Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"İranı yaxşı tanıyıram, onların düşüncə tərzinə bələdəm" - AKTUAL ŞƏRH
Tarix: 30-04-2025, 14:02 | Çap et
"İranı yaxşı tanıyıram, onların düşüncə tərzinə bələdəm"
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri nəhayət baş tutdu. Bu səfər 44 günlük Vətən müharibəsindən sonra İran prezidentinin Bakıya ilk səfəri oldu. Müharibədən sonra İran hakimiyyətinin yürütdüyü ikitərəfli və regional siyasət səbəbindən tərəflər arasında gərginlik yaranmışdı. Məsud Pezeşkianın səfərinin və imzalanan sənədlərin mövcud gərginliyi aradan qaldırılacağı ehtimal olunur. İran prezidenti ölkəsinə qayıtdıqdan sonra Bakı səfəri ilə bağlı paylaşım edib. Pezeşkian qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib: "Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevlə razılaşmalarımız oldu və sənədlər imzalandı. Bu səfər etimadın artırılması və hərtərəfli elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün müqəddimədir".
Xatırladaq ki, İran hökumətinin başçısı səfər öncəsi Azərbaycan Televiziyasına və İranın İRNA agentliyinə müsahibəsində ikitərəfli əlaqələrin inkişafına dair açıqlamalar vermişdi. Pezeşkian Zəngəzur dəhlizinin açılmasından da danışmış, Ermənistan "hə" deyərsə, onlar üçün problem olmayacağını vurğulamışdı.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və gözləntilər barədə Sherg.az-ın suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə Tehranın beynəlxalq təzyiqlərlə üzləşməsinə diqqət çəkib. Ekspert vurğulayıb ki, müəyyən səbəblərdən İran Azərbaycanla əlaqələri normallaşdırmaq istəyindədir...

- Zərdüşt müəllim, İran Prezidenti M.Pezeşkianın Azərbaycana səfəri, görüş və müzakirələr Bakı-Tehran münasibətlərini normal müstəviyə çıxara biləcəkmi?
- İran Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyir. Azərbaycan da istəyir ki, İran sarıdan hansısa narahatlıq olmasın, daha doğrusu, cənubdan heç bir təhlükə yaranmasın. Bir-birinə qonşu olan iki ölkənin iqtisadi layihələr həyata keçirməsi mümkündür. Ancaq məsələ ondadır ki, indiki məqamda hər şey Azərbaycan və İrandan asılı deyil. Hazırda İran böyük təhlükə qarşısındadır. İrana qarşı ciddi qüvvələr fəaliyyət göstərirlər. Dünyanın ən güclü kəşfiyyatına malik olan İsrail İranı laxladır, içəridən parçalayır. Bəndər-Abbas limanındakı partlayışı onlar tərədib. İsrail kəşfiyyatı İranda öz "həyəti" kimi gəzişir. Məxfi sənədləri oğurlayır, alimlərə, siyasətçilərə, hərbçilərə qarşı sui-qəsdlər təşkil edir, təxribatlar törədir. İran bu sarıdan ağır vəziyyətdədir. Üstəlik, ABŞ də İranı vurmaqla, zərbələr endirməklə hədələyir. İsrailə böyük miqdarda silah-sursat verir. ABŞ hərbi texnikanı Ukraynaya qaşıqla verirsə, İsrailə çömçəylə verir. Bu da İran üçün ciddi problem yaradır. Düzdür, Qərblə İran arasında nümayəndələrin danışıqları gedir, hətta müsbət nəticələrin olduğu da deyilir. Amma ABŞ-nin İranla bağlı tələbləri qəbuledilməzdir və İranın suverenliyinə təhdiddir, İranı bir dövlət kimi inkar etməkdir. Ümumiyyətlə, ABŞ dünyada ən əxlaqsız dövlətdir. Amerika üçün əxlaq normalı yoxdur. Əsas olan öz maraqları, öz qazanclarıdır. Bu təhlükəni görən İran Azərbaycanla münasibətləri normallaşdırmaq qərarına gəlib. Azərbaycan-İran münasibətlərinin gələcəyi Tehranın Qərb dünyası ilə əlaqələri tənzimləməsindən asılı olacaq. Rəsmi Bakının niyyəti xoşdur. İran tərəfdən də adekvat mövqe tələb edirik. İran Azərbaycanı müəyyən metodlarla sınaqdan çıxartdı və gördü ki, çox güclü ölkədir. Anladı ki, Azərbaycanı diz çökdürmək, asılı vəziyyətə salmaq mümkünsüzdür. Məhz o səbəbdən Tehran hökuməti bölgə siyasətini dəyişdirdi.
- Yəni İranı Azərbaycanla münasibətləri düzəltməyə məcbur buraxan xarici faktorlar, Qərbin təzyiqləridir?
- Əlbəttə elədir. Hər bir insanın davranışı, qəbul etdiyi qərarlar yaşadığı ətraf mühitlə sıx bağlıdır. Dövlət də o cürdür. İran vaxtı ilə hesab edirdi ki, Azərbaycanı əzə bilər. Hətta vəziyyət o yerə çatmışdı ki, Azərbaycan səfirliyinə silahlı hücum etmişdilər, nümayəndəmizi öldürmüşdülər. Ancaq 44 günlük Vətən müharibəsindən, Qarabağın tamamilə azad edilməsindən, güclü müttəfiqlərimizin meydana çıxmasından sonra İran öz siyasətini dəyişmək məcburiyyətində qaldı. Səfirliyin yenidən fəaliyyətə başlamasını istədi, cinayətkarı sərt cəzalandıracağını dedi və s. Yəni İran öz xoşuna dəyişmədi. Mövcud imkanlarını, dünyada baş verənləri düzgün qiymətləndirmə nəticəsində Bakı ilə yaxınlaşmanın zərurət olduğunu anladı.
- Məsud Pezeşkianın milliyətcə türk olması müxtəlif mülahizələrə yol açır. Pezeşkian Azərbaycan lehinə hansısa addımlar ata bilərmi?
- Əvvəla onu deyim ki, siyasətdə etnik mənsubiyyət məfhumunu unutmaq lazımdır. Çünki əhəmiyyətsizdir. Stalin milliyətcə gürcü idi, gürcülərə nə xeyri dəydi?! Ölənə kimi Gürcüstana yox, Rusiyaya xidmət etdi. Əlbəttə, Məsud Pezeşkian azərbaycanlıdır. Şübhə yox ki, Azərbaycanı, azərbaycanlıları sevir. Amma Pezeşkian İran dövləti üçün çalışır, öz dövlətinin mövqeyini müdafə edir. Pezeşkian tez-tez Şəhriyardan şeirlər deyir. Bakıda səfərdə olarkən də Şəhriyarın şeirini söylədi, "o tay, bu tay", "bizi ayrı saldılar" kimi sözlər dedi. Belə ifadələr bizə xoş gəlir, zənn edirlər ki, Pezeşkian Cənubi Azərbaycanı bizə, yəni Azərbaycan Respublikasına birləşdirməkdən danışır. Halbuki, Pezeşkian "bizi ayırdılar" deyərkən Azərbaycan Respublikasının "İrana birləşdirilməsini" nəzərdə tutur. Mən o cür anlayıram, ona görə ki, İranı yaxşı tanıyıram. İranlıların düşüncə tərzinə bələdəm. Köküm oradadır, qohumlarım orada yaşayır. Həm də şərqşünas kimi İranı yaxşı bilirəm. Bizimkilər sadəlövhcəsinə fikirləşirlər. İranlıların yanaşmasına görə, Azərbaycan bütöv, böyük olmaq istəyirsə, bunu ancaq İrana birləşməklə edə bilərlər.
- İran prezidentinin Zəngəzur dəhlizi ilə bağlı "Ermənistan razı olarsa, bizim üçün problem deyil" ifadəsini necə dəyərləndirirsiniz?
- Pezeşkian bundan başqa nəsə deyə bilməz. Məsələ odur ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına naz edir. İran da Ermənistanı öz müttəfiqi gördüyü üçün onun müdafiəsində dayanır. İrəvan nə deyirsə, Tehran da onu təkrarlayır. Ermənistan və onu müdafiə edənlər uzun müddət iddia etdilər ki, Meğri yolu Ermənistanın milli təhlükəsizliyinə cavab vermir, ona görə açılmamalıdır. Sonra nə baş verdi? Azərbaycan və Türkiyə incə siyasi fənd işlətdilər. Türkiyə Prezidenti R.T.Ərdoğan dedi ki, əgər Ermənistan Zəngəzur dəhlizini açmaq istəmirsə, Naxçıvana yol Arazın sağ sahilindən keçsin. Bu təklif İrana da sərf etdiyi üçün dərhal hazır olduğunu bəyan etdi. İrəvan da bəhanəsi əlindən çıxdığına görə dilxor oldu. İrandan alternativ yol məsələsinin ciddiləşdiyini gərən Ermənistan yavaş-yavaş Zəngəzur dəhlizi söhbətində yumşalmağa başladı. Nikol Paşinyan bir neçə açıqlamasında bunun mümkünlüyünü söyləyib, Bakının haqlı olduğunu deyib. Bu özü böyük irəliləyişdir. İran da avtomobil, yaxud dəmir yollarının öz ərazisindən keçməsində maraqlı olduğunu vurğulayıb. Pezeşkian bunu nəzərə alaraq həmin ifadələri səsləndirir. Onsuz da İrandan yolumuz var idi, işləyirdi. Qohumların da həmin yoldan istifadə edirdi. Nə oldu? Dünya dağılmadı ki?
- İranın Ermənistana yanaşmasında dəyişiklik varmı? Qərbin Ermənistana yerləşməsi Tehranı narazı salırmı?
- Tehranın Paşinyanın hökumətinə yanaşması dəyişib, soyuqlaşıb. Ermənistanın strateji xətti açıq-aşkar şəkildə Qərbə yönəlib. Ermənistan Avropa Birliyinə, NATO-ya üzv olmaq niyyətindədir. Avropa İttifaqının "müşahidə missiyası"nı Azərbaycanla sərhədə doldurub. İran da çox yaxşı bilir ki, missiya bölgə dövlətləri barədə kəşfiyyat məlumatları toplayır. Amerika hərbçiləri erməni sərhədçilərinə təlimlər keçirlər. Parlamentdə qanun qəbul etdiriblər ki, onların yolu Avropayadır. İrəvan hökuməti açıq formada Qərblə dostluq niyyətində olduğunu bəyan edir. Bununla yanaşı, İranla da əvvəlki münasibətləri saxlamağa çalışır. Ancaq İran Qərbə inteqrasiya yolu tutan Ermənistanla yaxınlığı davam etdirmək istəmir. Çünki Ermənistan ərazisi İrana qarşı istifadə oluna bilər. Amma Azərbaycan dəfələrlə birmənalı vurğulayıb ki, bizim ərazimizdən İrana qarşı heç zaman zərbə dəyməyəcək. Ermənistan İrana sadiq olsaydı, Tehranın geosiyasi düşmənləri ilə öz ərazisini doldurmazdı. Ona görə də Ermənistana deyir ki, "səndən bizə yar olmaz".
- İsrail Baş naziri Benyamin Netanyahunun da Azərbaycana səfəri gözlənilir. M.Pezeşkiandan sonra İsrail rəhbərinin ölkəmizə gözlənilən səfərini balanslı siyasət adlandırmaq olarmı?
- Azərbaycan İsraillə hərbi sahədə sıx əməkdaşlıq edir. Həmçinin, energetika sahəsində də əməkdaşlığımız var. İsrail ABŞ-də, Qərbdə Azərbaycanın mövqelərini müdafiə edir. Dünyanın maliyyə sistemində yəhudilərin çox böyük yeri, payı var. Yəni bir çox baxımdan Azərbaycanın İsraillə yaxın münasibətlər qurmasına əsaslar mövcuddur. O cümlədən, İsrail və Baş nazir B.Netanyahu üçün də Azərbaycanla əməkdaşlıq böyük siyasi qazancdır. İsrail dünyanın hər yerində müsəlman Azərbaycanla yaxın münasibətdə olduğunu nümayiş etdirir. Azərbaycan İsrail və Türkiyə arasında da müham vasitəçi rolunu oynayır, düşmənçiliyin yaranmasına imkan vermir. Amma İsrail-İran qarşıdurması reallıqdır və tərəflər arasında gərginlik çox ciddidir. Əslində, İranın İsrailə cavab vermək gücü var, amma sadəcə hərbi obyektlər hədəf seçilir. Çünki Tehran yaxşı bilir ki, bir israillinin ölümü Qərbdə böyük fəlakət deməkdir. Amma 50 min müsəlmanın öldürülməsi Qərbin vecinə də deyil. Ona görə də İran ehtiyatlı davranır. Ancaq özünə qarşı ciddi təhlükə görsə, əlindəki minlərlə raketi istifadə etməkdən çəkinməyəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru