunun aşağıdakı səbəbləri var:
1.AR-nın Əmək Məcəlləsinə əsasən: İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən - işçidən yazılı izahatın verilməsini tələb edir. Lakin, İşçinin yazılı izahat verməkdən imtina etməsi ona, intizam tənbehi verilməsini istisna etmir.
2. Əmək Məcəlləsinə əsasən: Yazılı İzahatın alınmasının əsas məqsədi ondan ibarətdir ki, işçi ona qarşı tədbiq oluna biləcək: intizam tənbehinin qarşısını alsın və ya daha yüngül intizam tənbehinə cəlb olunması üçün özünü müdafiə etsin.
3. İşçilər isə hesab edir ki, o bu İzahatı yazsa da, yazmasa da, işəgötürən onun barəsində vəzifəli şəxs tərəfindən verilmiş Təqdimatı əsas götürəcək, hər hansı bir araşdırma aparmadan onsuz da intizam tənbehi tədbiq edəcək. Çox təəssüf ki, intizam tənbehi praktikada məhz bu qaydada tədbiq olunur. Yəni, bu hallarda işçinin yazılı izahatlnda olan heç bir fakt və ya etiraz nəzərə alınmır.Bu da İşçidə yazılı izahata qarşı inamsızlıq yaradır.
4. Fikrimcə, bu hallarda işçinin verdiyi yazılı İzahat,müəssisənin hər hansı bir vəzifəli şəxs tərəfindən deyil, təcrübəmə əsasən deyirəm, bu hallarda həmin vəzifəli şəxslərin müəyyən şəxsi maraqları da olur. Müəssisənin rəhbəri olan İşəgötürənin özütərəfindən işçinin Yazılı İzahatı oxunsun və qiymətləndirilsin.
5. Praktikada olan hallara əsasən yazıram, bu günə qədər işçinin yazılı İzahatı əsasında ona qarşı artıq qəbul edilməsi nəzərdə tutulan intizam tənbehi məsuliyyətinin ləğv edilməsi hallarına rast gəlməmişəm və ya nadir hallarda rast gəlmişəm. Bu da işçilərdə İzahata qarşı inamsızlıq yaradır.
.
6. Az da olsa işçilər yanlış olaraq belə hesab edirlər ki, əgər yazılı İzahat verməsələr bu halda onlar intizam məsuliyyətinə cəlb olunmayacaq.
7. İşçinin İzahatlarla bağlı inamsızlıq və ya bu qənaətə gəlmə səbəbləri ondan ibarətdir ki, işçidən yazılı izahat tələb edən işəgötürən artıq ona qarşı müəyyən bir intizam tənbehi vermə qərarına gəlmiş, formal olaraq işçidən yazılı İzahat tələb olunur, onun verdiyi izahat isə bu qərarı heç bir halda dəyişdirməyəcək və ya yüngülləşdirməyəcək.
8. Əmək Məcəlləsinin: işçidən yazılı İzahat alınma barədə əsas tələbi ondan ibarətdir ki, bu halda İşçi özünü yazılı surətdə müdafiə etsin, baş vermiş əmək intizamının pozma halının onun tərəfindən törədilmədiyini, ehtiyatsızlıqdan və ya üzrlü səbəblərdən baş verməsini sübut etməklə özünü müdafiə etsin, intizam məsuliyyətinə cəlb edilməsin və ya daha yüngül məsuliyyətə cəlb olunsun. İşçinin yazılı izahatında göstərdiyi hallar və ya faktlar barədə heç bir araşdırma aparılmır, işçiyə bu barədə suallar verilib, cavablar alınmır. Praktikada belə hallar baş vermədiyindən, İşçidə özünü müdafiə etmək və ya izahat verməsinə inamsızlıq yaranır.
9.İşəgötürən bu barədə əsaslsr yarandıqda İşçiyə bu intizam tənbehlərindən birini verə bilər: töhmət; sonuncu xəbərdarlıqla şiddətli töhmət; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
10. İşçiyə intizam tənbehini verərkən: işçinin şəxsiyyətini, kollektivdə nüfuzu, peşəkarlığı, törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
11. İntizam tənbehi vermək: yalnız işçi ilə əmək müqaviləsi bağlamaq və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
12. İşçiyə: bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə işçiyə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)