Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Tarix: 27-05-2025, 11:16 | Çap et

"Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması nəinki mümkün, həm də realdır". Bu sözləri Ermənistan Bbaş naziri Nikol Paşinyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumu zamanı deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti sülh gündəmini həyata keçirməkdə qərarlıdır: “Biz bu yola tam sadiqik və bütün regionda vəziyyəti dəyişdirəcək və xalqlarımızın gələcəyinə təsir edəcək sülh müqaviləsi və onu müşayiət edən sənədlərin imzalanması məqsədilə Azərbaycanla danışıqları davam etdirməyə hazırıq”. Paşinyan vurğulayıb ki, Ermənistan sülhün lehinə addımlar atmağa hazırdır. O, hətta mümkün təxribatlar qarşısında belə iki ölkə arasında yeni müharibənin olmayacağına əminliyini ifadə edib: “Bizim yolumuz sülhdür. Ermənistanın məqsədi qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sabit və aydın münasibətlər qurmaqdır”. Baş nazir əlavə edib ki, əgər Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiq etməzsə, Ermənistanın əsas qanununa dəyişiklik edilməsi təşəbbüsü ilə şəxsən çıxış edəcək. O vurğulayıb ki, dəyişikliklərin məqsədi ictimaiyyətə təqdim olunacaq: "Məqsəd uzunmüddətli və davamlı sülhə nail olmaqdır. Sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan qanunlarına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm, çünki hesab edirəm ki, sülh bağlamaq fürsətini əldən vermək olmaz". Paşinyan qeyd edib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana konkret təkliflər verib: "Müzakirələr davam edir və Azərbaycanın qərb rayonlarından Naxçıvana daşımaların təşkili (yolların açılması) ilə bağlı Azərbaycana konkret təkliflər verilib". İrəvan hökumətinin başçısı deyib ki, Azərbaycan və Türkiyə ilə yollar açılanda Şimalla Cənub, Qərblə Şərqi birləşdirməyə yeni imkan yaranacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin sözlərinə münasibət bildirib. A.Hacızadə vurğulayıb ki, Nikol Paşinyanın təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, İrəvanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur. Bundan əlavə, Minsk qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır: "Minsk qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib. Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır". Ayxan Hacızadə qeyd edib ki, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, erməniləri çox yaxşı tanıyan xalq olaraq fərqindəyik ki, Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq. Ekspert vurğulayıb ki, əslində, indi də bunun asan olmadığı görünür:

"İllər boyu torpaqlarımızı zəbt edən, işğalda saxlayan, azərbaycanlıları yurdundan qovan ermənilər bu gün də bizə kin-nifrət bəsləyirlər. Əgər erməni toplumu Azərbaycan xalqına qarşı soyqırımı, qətliam törədibsə, düşmənçilik edirsə, "böyük Ermənistan" xülyası ilə yaşayırsa, son 5 ildə birdən-birə dəyişməsi, sağlamlaşması möcüzə olardı. Son günlər baş verənlər də göstərir ki, Qarabağ erməniləri, separatçılar ötən 5 il ərzində fürsət gözləyiblər. Rusiya-Ukrayna müharibəsi, erməni toplumunun böyük hissəsinin N.Paşinyan ətrafında cəmləşməsi, Qərbə inteqrasiya prosesi separatçıları bir qədər gözlədirdi. Lakin Rusiya Prezident Administrasiyasındakı dəyişikliklər, Ukrayna ilə müharibədə mümkün anlaşma ehtimalı Ermənistan ətrafındakı proseslərin bir qədər dəyişməsinə səbəb olub. Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-ni hər həftə ciddi tənqid edirdi. Qərblə bağlı ağızdolusu danışırdı. Avropa İttifaqına üzvlükdən söz açırdı. Amma sonra Moskvada 9 may paradında iştirak etdi. Halbuki, ötən il Paşinyan Moskvadakı paradda iştirak etməmişdi və belə tədbirləri adətən aşağı səviyyəli rəsmilərlə yola verirdi. Baş nazir anlayır ki, Rusiya Ermənistandakı qüvvələr arasında seçim edəcək. Görünən odur ki, 2026-cı il seçkilərinə kimi Ermənistan daxilində ciddi qeyri-sabitlik hökm sürəcək".

Z.Məmmədovun qənaətincə, 2026-cı ildəki seçkilər sadəcə Ermənistanla əlaqəli deyil:
"Bu seçkilər həmçinin, bölgədə, Ermənistanda Qərbin, yoxsa Rusiyanın nəzarətinin davam etdirəcəyinin müəyyənləşməsidir. Seçkilərdə revanşın davam edəcəyi, yoxsa yeni siyasətin başlanacağı bəlli olacaq. Yeni Konstitusiyanın referendum vasitəsilə xalqa çatdırılıb-çatdırılmayacağı bilinəcək. Belə məqamda Azərbaycan Prezidentinin Minsk qrupu ilə bağlı tələbi heç də təsadüfi deyil. Minsk qrupu ilə bağlı məsələ müəyyən zaman sonra cızığından çıxa bilər. Son illərdə bəlli səbəblərdən bir yerdə olmayan üç həmsədr ölkə - Rusiya, ABŞ və Fransa sabah yenidən bir araya gələ bilərlər. Gülməli səslənsə də, "Qarabağ ermənilərinin qayıdışı" məsələsini Minsk qrupu çərçivəsində qaldıra bilərlər. Ona görə də Azərbaycan tələsir. Paşinyan bilməlidir ki, mütləq şəkildə, tez zamanda sülhlə bağlı öhdəliklərini icra etməlidir. Çünki indiki gedişat Paşinyanın da xeyrinə işləmir. Biz istəyirik ki, qərarı erməni xalqı versin. Əgər bunu referendum yolu ilə edəcəklərsə, köçəryanların, sarkisyanların, ABŞ-nin, Avropanın, Rusiyanın nə deməsindən asılı olmayaraq, heç kəsin Azərbaycana təzyiq etmək üçün de-yure haqqı olmayacaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru