Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Tarix: 18-05-2025, 07:31 | Çap et

 

“Bildiyiniz kimi, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların bir-birinə qarşı amansızlığı, aqressiv münasibətləri sanki gündən-günə güclənməkdədir. Xüsusən son həftələrdə bizlər bir sıra dəhşət doğuran, tükürpərdici olayların şahidi olduq. Gəncədə bir 11-ci sinif şagirdi həddindən artıq amansızlıqla qətlə yetirildi, Qusarda 2-ci sinif şagirdi olan oğlan cinsi zorakılığa məruz qaldı. Bunlardan əvvəl də bir çox intiharlar və amansız qətllər baş vermişdi: biri həyat yoldaşını, o biri atasını, digəri anasını, başqa biri qardaşını amansızlıqla qətlə yetirir... Siz ölkədə tanınmış bir sima, bir partiya sədri, eyni zamanda bir əhli-beyt mənsubu olaraq dinimizə - İslama vaqif olan bir şəxs kimi cəmiyyətdə insanların həm özlərinə, həm də bir-birlərinə qarşı bu cür aqressiv münasibətinin, amansızlığının səbəblərini nədə görürsüz, onların aradan qaldırılması üçün nələr düşünürsüz?” 

 

Bu sualla müraciət etdiyimiz Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında aşağıdakıları söylədi:

 

“Əslində qaldırdığınız problem bütövlükdə cəmiyyətin idarə olunması, insanların bir-birinə münasibəti, həyat tərzi, psixoloji durumuyla, eləcə də təlim-tərbiyə, təhsil, dünya görüşü ilə bağlı olan bir məsələdir. Və bir də burada əsas səbəblərdən biri cəmiyyətə müxtəlif yollarla təlqin edilən kütləvi psixozdur. Bu da hazırlanır. Özü də yalnız xarici düşmən tərəfindən yox, həm də düşmənə bilərəkdən, yaxud bilməyərəkdən xidmət edənlər tərəfindən həyata keçirilir. Bəli, bir-birinə qarşı amansızlığın, aqressiyanın çoxalması cəmiyyətin, ölkənin çox ciddi problemidir. Bunun üçün konkret olaraq söz demək, diaqnoz qoymaq, bu problemi aradan qaldırmaq da çətindir. Eyni zamanda müəyyən şərtlər daxilində bunu həll etmək asandır. O zaman asan olar ki, həmin problemi həll etmək üçün konkret konsepsiya, davranış tərzi tətbiq edilsin. Məsələn, biz məsələlərə biz özümüz onları yaşayıb münasibıt bildiririk, bir də var tarixdən öyrənib münasibət bildiririk. Əlimizdə hər hansı imkan, vəzifə, səlahiyyət olanda məsələlərə baxışımız bir cür olur, olmayanda başqa cür olur...

 

Sözsüz ki, qeyd etdiyiniz problem aradan qaldırılması vacib olan, mümkün olan və boynumuzun borcu olan bir məsələdir. Bunun üçün öncə media, telekanallar, yəni təbliğat vasitələrimiz qaydasında və düzgün olmalıdır. Həm də bilgisizlik aradan qaldırılmalıdır. Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur. Aqressiyanın, amansızlığın çoxalması həm də savadsızlıqdan, cahillikdən qaynaqlanır. Çox təəssüf ki, bu var...

 

İnsanların bir-birinə normal, insani münasibəti olmalıdır. Qaydasında olmalıdır. Əlindən bir işgəlməyən və yaxud gələn, xarici görünüşü ilə daxili aləmi fərqli olan, təzad təşkil edən adamlar daim öndədirlər, efirdədirlər – bunların da təsirləri var... 

 

Bu məsələyə hökumətin konkret bir yanaşması olmalıdır. Bizim belə məsələlərdə dədə-babadan qalma adət-ənənələrimiz, törələrimiz var ki, bunlar öndə olmalıdır. Və bir də, ən əsası, ağıl öndə olmalıdır. Məsələn, adamlar hər hansı bir ekstremal vəziyyətdə özlərinə nəzarəti itirirlər, ruhi həyəcan, anlaqsız vəziyyətdə olurlar. Bunlar da nəzərə alınmalıdır... 

 

Əsas səbəblərdən biri də təlim-tərbiyənin, təhsilin lazımi səviyyədə olmamasıdır. Halbuki, yaxın keçmişimizdə məktəb təlim-tərbiyəsi, təhsili görməyən insanlarımız var idi ki, davranışları tam olaraq milli törələrimizə uyğun idi. Savadları olmasa da, adət-ənənəyə, qaydalara ciddi riyaət edirdilər. Çünki onlar üçün dədə-babadan qalma bir nümunə var idi... Elə çağdaş cəmiyyətin ağrılı problemlərindən biri də nümunə götürüləcək insanlarımızın az olmasıdır... 

 

Bu yaxınlarda hörmətli insanlarımızdan biri olan keçmiş təhsil naziri Misir Mərdanovun media və sosial şəbəkədə sovet dövrünün nümunəvi maarif nazirlərindən biri olmuş akademik Mehdi Mehdizadə haqqında çox gözəl bir məqaləsini oxudum. Və sosial şəbəkədə həmin yazıya bir şərh yazdım. Yazdım ki, Misir müəllim, siz nazir olan zaman sizi hər zaman tənqid etdim. Ona görə ki, tənqidə layiq idiniz. Amma bəxtiniz gətirdi və sizdən sonra elə adamlar gəlib nazir oldular ki, mən daim öz böyüklərimə, ata-anama rəhmət oxuduğum kimi sizin atanıza da rəhmət oxuyuram... Yəni bununla onu demək istəyirəm ki, insan gərək özü hansısa vəzifə başında, kürsüdə oturanda öz sözü və əməlləriylə cəmiyyətə nümunə göstərməyə çalışmalıdır. Təbii ki, insanlar özlərinə, öz savad və əxlaqlarına uyğun vəzifə tutmayanda da bu, cəmiyyətdə də öz təsirini qoyur və insanlarda aqressiya yaradır... Nümunələr olanda, hər kəs öz yerində olanda isə ölkədə, cəmiyyətdə də təzadlar, anormal hadisələr getdikcə azalacaqdır... 

 

Düzdü, dinimizin, islami bilgilərin də cəmiyyətdəki aqressiyanın azaldılmasında rolu ola bilər. Bəli, demək lazımdır ki, dinimiz, Quranımız, Peyğəmbərimiz intiharı, günahsız adam öldürməyi haram, qadağan edir. Amma məsələ ondadır ki, dinimizi də yetərincə insan lazımi səviyyədə bilmir və təəssüf ki, bilənlər də bildiklərinə əməl eləmir. Yenə gəlib çıxırıq nümunə məsələsinə... Tutaq ki, mən sözügedən məsələlərin bilicisi kimi sizin suallarınıza təmtəraqlı və ətraflı cavablar verdim. Fəqət, əgər mən özüm gerçək həyatda öz dediklərimə əməl etmirəmsə, bu bilgilərimdən xalqa, cəmiyyətə nə fayda olacaq? Məni dinləyənlər dediklərimı oxuyacaqmı, dinləyəcəkmi, onlara inanacaqmı, məni bir nümunə kimi qəbul edəcəkmi? Xeyr. Odur ki, cəmiyyətdə bu və digər problemlərin həlli üçün öncə həmin problemləri həll etməli olanlar öz əməlləri ilə cəmiyyətə, vətəndaşlara bir nümunə olmalıdır. Əks halda, yəni insanlar teleekranda, qəzetdə, saytda hay-küylə danışılanları dinləyib onları danışanların əməllərində tamamilə əks şeylər görəcəksə, heç bir problemimiz həllini tapmayacaq, o halda bir-birimizə qarşı amansızlıq da, aqressiya da güclənəcək...”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru