Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Tarix: 16-05-2025, 08:39 | Çap et
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir"
Ərəb ölkələrinə səfər edən ABŞ Prezidenti Donald Tramp çıxışı ilə yenidən diqqət mərkəzindədir. Birləşmiş Ərəb Əmirliklərində etdiyi çıxışında Ağ Ev rəhbəri ABŞ hakimiyyətinin digər dövlətlərin daxili işlərinə müdaxiləsini kəskin tənqid edib.

Tramp Co Bayden administrasiyasını Yaxın Şərqdə həyata keçirilən hərbi əməliyyatlara görə ittiham edərək, bu müdaxilələrin “dövlət quruculuğu” adı altında ölkələri dağıtdığını vurğulayıb. O, neokonservatorları, “dövlət qurucularını” və liberal QHT-ləri Kabildə və Bağdadda sabitlik yarada bilmədən trilyonlarla dollar xərclədiklərinə görə qınayıb.

Trampın fikrincə, Səudiyyə Ərəbistanı və BƏƏ-də əldə olunan uğurlar Qərbin müdaxilələri ilə deyil, bölgə xalqlarının öz səyləri nəticəsində mümkün olub.

Tramp çıxışında vəd edib ki, ABŞ bundan sonra bu yanlış siyasətdən əl çəkəcək. Onun sözlərinə görə, yeni kurs regional liderlərlə əməkdaşlıq, terrorizmlə mübarizə və qarşılıqlı iqtisadi maraqlara xidmət edəcək layihələrə fokuslanacaq.

Aydındır ki, Bayden-Blinken administrasiyası dövründə digər ölkələrin daxili işlərinə müdaxilə, təzyiq və şantaj siyasəti, USAİD və digər kanallar vasitəsilə “rəngli inqilablar” ABŞ-ın xarici siyasətində əsas prioritetlərdən biri olub. Bu siyasətin təsirlərini Azərbaycan da son illərdə açıq şəkildə hiss etdi. Halbuki Bakı xarici QHT və fondların daxili işlərə müdaxiləsinə qarşı mübarizəyə illər əvvəl başlamışdı. Xarici fondlar və QHT-lər “demokratiyaya dəstək” şüarı altında ölkədə süni gərginlik və qarışıqlıq yaratmağa çalışırdı. Lakin Azərbaycan bu müdaxilələrin qarşısını aldı və onların “əl-ayağını” yığışdırdı.

Bakı nümunəvi bir model təqdim etdi: Xarici təsirlərə qarşı sərt mübarizə və milli sabitliyin qorunması. Bu model o qədər effektiv oldu ki, Gürcüstan belə "Xarici agentlər haqqında" qanun vasitəsilə oxşar siyasəti tətbiq etməyə qərar verdi. Azərbaycanın göstərdiyi bu iradə, regionda xarici müdaxilələrə qarşı daha geniş bir dalğanın başlanğıcı kimi qiymətləndirilə bilər.

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ABŞ-ın keçmiş administrasiyalarının hamısı daima özünü təzyiqə məruz qalmış digər xalqların “dostu” kimi qələmə verib. Onun sözlərinə görə, belə bir addım hələ 60-cı illərdə, USAİD-in yeni yaradıldığı vaxtlardan atılıb: “USAİD yardılmışdı ki, ABŞ siyasəti dünyada bərqərar olsun. Sonralar buna bənzər bir çox təşkilatlar ABŞ administrasiyasının razılığı ilə ölkələrin daxili işlərinə müdaxilə etməyə, inqilabları qidalandırmağa başladılar. 50-ci ilin əvvəllərində İranda hökumətin devrilməsində ABŞ birbaşa iştirak etmişdi. Faktiki olaraq bu ənənə Qərb və anqlosaks siyasətində həmişə olub. İndi isə Donald Tramp hər şeyi öz adı ilə çağırır. ABŞ doğrudan da güclü, hegemon dövlət olmaq istəyirsə, gücünü zəifliklərlə yox, layiqli addımlarla təsdiqləsin və nüfuzunu bərpa etsin. Yaxın Şərqdə ABŞ-ın nüfuzu axsaq bir vəziyyətdədir. Xüsusilə Co Baydenin dövründə ABŞ-a olan nifrət daha da artdı. Bu baxımdan Trampın Yaxın Şərq səfəri zamanı etirafları yerinə düşür. Bundan sonra gərək Amerika siyasətçiləri özləri-özlərini islah etsinlər. Trampın prezidentlik dönəmində bu ənənə oturuşacaqsa, sonra onun yerinə başqa adam hakimiyyətə gələndə köhnə hamam, köhnə tas edəcəksə, əlbəttə, bunun mənası olmayacaq. Dünya böyük bir yorğunluq hissinə qapılıb və arxaik yanaşmalardan bezib”.

Politoloq deyir ki, insanlara daha şəffaf və sağlam ruhda olan siyasət lazımdır: "USAİD göstərdi ki, pulsuz pendir siçan tələsində olur. Əgər hansısa bir dövlət bu təşkilata bel bağlayırdısa, bir qədər sonra ondan asılı olurdu. Məqsəd isə ölkələrdə çevriliş etmək, öz adamlarını hakimiyyətə gətirmək idi. Bir çox ölkələrdə buna nail oldular. Lakin Azərbaycan dövlətinin ayıq-sayıqlığı belə bir prosesin ölkəmizdə də baş tutmasına imkan vermədi. Bunun təzahürlərini Ukraynada, Gürcüstanda, Moldovada gördük. Xaos onlara imkan verir ki, istədikləri məqamda ölkələrin daxili işlərinə qarışa bilsinlər. Hökumət rəsmilərinə nə etməli olduqları ilə bağlı təlimat verirdilər. Çalışırdılar ki, bu ölkələrdə düşünən beyinlər fəaliyyət göstərməsin. Təbii ki, Azərbaycan buna etiraz edirdi və bildirirdi ki, bizə heç kim təlimat verə bilməz. Onlara başa salındı ki, Azərbaycan hansı prosesdə nəyi etməli olduğunu özü bilir, dəstəyiniz lazım deyil. Bizim üstünlüyümüz onda idi ki, dövlət başçısı xalqla dialoq apardı və nələrin baş verdiyini anlatdı. Niyə bir qrup adam qəfildən Fəvvarələr meydanında peyda olurdu və plakatlar qaldırırdı? Şüarlar səsləndirən bu adamlar kimlər idi? Onlar xarici institutların maliyyələşdirdiyi adamlar idi. Belə institutlar insanları təsir altına salıb, meydana buraxırdılar.

Bizim o boyda Qarabağ dərdimiz var idi, lakin onun haqqında heç kim danışmırdı. Çağırışlar edirdik, dünyaya səslənirdik, lakin onlardan səs çıxmırdı. Əvəzində Azərbaycanda inqilab məfkurəsi adı altında LGBT, transgenderlər, həmcins evliliklərdən söz açırdılar. Bu, kimə lazım idi? Ona görə də qətiyyətlə belə qızışdırıcılığın qarşısını aldıq".

Politoloq Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirib ki, ABŞ tərəfindən Azərbaycanda birbaşa hakimiyyət dəyişikliyinə cəhdlər olmasa da, kobud şəkildə siyasi müdaxilələr edilib: “Azərbaycandakı siyasi partiyalar, QHT-lər, müstəqil siyasətçilərlə bağlı ayrıca proqram hazırlanmışdı. Azərbaycan hakimiyyəti isə bunun qarşısını almaq üçün vaxtında tədbirlər gördü. Xarici təsirləri kənarlaşdırdı. Doğrudur, Azərbaycanda Gürcüstandakı kimi xüsusi qanun qəbul olunmadı, amma xaricdən maliyyələşmə məsələlərini önlədi. İndiki dövrdə ABŞ rəsmilərinin bunu etiraf etməsi müəyyən əhəmiyyətə malikdir. Doğrudur, siyasət dəyişməyib. Əvvəllər ayrı-ayrı ölkələrdə maliyyə xərcləyib qızışdırıcılıq, çevriliş edirdilərsə, indi başqa üsulla ABŞ öz təsir dairəsini genişləndirir. Ukrayna sərvətlərinin istismarı ilə bağlı müqavilə bağlanmasını buna nümunə göstərə bilərəm. Suriyaya sanksiyaların azaldılması müqabilində sərvətlərindən istifadə ilə bağlı müqaviləni də demək olar. Yəni ABŞ bir az yönümünü dəyişib. Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru