Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                 

"Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" - Nizami Cəfərov
Tarix: 3-06-2025, 16:30 | Çap et

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nizami müəllim, bizimlə müsahibənizdə səsləndirdiyiniz fikirlərə görə cəmiyyətdə çox geniş müzakirələr aparıldı. Sizi tənqid edənlərlə yanaşı mövqeyinizi təqdir edənlər də az deyildi. Necə qarşıladınız bu yanaşmaları?

- İlk növbədə sənə dil, müasir çağırışlar qarşısında dilimizin özünü necə qoruması, süni intellekt, dilin lüğət tərkibi və onun ayrı-ayrı sahələri ilə bağlı sual verdiyinə görə təşəkkür edirəm. Əslində suallar da, müsahibədə deyilənlər də çox ciddi problemlərlə bağlı idi. Amma təəssüf ki, bəziləri “vapşe”, “znaçit”, “tak çto” sözlərinin lüğətə salınmalı olduğu fikrindən yapışıb qaldı. Onlar söhbətin hansı lüğətdən getdiyinə fikir vermədilər. Sadəcə olaraq müsahibənin mətnini oxusaydılar, görərdilər ki, biz əvvəla Azərbaycan dilində olan bütün sözlərin, yəni həm yazı dilində, həm də şifahi dildə olan sözlərin ümumi lüğətinin hazırlanmasından danışırdıq. Azərbaycan dilində bu gün funksional olaraq işlədilən hansı sözlər var? Müasir dövrdə bir millətə məxsus olan potensial insanın dilində hansı sözlərin işlədildiyi amilli mövcuddur. Biz də müsahibəmizdə dedik ki, bu sözlər yüz minlərlədir. Hətta yarım milyonluq həddi keçəcək qədər sözlər var. Məsələn, Azərbaycan dilində təxmini yarım milyona qədər söz var. Başqa inkişaf etmiş ingilis, fransız, alman dillərində ola bilsin ki, sözlərin sayı daha çoxdur.

- Sizin təklifiniz niyə bu qədər ajiotaja səbəb oldu?

- Mənim təklif o idi ki, biz belə bir lüğət hazırlayaq. Sözsüz ki, bu lüğət dərhal hazırlana bilməz. Bu, tədricən baş verə biləcək bir prosesdir. Bu lüğətdə də ən maraqlı sözlərdən biri rus dilindən bizim dilimizə keçən sözlərlə bağlı idi. Yəni bundan öncə də Azərbaycan dilinə rus dili vasitəsi ilə ingiliscədən, fransızcadan, almancadan, ondan daha əvvəl yunanca və latıncadan sözlər keçib.

- Slavyan mənşəli sözlər də var…

- Söhbət elə ondan gedir ki, Azərbaycan danışıq dilinə hansı slavyan mənşəli rus sözləri keçib? Bu sözlərin ayrıca bir lüğəti hazırlanmalı idi ki, bu, ümumi lüğətin tərkibində olsun. Mən müsahibəmizdə dediyim fikri bir daha təkrar edirəm ki, burada söhbət orfoqrafiya lüğətindən getmir. Çünki heç bir ağlı başında olan adam durub deməz ki, “vapşe, “znaçit”, “tak çto” kimi sözləri Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınmalıdır. Belə bir şey deyilə bilməz.

- Sizə tutulan iradlardan bir də o idi ki, danışıqda istifadə etdiyimiz rus sözlərini lüğətə salmaq olmaz. Əslində bunun mümkünsüzlüyünü də demişdiniz…

- Kimsə, belə bir şeyin dilin orfoqrafiya lüğətinə salına biləcəyini düşünürsə, o nadandır. Bu gün mənim bəzi dırnaqarası tənqidçilərim belə bir nadanlığı çox parlaq şəkildə nümayiş elətdirdilər. Bunun ardınca da mənə Rusiya “şpion”u dedilər və bu cür sözlərə qarşı çıxdılar. Amma bu cür sözlərə qarşı çıxa-çıxa əsas yemək mənasında “pervıy” sözünü işlətdilər. Sadəcə olaraq indi onların adını çəkmək istəmirəm. Çünki onların adını çəkməyi özümə sığışdırmıram. Onlar onsuz da məşhurdurlar və hansı ağlın yiyəsi olduğu da bəllidir.

- Ayrıca lüğət dedikdə orada ancaq alınma sözlərin toplusunun olmasını nəzərdə tutursunuz?

- Bu sözlərin izahı verilməlidir. Həmin sözlər yazı üslubunda istifadə edilmir. Əksəriyyəti şifahi nitqdədir. Amma danışıq dilində ola-ola bu sözlər bizim yazılı dilimizə müəyyən üslubi element kimi düşür. Mütəfəkkirlərimiz Qasım Bəy Zakir, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlıdan başlayaraq bugünkü dövrümüzə qədər yazılı ədəbiyyatmızda sürətlərin, tiplərin, personajların dilində, dramaturgiyamızda çox sayda bu cür sözlərə rast gəlmək mümkündür. Bunlar da məhz üslubi elementlərdir. Bu, o demək deyil ki, bu sözlər bizim ədəbi dilimizdədir. Sadəcə olaraq bədii dilimizdə işlədilir.

- Amma ədəbi dilimizə keçən əcnəbi sözlər də az deyil...

- Bəli, müəyyən dövrdə bu sözlər ədəbi dilimizə keçib də səciyyəvi xarakter daşıyır. Məsələn, rus dilindən dilimizə keçən samovar sözü var. Biz isə elə bilirik ki, bu, etnoqrafik sözdür. Çünki xalq mahnılarımızda samovar sözü işlədilir. Misal olaraq “samovar almışam, silənim yoxdur” kimi və s. Adi vətəndaş bu gün samovar sözünün rus mənşəli olmaması ilə bağlı da düşünə bilir.

- Sizcə, bu sözlərin lüğətinin hazırlanmasına nə ehtiyac var?

- Əvvəla bu sözlər bizim dilimizdə var. Danışıqda daha çox istifadə etsək də yazı üslubumuza da müəyyən təsirlər göstərir. Bu sözlər də yeni deyil və iki yüz ildən artıq bir tarixi var. Ona görə də bu gün həmin sözlərin nə üçün dilimizə gəldiyi öyrənilməlidir.

- Yazıda həmin sözlərin qarşılığı varsa, niyə danışıqda onların istifadəsinə imkan yaranır?

- Bu o deməkdir ki, "ümumiyyətlə", "deməli", "belə ki" kimi ifadələrin beynimizdəki yeri heç də möhkəm deyil. Bu halda biz onun əvəzinə rus mənşəli sözləri işlədirik. Demək ki, yazı dilində o sözlər danışıqda rəqabətə girir. Bu isə çox ciddi təfəkkür hadisəsidir. Süni intellektdən danışanda biz bu məsələlərə diqqət yetirməliyik.

- Digər türkdilli xalqlarda bu sözlər işlədilirmi? Bunun başqa bir cəhəti varmı?

- Post-sovet məkanında olan bütün türk dillərində bu sözlər var. Türk dünyasını, türk dillərini, interqasiyanı öyrəniriksə, bu sözlər tək Azərbaycan dilində deyil, qazax, özbək, türkmən dilində də var.

- Ruslarla əlaqədə olan türk dillərinə bu sözlərin rahat şəkildə keçməsini necə izah etmək olar?

- Burada ilk növbədə onun sosioloji, psixoloji tərəfləri öyrənilməlidir. Bunların mükəmməl lüğəti hazırlanmalıdır. Bu sözlər 10 minlərlədir. Bizim məlum müsahibəmiz ətrafında aparılan müzakirələrdə şair, tərcüməçi Etimad Başkeçid də qeyd etdi ki, “bu sözlər gələcəkdə bizim dilimizdən çıxacaqsa da yenə də bunların lüğətinin hazırlanması çox vacibdir”. Çünki 2 yüz il ərzində bizim danışıq dilimizdə bu sözlər olub. Bu, dilimizin tarixinin öyrənilməsi üçün də əhəmiyyətlidir. Yəni bu, bir tədqiqatçılıq işidir.

- Cəmiyyətin dil prosesinə münasibəti necə olmalı idi?

- Əslində mənim dediyim fikirlər dilçilər, dili tədqiq edənlərə aid idi ki, bu məsələlər öyrənilsin. Eyni zamanda bunun sosioloqlar, psixoloqlar, insanı öyrənən tədqiqatçılara və bütövlükdə cəmiyyətimizə aidiyyatı var. Cəmiyyətimiz bilməlidir ki, onun dilində hansı proseslər gedir. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil. Dil həm də təfəkkür hadisəsidir, mədəniyyətdir, üslub terminologiyaları deməkdir. Ona görə də hər bir azərbaycanlının, xüsusilə özünü ziyalı hesab edənlərin bunu bilməsi vacibdir. Amma buna, öyrənməyə, məsələnin mahiyyətinə qarşı çıxmaq məntiqsizdir. Üstəlik buna etiraz dilir ki, yox, bunu öyrənməməlisən, çünki onlar ancaq parazit sözlərdir. Bu, belə olmaz. Biologiyada parazitləri də öyrənirlər. O, böyük bir bölmədir.

- Fikirlərinizlə bağlı müzakirələrə qoşulanların ümumi yanaşmasını necə dəyərləndirmək olar?

- Demirəm ki, onların böyük bir hissəsi məni müdafiə etdi. Hər halda elmi məsələnin normal müzakirəsi üçün stimul verdilər, fikir söylədilər. Sənə də bir daha təşəkkür edirəm ki, biz birlikdə çox ciddi məsələni ortaya qoyduq. Əslində bununla hər kəsin kimliyi bilindi. Misal üçün biz həddindən artıq nadan bir adamı görüb, ona küt adamdır demirik. Küt ədəbi sözdür və dilimizdə onun başqa çalarları da var. Amma deyirik ki, tupoydur. Bu, artıq həmin adam haqqında o təsəvvürü yaradır. Adam indi izah olunan məsələlər barədə verdikləri reaksiyaya görə onlara küt də demək istəmir. Elə ancaq "tupoy" demək istəyirsən ki, sənin dediyinin mənası aydın olsun. Ümumilikdə gələcək obyektiv tədqiqatlar, nadan fikirlərin qarşısını almaq üçün yaxşı, münbit mənəvi bünövrə hazırlamış olduq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru