Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Ədalət Partiyası parçalanır? – Mətbuat konfransında ŞOK ittihamlar
Tarix: 30-04-2025, 16:51 | Çap et
Ədalət Partiyası parçalanır?
Ədalət Partiyasının 9-cu Qurultayına Hazırlıq Komitəsinin sədri Mütəllim Rəhimli son günlər partiyanın daxilində yaşananlar barədə cəmiyyətdə aydın təsəvvür yaratmaq məqsədilə mətbuat konfransı keçirib.

Musavat.com-un xəbərinə görə, Mütəllim Rəhimli bildirib ki, bu gün Ədalət Partiyası ətrafında ciddi hadisələr baş verməkdədir.

Bu hadisələr partiyada baş verən proseslər barədə, eləcə də Ədalət Partiyasının növbəti qurultayına hazırlıqla bağlı ictimaiyyətə məlumatlar verilməsi zərurətini yaradıb.

M.Rəhimli qeyd edib ki, Ədalət Partiyasının üzvü olan 7 nəfər və partiyanın üzvü olmayan bir qrup şəxs aprelin 26-da toplaşaraq qanunsuzluqlara yol veriblər:

“Həmin qrup mənim Ədalət Partiyası üzvlüyündən xaric olunmağım barədə “qərar” qəbul edib və bunu ölkə mediasına yayıblar. Bu qərarın heç bir hüquqi əsası yoxdur. Həmin kiçik qrup Ədalət Partiyasını işğal etməyi düşünür.

Aprelin 12-də Siyasi Şuranın iclası keçirilib və həmin iclasda Ali Məclisin 19 apreldə keçirilməsi ilə bağlı qərar qəbul olunub. Bu qərarın imzalar olan orijinal nüsxəsi əlimizdədir. Bu qərara bu gün mənim partiyadan çıxarılmağım “qərarı”na səs verən iki nəfərin də imzası var.

Bir həftə atdıqları imzadan imtina etmək necə siyasətlə məşğul olmaqdır? Siyasi Şuranın 10 üzvündən yeddisi iclasda iştirak edirdi. Həmin 7 nəfərin hər birinin qərarda imzası da gördüyünüz kimi var.

Yekdilliklə Ali Məclisin iclasının çağırılmasına qərar verilib. Sonradan Ali Məclisin sədri Meydan Babayev açıqlama verdi ki, bu iclasdan xəbəri olmayıb. Amma bu da doğru deyil.

Meydan Babayev vatsap qrupunda yazdığı yazıda bildirib ki, 12 apreldə Siyasi Şuranın iclasının keçirilməsinə etiraz etmir, Siyasi Şura üzvləri toplaşaraq məsələləri müzakirə edə bilərlər. Belə bir yazısı olduğu halda onun indi Siyasi Şuranın iclası ilə bağlı dediyi anlaşılmazdır. Bu onu göstərir ki, Meydan Babayev və onun ətrafında olan şəxslərin iddialarının heç bir hüquqi əsası yoxdur”.

Mütəlim Rəhimli bildirib ki, Ali Məclisin iclası aprelin 19-da keçirilib və 17 mayda Ədalət Partiyasının 9-cu qurultayının keçirilməsi qərarı səsvermə ilə verilib:

“Ali Məclisin 65 üzvü var. 56 nəfəri hər rayon təşkilatından bir nəfər olmaqla seçilib. 9 nəfər isə 8-ci qurultayda birbaşa seçilmiş şəxslərdir. Nizamnamənin tələbinə görə belədir. Ali Məclisin 19 apreldə keçirilən iclasında 56 üzv iştirak edib. Bu iclasın da videomaterialı və protokolu əlimizdə mövcuddur. Yəni Ali Məclisin iclasının guya yetərsay olmadan qanunsuz keçirildiyi barədə kimsə artıq-əskik danışa bilməz.

Meydan Babayev Ali Məclisin iclasının qarşısını almaq üçün gecə partiyanın ofisinin qapısını dəyişdi və partiya üzvlərinin oraya daxil olmasına imkan vermədi. Mən buna çox təəssüf edirəm. Ali Məclisin sədri Ali Məclis üzvlərinin üzünə qapını bağladı. Bu, hansı qanuna və etikaya sığır?! İnsanlar orada emosional vəziyyətə çatmışdılar. Onları güclə sakitləşdirdim və iclasımızı keçirdik. Biz partiyanın qapısının bağlanması faktı ilə bağlı polisə müraciət etdik. Polis hadisəni araşdırmaqdadır. Qeyri-qanuni hərəkət mütləq özünün adekvat qanuni cəzasını alacaq”.

M.Rəhimli vurğulayıb ki, Ədalət Partiyası 2000-ci ildən fəaliyyətini bərpa edib. O zamandan bəri partiyanın üzvü olan ağsaqqalların üzünə partiyanın qapısını bağlamaq, onları ayaq üstə saxlamaq qətiyyən doğru deyildi:

“Təəssüf ki, emosional hərəkətlə davranış nəticəsində bu yanlışa yol verildi. 17 Məclis üzvü ayaq üstə iclas keçirməyə məcbur oldu, 40 nəfər isə onlayn qatılmalı oldu, Ali Məclisin üzvü olmayan 49 nəfər də iclasa gəlmişdi. Təbii ki, həmin 49 nəfər səsvermədə iştirak etmədi.

Bu gün Ədalət Partiyasının mərkəzində baş verən hadisələr partiya üzvləri arasında narahatlıqla qarşılanır. Bir çox üzvlərimiz öz mövqelərini açıqlayıblar. Təəssüf ki, əks tərəf yalan informasiyaları dövriyyəyə buraxır və cəmiyyəti aldatmaqla məşğuldur.

Hətta guya rəhmətlik İlyas İsmayılovun vəsiyyətinin olduğunu iddia edirlər. Halbuki, belə bir vəsiyyətin olduğunu İlyas müəllimin oğlu Mətin bəy təkzib edib. İlyas müəllimin qardaşı oğlu Gündüz bəy də Ali Məclisin iclasının qanuni olduğunu bəyan edib.

Aprelin 19-da Ali Məclisin iclasında partiyanın 9-cu qurultayının mayın 17-də keçirilməsi barədə yekdilliklə qərar qəbul olunub. Nizamnaməyə görə, Təşkilat Komitəsi yaradıldığı andan partiyanın digər strukturlarının fəaliyyətinə son verilir. Yəni aprelin 19-dan Meydan Babayev Ali Məclisin sədri vəzifəsini yerinə yetirə bilməz. Çünki həmin gündən Ali Məclis yoxdur.

Mənəvi tərəfdən də o, özü qəbul etməlidir ki, Ali Məclisin üzvlərinin üzünə qapını bağlayanda sədrliyi itirib. O hadisədən sonra insanların üzünə çıxıb “Sizin sədrinizəm” demək olar?! Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası da 27 apreldə özünün qərarını açıqlayıb. Qərarda partiyada pozuculuq edən bir neçə şəxsin əməlinə qiymət verilir. MNTK-nın qərarında bir qrup şəxsin 26 apreldə “Ali Məclisin iclası”nı keçirmə cəhdi Nizamnaməyə zidd hesab edilib. MNTK sədri təşəbbüskarlardan biri Mehman Əliyev bu barədə xəbərdarlıq edib.

MNTK qərarında bəyan edib ki, 26 apreldə keçirilən yığıncağın Ədalət Partiyası ilə heç bir əlaqəsi yoxdur. Bu yığıncağa təşəbbüs göstərmiş Meydan Babayevə, Mehman Əliyevə və Vüsalə Dadaşovaya xəbərdarlıq edilib və bu cür hərəkətlərə davam edəcəkləri təqdirdə nizamnaməyə uyğun olaraq daha ağır cəzaya məruz qalacaqları onların diqqətinə çatdırılıb. MNTK həmin insanların indiyə qədər partiyada olan xidmətlərini unutmayıb və buna görə barələrində sərt qərar verməyib”.

Heç kimin partiyadan xaric edilməsinin tərəfdarı olmadıqlarını söyləyən M.Rəhimli əlavə edib ki, Meydan Babayevin, Vüsalə Dadaşovanın və Elçin Qurbanovun Ədalət Partiyasının sədri olmaq iddiaları var:

“Bu, çox yaxşıdır və biz bunu alqışlayırıq. Biz bu insanları dəvət edirik və buradan müraciət edirik. Gəlsinlər 17 mayda keçiriləcək qurultayda iştirak etsinlər, namizədliklərini versinlər. Qurultay nümayəndələrinin səsi həlledici olacaq. Onlardan istənilən biri qurultayda sədr seçilsə, şəxsən mən onun əlini sıxıb təbrik edəcəm. Mən Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri kimi həmin dostlarımızı qurultayda iştirak etməyə və öz iddialarını qanuni formada təmin etmək üçün platformalarını təqdim etməyə çağırıram. Bəlkə qurultay nümayəndələri onlara səs verəcəklər? Mən də namizədlərdən biriyəm. Hər kəsi qurultayda iştiraka çağırıram”.

Mütəllim Rəhimli Meydan Babayevin “Ali Məclisin iclası” kimi təqdim etdiyi yığıncaqda Ədalət Partiyasının cəmi 7 üzvünün olduğunu açıqlayıb:

“Qalan şəxslər Ədalət Partiyasının üzvləri olmayan şəxslər idi. Mən onların sırasında çox hörmətli şəxsləri gördüm. Onları ola bilsin başqa adla çağırıb o yığıncağa gətiriblər. Bizim qapımız onların da üzünə açıqdır. Əgər Ədalət Partiyasının fəaliyyətində iştirak etmək istəyirlərsə, öncə gəlib partiyaya rəsmi üzv olsunlar”.

M.Rəhimli sonda bildirib ki, qurultayın keçirilməsinə yer ayrılması üçün müvafiq rəsmi orqanlara məktub göndərilib:

“Uyğun yer ayrılacaqsa, qurultay orada keçiriləcək, uyğun ünvan olmasa, özümüz partiya olaraq müvafiq uyğun bir yerdə keçirəcəyik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru