Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                 

"Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Tarix: 28-05-2025, 01:52 | Çap et

Xəbər verildiyi kimi, işğalçı Rusiya diktatoru Vladimir Putinin müşaviri Anton Kobyakov SSRİ-nin hələ də mövcud olduğunu və onun dağıdılmasının hüquqi əsasının olmadığını bildirib. Kobyakov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında deyib ki, Sovet İttifaqı dağılanda “hüquqi prosedur pozulub, yəni SSRİ hələ də mövcuddur”. Onun sözlərinə görə, bu, Ukraynadakı müharibənin “daxili proses” olduğunu söyləməyə imkan verir. Kobyakov qeyd edib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb, ona görə də yalnız həmin qurumun qərarı ilə ləğv edilə bilərdi. Bunun ardınca isə Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Dövlət Dumasının komitə rəhbəri Nina Ostanina “TASS”-a bildirib ki, SSRİ-nin dağılması “qanunsuz” olub, onun hüquqi statusunun nəzərdən keçirilməsinə ehtiyac var və deputatlar bu məsələni gündəmə gətirməyə hazırdır... Bunun ardınca Rusiya Hüquqşünaslar Assosiasiyasının sədri, sabiq baş nazir Sergey Stepaşin SSRİ-nin ləğvi prosedurunun hüquqi baxımdan pozulduğunu bəyan edərək bildirib ki, hüquqi baxımdan Kobyakov haqlıdır.

Bundan əvvəl də müxtəlif Kreml ideoloq və təbliğatçıları, deputatlar tərəfindən SSRİ miqyasında imperiyanın bərpasına yönəlmiş fikirlər səsləndirilmişdi. Ancaq bu dəfə daha məsələ daha ciddi və rəsmi fiqurlar tərəfindən qaldırılıb. O da maraqlıdır ki, bu gedişlər Trampla Putinin telefon danışığından sonra baş verib.

Elə məhz Putin və Trampın mayın 19-da gecəki son telefon danışığından dərhal sonra – ertəsi gün Rusiyanın baş diplomatı Sergey Lavrovun postsovet məkanının həssas nöqtələrindən olan Ermənistana səfər etməsi və onun dolayısıyla revanşist erməniləri Qarabağ ocağını yenidən körükləməyə çağırışları bəlkə də Kremlin “keçmiş Sovet məkanı bizimki olub və olacaq” mesajı verməsidir...

Məsələnin ciddiliyini həm də ABŞ-ın sabiq Dövlət katibi Entoni Blinkenin hələ 2022-ci ilin yanvarında, yəni Rusiyanın Ukraynaya təcavüzündən xeyli əvvəl “CNN” kanalına müsahibəsində söylədiyi bu fikirlər göstərir: “Rusiya Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir. Bu, Rusiya Prezidenti Vladimir Putinin məqsədlərindən biridir. Bu isə Kremlin əvvəllər Sovet İttifaqının tərkibində olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir...”

Aydındır ki, çağdaş geo-siyasi və geo-iqtisadi durumda gerçəkdən imperiyanın keçmiş sərhdələrinin bərpasına nail ola bilməsələr də, hər halda Kremlin başda Putin olmaqla xirtdəyəcən zibil, cinayət içində olan rəhbərləri buna cəhdləri son imkanlarınadək davam etdirəcəklər...

Bəs, görəsən, Putini keçmiş SSRİ sərhədləri çərçivəsində imperiyanı de-yure və de-fakto bərpa etməyə ruhlandıran, ona güc verən digər amillər hansılardır? Putinin, Rusiyanın imperiyanı əvvəlki sərhədlərində rəsmən bərpa etmək üçün hansı potensialı, hansı konkret resursları var?..  

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:

“Əvvəla, onu deyim ki, Sovet imperiyasını bərpa etmək və hətta onun sonunu gətirən Beloveşjsk anlaşmasına xitam vermək cəhdləri absurddur. Absurddur ona görə ki, artıq postsovet respublikalarının hamısı həm de-yure, həm de-fakto müstəqil dövlətlərdir. Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər, tam imperementasiya edə bilməyiblər. Bununla belə, artıq həmin ölkələrin hər biri beynəlxalq hüququn subyektidir, müxtəlif beynəlxalq təşkilatların üzvüdür və dünya tərəfindən hər mənada tanınmış müstəqil dövlətlərdir. Ona görə də Putinin müşavirinin, Duma üzvlərinin və s. SSRİ-nin guya qanunsuz ləğv olunmasıyla bağlı bəyanatları bir xülyanın nəticəsidir və bunlar sadəcə populist bəyanatlardır. Bu gün Putin Ukrayna bataqlığına düşməsinə ilk növbədə öz əhalisi qarşısında bəraət qazandırmaq üçün guya məqsədinin SSRİ-ni bərpa etmək olduğunu göstərir. O bilir ki, Rusiyanın özündə bu cür imperialist sentimentlər olduqca güclüdür. Onların əksəriyyəti həmin o sovet nostalgiyasını yaşayırlar. Rusiya diktatoru da bundan istifadə edərək təbliğat aparır. Başqa bir səbəb də o ola bilər ki, Putin bununla dünyanı təhdid etməyə çalışır. Yəni demək istəyir ki, əgər Ukrayna məsələsində güzəştə getməsəniz, başqa ölkələrə də hücum edə bilərəm. O başqa nə cür SSRİ-ni bərpa edə bilər? Heç kəs gedib könüllü o ittifaqa qoşulası, o imperiyanı bərpa edəsi deyil. Belə çıxır ki, Putin dünya birliyinə alver təklif edir. Amma mən güman etmirəm ki, kimsə bu alverə gedəcək. Yəni dünyada mən bir neçə sözü keçməyən, heç bir əhəmiyyəti olmayan ölkə xaric hansısa dövlətin buna yaşıl işıq yandıracağına inanmıram. Hətta Rusiyanın guya yaxın müttəfiqi sayılan Çinin və yaxud İranın da...

Qaldı Putinin keçmiş SSRİ sərhədlərində imperiyanı bərpa etmək üçün gücünün, potensialının nə qədər olmasına... Ukraynaya 3 ildən artıq bir dövrdə genişmiqyaslı təcavüz etməsinə baxmayaraq, Rusiya həmin ölkənin maksimum 20 faizini nəzarətə götürə bilib. O ərazinin də xeyli hissəsini Moskva öncədən, 2014-cü, hətta 2012-ci ildən başlatdığı separatçı hərəkat nəticəsində faktiki olaraq nəzarətə götürmüşdü. Yəni Rusiyanın real potensialının ən obyektiv göstəricisi budur. İndi, təsəvvür edin ki, Putin Ukrayna ilə paralel başqa ölkələrin də ərazisini ələ keçirməyə çalışa, buna inanmıram. Birincisi, ona görə ki, bunu etməyə ona imkan verməzlər. İkincisi də, onun buna gücü çatmaz. Çünki Rusiya hazırda dərin böhran içərisindədir. Deyilən işğalları o dövlət həyata keçirə bilər ki, onun buna real potensialı olsun. Rusiyanın isə belə bir potensialı yoxdur, ola da bilməz və bu gedişlə olmayacaq da... Bu səbəblərdən bir daha deyirəm ki, SSRİ-nin bərpasına yönəlmiş çağırışlar, açıqlamalar yalnız populist bəyanatlardır. Və həmin bəyanatlar da Ukrayna məsələsində alverə hesablanıb. Yəni demək istəyir ki, Ukraynada mənə güzəştə gedin, yoxsa mən başqa respublikalara da hücum edərəm. Ancaq mahiyyət etibarilə bu nə baş tutacaq bir sövdələşmədir, nə də bir populist bəyanat, təbliğat kimi də uzun müddət tab gətirə bilər...”  











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru