Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Milli Məclisdən tətilə, yoxsa? - SORĞU
Tarix: 2-05-2025, 08:40 | Çap et
Milli Məclisdən tətilə, yoxsa?
Bir vaxtlar parlamentdə təmsil olunan şəxslər Milli Məclisin VII çağırışında mandat əldə edə bilmədilər. Onlardan bəzisi seçilmədi, digərləri isə ümumiyyətlə, seçkiyə qatılmadı. Başqa bir kateqoriya da yarandı - özü parlamentdə oturmasa da, ailə üzvləri onların dairəsindən mandat qazana bildi.

Sabiq deputatların hazırda nə işlə məşğul olması isə bir çoxunun marağına səbəb olur. Onların arasında siyasi fəaliyyətini davam etdirənlər də, özünü pedaqoji sahəyə, yaradıcılığa yönləndirənlər də var.

“Qafqazinfo” VI çağırış Milli Məclisin deputatları arasında kiçik sorğu keçirib, onların necə deyərlər, harada işlədiyi ilə maraqlanıb.

V və VI çağırışda parlamentdə təmsil olunan Tahir Kərimli saytımıza açıqlamasında bildirib ki, hazırda əsas işi sədri olduğu “Vəhdət” Partiyası ilə əlaqədardır, amma kifayət qədər boş vaxtı da olur: “Əlbəttə deputatlıqdan çıxdıqdan sonra bir sıra məsələlər baş verdi. Məsələn, deputat olanda partiyamız dövlət vəsaiti alırdı. Bu, müəyyən ştatın və rayon şöbələrinin saxlanılmasına kömək olurdu. Vəsait kəsiləndən sonra, təbii ki, yeni şəraitə uyğunlaşmaq lazım gəldi. Demək olar ki, bu məsələləri həll etmişik, partiyamızı tərk edən yoxdur. Qısaca desək, partiya işləri ilə məşğulam, ara-sıra müsahibələr verirəm. Düzü, müsahibə verməyə elə də maraqlı deyiləm. Hazırda rayondayam, amma Bakıya qayıdacağam. Yəni həm paytaxtda, həm də rayonda oluram. 1 ay ərzində 3 roman oxumuşam. Əvvəllər bədii qiraətə vaxt olmurdu, indi müatiləyə və ailəyə daha çox zaman ayırmaq olur”.

6 çağırış deputatı olub, bu dəfə isə əvəzinə qızı Günay Ağamalı millət vəkili seçilən Fəzail Ağamalı da rəhbəri olduğu “Ana Vətən” Partiyasına sədrliyi davam etdirir: “Aktiv olmasa da, siyasi proseslərin içərisindəyəm. Bununla yanaşı, həm də özümün və ailəmin şəxsi qayğıları ilə məşğul oluram. Əsasən ölkə daxilində oluram, səhhətimlə, müayinəmlə əlaqədar Türkiyəyə gedirəm. Əslində elə partiya sədri kimi aktiv siyasətin içindəyəm. Milli Məclis geniş bir fəaliyyət sahəsidir. Əlbəttə, siyasi partiya işi ilə parlamenti müqayisə etsək, Milli Məclisdə fəaliyyət daha əhatəli, aktiv özünü göstərirdi. Hazırda partiyamızı parlamentdə Günay xanım təmsil edir. “Ana Vətən” Partiyası Yeni Azərbaycan Partiyası ilə birlikdə Milli Məclisdə I çağırışdan təmsil olunan partiyadır. Bu gün Günay xanım artıq Milli Məclisdə özünü ifadə etməyi bacarır. Plenar iclas və komitə toplantılarında zəruri olduqda fikirlərini ortaya qoyur. O, artıq böyük siyasətə doğru ciddi addımları atmaqdadır. Passivliyi yoxdur və yersiz aktivliyi də görünmür”.

Budəfəki parlament tərkibində ailə üzvü təmsil olunan eks-deputatlardan biri də Sabir Rüstəmxanlıdır. Ötən il onun yerinə həyat yoldaşı Tənzilə Rüstəmxanlı mandat qazana bilib. S.Rüstəmxanlı isə partiya işləri ilə yanaşı, bədii yaradıcılığa da vaxt ayırdığını qeyd edir: “Ömür boyu nə işlə məşğul olmuşamsa, heç bir dəyişiklik yoxdur. Yazı-pozu, kitablarımı çap etdirirəm və ədəbi prosesdə iştirak edirəm. Bir sözlə, şair ömrü necə olmalıdır? Düzü, heç şair ömrü yaşadıqmı ki? Gənclik illərində qayğılardan başımız açılmadı, sonra da siyasət, müstəqillik uğrunda gedən mübarizələr başımızı qarışdırdı. İndi-indi başım açılır ki, ədəbi fəaliyyətimlə məşğul olum. Siyasətdən geri çəkilməmişəm, partiyada işimi davam etdirirəm. Amma partiyada elədir ki, iş o qədər çətin deyil”.

Sadəcə bir çağırışda Milli Məclisdə təmsil olunan Etibar Əliyev ictimai əsaslarla UNEC-in nəzdində Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri kimi çalışır: “Hələlik pedaqoji fəaliyyətlə məşğul deyiləm, lakin fəlsəfə üzrə fəlsəfə doktoruyam, bir neçə kitabın müəllifiyəm. Lakin ehtimal edirəm ki, ali məktəblərə fəlsəfə və etika fənninin tədrisi üçün müraciət edəcəyəm. Yəqin ki, ali məktəblər nəzərə alarlar və mən öz pedaqoji fəaliyyətimlə məşğul olaram. Xeyli siyasətçilər var. Mən 2020-ci ildə deputatlığa seçiləndə aktiv siyasətçi olmamışam. Kimsə deputat statusunu qazanırsa, dərhal deyirlər ki, siyasətçidir. Siyasət çətin elmlərdən biridir. Elə bir situasiya yaranır ki, istər-istəməz siyasət çevrəsinə daxil olursan. Amma insanların şəxsi peşəsi var, biri pedaqoq, biri həkim, biri iqtisadçıdır. Mən həmişə öz peşəmin çevrəsində olmuşam”.

Dörd çağırış deputatı Rüfət Quliyev də elmlə məşğul olduğunu deyir: “Kitablar yazıram, məsləhətlər verirəm, elmlə məşğulam. İki-üç nəfər doktorluq dissertasiyası yazanlar var, onların elmi rəhbəri, məsləhətçisiyəm. Həmçinin “CBC” telekanalında iki verilişim var. Həftədə 35-40 saatlıq iş rejimim var. Asudə vaxtlarımda isə ya kitab oxuyuram, ya da filmə baxıram”.

Sonuncu seçkiyə qədər dörd çağırış deputat olan Vahid Əhmədov Milli Məclisdə etdiyi çıxışlar və təkliflərlə daim gündəmdə olub. İxtisasca iqtisadçı olan V.Əhmədovun hazırda hansı fəaliyyət sahəsi ilə məşğul olduğunu öz dilindən öyrənə bilməsək də, deyə bilərik ki, o, mediada aktual mövzularla bağlı ekspert kimi fikirlərini bildirir. Mütəmadi olaraq Türkiyəyə gedib-gələn sabiq deputat səhhətinin pis olması ilə bağlı yayılan informasiyaları təkzib edib.

V.Əhmədovun adı zaman-zaman oğlu ilə bağlı da çəkilir. Belə ki, Qaradağ rayon prokuroru işləyən Zəfər Əhmədov ötən ay Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib.

Söhbətləşdiyimiz millət vəkillərindən başqa, təyinatı göz qabağında olanlar da var. Belə ki, seçkidən sonrakı müddətdə bir neçə deputat müxtəlif vəzifələrə təyinat alıb.

Jalə Əhmədova hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışır. O da sadəcə bir çağırışda parlamentdə təmsil olunub.

Dörd çağırış deputatı və VI çağırışda isə vitse-spiker olan Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Yalnız bir çağırışda millət vəkili olan Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindədir.

İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi fəaliyyətini davam etdirir. İ.Həbibbəyli isə dörd çağırışda parlamentdə təmsil olunub.

Bir çağırış deputatlarından olan Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.

Bəxtiyar Sadıqov isə “Azərbaycan” qəzetinin baş redaktorudur. O, beş çağırış Milli Məclisdə təmsil olunub.

Bununla yanaşı, Milli Məclisə digər səbəblərdən vida edənlər də var. Məsələn, həbs, ölüm kimi...

2021-ci ildə polis əməkdaşına xəsarət yetirmə ittihamı ilə həbs edilən eks-deputat Eldəniz Səlimov bu il fevralın 3-də azadlığa buraxılıb. O isə V və VI çağırışda millət vəkili ola bilib.

Fəttah Heydərov pandemiya ərəfəsində - 2020-ci ilin avqustunda həyatla vidalaşıb. 82 yaşlı millət vəkili xəstəlikdən əziyyət çəkirmiş.

75 yaşlı Madər Musayev 2023-cü ilin 14 iyulunda ağciyər və böyrək çatışmazlığından dünyasını dəyişib.

Qənirə Paşayeva isə naməlum mənşəli hipotonik vəziyyət diaqnozu ilə həmin ilin 23 sentyabrında xəstəxanaya yerləşdirilib. 48 yaşlı deputat 5 gün sonra orada vəfat edib.

Parlamentin VII çağırışında təmsil olunmayanlar siyahısında Vasif Talıbov, Oqtay Əsədov, İqbal Məmmədov kimi adlar da var.

27 il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, 29 il isə Milli Məclisin deputatı olan Vasif Talıbovun sədr kimi istefasından öncə ailə üzvlərinin adında olan bir sıra holdinq və şirkətləri əllərindən çıxıb. Hazırda isə onun hansı işlə məşğul olması ilə bağlı məlumat yoxdur.

15 il parlamentə sədrlik edən Oqtay Əsədov sonuncu növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyənlərdəndir. Onun vəzifə pilləsində enişi 2020-ci ildə yenidən sədr postuna seçilməməsi ilə başladı. Barəsində təfərrüatlı məlumat əldə etmək mümkün olmasa da, səhhəti ilə əlaqədar olaraq Əsədovun daha çox Türkiyədə olduğu bildirilir.

2022-ci ildə 10 milyon manatadək vergi borcu olan və onun 8 milyon manatdan çoxunu 15 günün içində ödəyən İqbal Məmmədov da bu dəfə parlamentari ola bilməyib. Onun da hazırda harada və nə işlə məşğul olması ilə bağlı informasiya əldə etmək alınmayıb.

İ.Məmmədov bir neçə il əvvəl gündəmə sahibi olduğu “Relax” istirahət mərkəzində düşən dava ilə gəlmişdi. Belə ki, onun oğlu və qardaşı oğlu Dövlət Vergi Xidmətinin əməkdaşlarına hücum etdiklərinə görə məsuliyyətə cəlb edilmişdilər. Bu, siyasətçinin imicinə ciddi zərbə vurub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru