Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... - deputatdan ŞƏRH
Tarix: 24-05-2025, 09:39 | Çap et

İstənilən yarımçıq sülhün, yaxud atəşkəsin alternativi müharibədir. Bu qaydanı hələ heç kim dəyişməyib. Əgər tərəflər arasında anlaşma bu və digər səbəbdən gecikirsə, arxayınlıq üçün əsas bir o qədər azalır. Azərbaycanla Ermənistan arasında müharibə çoxdan bitsə də, əfsus ki, sülh müqaviləsi hələ də imzalanmayıb. Motiv bəllidir. Azərbaycanla bağlı hər hansı səbəb yoxdur, qalmayıb. Necə deyərlər, “top” çoxdan Ermənistanın meydanındadır.

İrəvan isə vasitəçilərsiz-filansız sülh sənədini imzalamaq üçün yaranan unikal şansı düzgün qiymətləndirmək əvəzinə, yenə “nala-mıxa vurma” siyasətini davam etdirir, hansısa üçüncü dövlətə, gücə ümid bəsləyir. Qiymətli zaman isə gedir.

“Azərbaycanla bağlı əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasına yönəlib”. Bu sözləri ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr komitəsi qarşısında ifadəsi zamanı deyib.

Amerika baş diplomatına görə, münaqişə üçün hələ də real risk mövcuddur və onlar bunun qarşısının alınması üçün çalışırlar.

Qeyd edək ki, Rubio dövlət katibi vəzifəsi ilə yanaşı, müvəqqəti olaraq Trampın milli təhlükəsizlik müşaviri vəzifəsini də icra edir. Bəs o, yuxarıdakı sözlərlə nəyə işarə edir və ya nəyin mesajını verir? ABŞ doğrudanmı yeni hərbi toqquşmadan narahatdır?

Rusiya XİN başçısı Sergey Lavrovun son İrəvan səfəri göstərdi ki, Moskva bölgəyə iddialı şəkildə qayıtmağı hədəfə seçib. Bu qayıdış nə dərəcədə Kremlin istəyinə uyğun təmin ediləcək və yaxud Azərbaycanla Ermənistan arasında yeni toqquşma riskini artıracaq? Moskvanın geri dönüşü Bakı ilə İrəvan arasında sülh prosesinin xeyrinə olacaq, yoxsa?

“Ümumiyyətlə, bu gün qlobal məkanda hər keçən gün daha da gərginləşən proseslərin şahidi oluruq. Bu gərginləşmələr isə yerləşdiyimiz Cənubi Qafqaz regionundan da yan keçmir”.

Vüqar İskəndərov

Bu fikirləri “Yeni Müsavat”a deputat Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hələ də imzalanmaması region üçün narahatlıq doğurur: “O mənada ki, Ermənistanda biz yenə də revanşist fikirlər eşidirik. Digər tərəfdən ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr komitəsi qarşısında ifadəsi zamanı ”Azərbaycanla bağlı əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasına yönəlib" deməsi, həmçinin münaqişə üçün hələ də real riskin mövcud olduğunu bildirməsi sıradan bir məsələ deyil".

Deputatın qənaətinə görə, son vaxtlar Rusiyanın regionda yenidən fəallaşması müşahidə edilir: “Təbii ki, bu fəallaşma da müəyyən narahatlıqlar da yaradır. Çünki Moskva bölgəyə qayıtmaq üçün Ermənistanda belə deyək, özünə tabe olan qüvvələri yenidən hərəkətə gətirə bilər. Bu qüvvələrin isə əsasən ”müharibə partiyası" qrupuna daxil olması, onların vaxtı ilə Azərbaycanın torpaqlarının işğalında iştirak etməsi diqqətdən qaçmamalıdır".

AMİP Ali Məclisinin sədri Rəşad Bayramov isə Rusiya-Ermənistan yaxınlaşmasından və ABŞ-ın bölgəyə durmadan artan maraqlarından söz açıb: “Məlumdur ki, ABŞ dövlət katibi məlum bəyanatı, daim öz ermənipərəst mövqeyi ilə tanınan konqresmen Kristofer Smitin erməni maraqlarını önə çəkən və Azərbaycanı entik təmizləmədə ittiham edən sualına cavab olaraq səsləndirmişdi. Smitin məqsədi ABŞ-ın diqqətini yenidən bölgəyə cəlb etməkdən və Ermənistana dəstəyin davam edirməsinin vacibliyini önə çəkməkdən ibarət idi. Rubio isə ayrı-ayrı ölkələrlə ABŞ-ın milli maraqları əsasında münasibət qurulmasının və milli maraqlarla diplomatiya arasında tarazlıq qurulmasının vacibliyini bildirərək bir növ ABŞ-ın öz xarici siyasətinə bundan əvvəl olduğu kimi Ermənistan maraqları kontekstində yanaşmayacağını göstərmiş oldu”.

R.Bayramovun fikrincə, Rubionun Azərbaycan və Ermənistan arasında münaqişə riski ehtimalı ilə bağlı dediklərinə gəldikdə isə burada bir neçə məqsəd var: “Birincisi, ABŞ dövlət katibi bununla Azərbaycan və Ermənistan arasındakı münasibətləri diqqətdən kənarda qoymadıqlarını, tərəflərin sülh əldə etməsi üçün səy göstərdiklərini, yəni ABŞ-ın dünyada sülhə dəstək verdiyinin görüntüsünü yaratmağa cəhd etdi. İkinci bir tərəfdən isə regionun gələcəyini müəyyənləşdirəcək Azərbaycan və Ermənistan arasında danışıqlarda Birləşmiş Ştatların da rol almasını qabartmaq istədi”.

Onun bildirdiyinə görə, Ukrayna və Rusiya arasında sülhün əldə edilməməsi fonunda indi ABŞ üçün hər hansı bir istiqamətdə ölkələr arasında sülh sazişinə nail olmaq özünün imici baxımından önəmlidir: “Rubionun bu bəyanatı özündə həmçinin sülh olmayacaqsa müharibə ehtimalı hər zaman var mesajının çatdırılmasını da ehtiva edir və bu mənada həmin bəyanat daha çox sülh üçün lazım olan şərtlərin icrası istiqamətində addım atmayan Ermənistana yönəlik mesaj kimi də qəbul etmək olar. Başqa sözlə desək, Rubio müvafiq bəyanatları ilə bir tərəfdən konqressdəki erməni dəstəkçilərini sakitləşdirməyə və regiou diqqətdən kənarda qoymadıqlarını göstərməyə çalışdı, digər tərəfdən isə sülh üçün tərəflərlə işləyəcəyinin mesajını vermis oldu. Xüsusilə də indiki məqamda, yəni Ermənistan-Rusiya münasibətlərində istiləşmə fonunda ABŞ-ın bölgəyə diqqətini artıracağı şübhəsizdir. ABŞ və Rusiya arasında müəyyən yaxınlaşmanın müşahidə olunmasına baxmayaraq, Trampın Rusiyanın Ermənistanda daha da möhkəmlənməsinə seyrçi yanaşacağı inandırıcı deyil. Cənubi Qafqaz regionu ABŞ üçün bir sıra məsələlərə görə prioritet regionlardan biridir”.

Politoloq qeyd edib ki, birincisi, həm Azərbaycan, həm də Ermənistanın İranla həmsərhəd olması, ikincisi isə bölgəmizin Orta Asiya ilə Avropanı birləşdirən qapı olması əsas amillərdir: “Orta Asiyaya xüsusilə Çinin təsir imkanlarını zəiflətməyi hədəfləyən ABŞ-ın, təbii ki, bu maraqlar kontekstində bölgəyə diqqəti artıracağı şübhəsizdir. Mən hələ regionun təbii ehtiyatlarının ABŞ üçün nə dərəcədə cəlbedici olduğunu demirəm. Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında hər hansı formada iştirak isə ABŞ-a regin ölkələrinə təsir imkanı verə bilər. Rubio da öz mesajları ilə bu istiqamətdə fəaliyyət göstərəcəklərinin anonsunu vermiş oldu”.

R.Bayramov hesab edir ki, Rusiya isə Ermənistanı kiminləsə bölüşmək niyyətində olmadığını sübut etməyə çalışır: “Lavrovun İrəvana səfəri, verilən bəyanatlar və əldə olunan razılaşmalar göstərdi ki, Moskva üçün bütün üzdə görünən fikir ayrılıqlarına baxmayaraq Cənubi Qafqazdakı əsas müttəfiq məhz Ermənistandır. Rusiya-Ermənistan münasibətlərindəki yaxınlaşma isə təbii ki, yaxşı heç nə vəd etmir. Keşmiş təcrübə bunu bariz olaraq sübut edir. Lavrovun ”Ermənistan Azərbaycanın yeddi rayonunu Rusiyadan verilən silahlar nəticəsində almışdı" bəyanatı da bu iki ölkənin yaxınlaşmasının bölgə üçün yaxşı nəticələr vəd etmədiyini sübut edir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru