Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

“Pezeşkianın ən böyük xidməti İranda Azərbaycan faktorunun açıq şəkildə meydana çıxmasıdır...” - HƏQİQƏTƏN DƏ...
Tarix: 30-04-2025, 05:53 | Çap et
“Pezeşkianın ən böyük xidməti İranda Azərbaycan faktorunun açıq şəkildə meydana çıxmasıdır...”
İranın ilk Azərbaycan türkü olan prezidenti cənab Məsud Pezeşkian Azərbaycana ilk və çox əhəmiyyətli səfərində ana dilimizdə güneyli dahi şairimiz Məhəmməd Hüseyn Şəhriyarın “Heydər babaya salam” poemasından parçalar söyləsə də, Azərbaycan prezidenti və hökumət üzvləri ilə ümumən rəsmi danışıqları fars dilində apardı. Halbuki, o öz seçkiqabağı çıxışlarında öz evində belə, Azərbaycan türkcəsində danışdığını bildirirdi... Bəs görəsən, dövlət dili fars dili olan bir ölkənin azərbaycanlı prezidentinin Azərbaycanda öz ana dilində danışmamasını təəssüf hissi ilə qarşılamaq siyasi baxımdan nə dərəcədə doğru olar?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib:

“Əlbəttə, biz hamımız bir azərbaycanlı, Azərbaycan vətəndaşı olaraq istərdik ki, İranın ilk azərbaycanlı prezidenti Məsud Pezeşkian öz evində olduğu kimi, Bakıya ilk səfəri zamanı da bütün rəsmi görüşlərdə Azərbaycan dilində danışsın. Ancaq təəssüf ki, İranın dövlət dili fars dilidir və Pezeşkianın buradakı bütün hərəkətlərini diqqətlə izləyirlər...
Biz onu da bilməliyik ki, mövcud reallığın əksinə olaraq maksimalistlik nümayiş etdirəndə nəticə olmur. Təsəvvür etmək lazımdır ki, Tehrandan Pezeşkianın Bakıdakı hər bir davranışını, onun zalda, çoxsaylı insanların qarşısında Azərbaycan türkcəsində şeir söyləməsini və bunun alqışlarla qarşılanmasını necə izləyirlər. Həmçinin Azərbaycan prezidenti ilə görüşdə xüsusi münasibət nümayiş etdirməsini qısqanırlar. Bir detalı da sizə deyim ki, Azərbaycan prezidentini çıxışı zamanı İran nümayəndə heyəti üzvlərinin əksəriyyətinin qulağında qulaqcıq var idi, ancaq Pezeşkianın qulağında yox idi. İran prezidenti sanki bununla da onu göstərmək istəyirdi ki, Azərbaycan türkcəsi mənim doğma, ana dilimdir və mən o dildə danışılanları qulaqcıqla - tərcümə ilə dinləmək istəmirəm...

Dediyim kimi, biz İran rəhbərliyindəki mürtəce, şovinist qüvvələrin bütün bu detalları, xüsusən də cənab Pezeşkianın özünü Azərbaycanda bu ölkənin bir sakini kimi aparmasını izləyərək necə qıcıqlandıqlarını, həmçinin Ermənistandakı revanşist dairələrin buna necə reaksiya verdiklərini və öz iyrənc münasibətlərini rəsmi Tehrana necə çatdırdıqlarını da düşünməliyik...

Amma bütün bunlarla belə, yenə də Pezeşkiandan bir azərbaycanlı rəhbər şəxs olaraq gözləntilərimiz var. Təbii ki, bu, prosesin başlanğıcıdır və müsbət çalarlı proseslər getdikcə davam edəcəkdir. Hər halda keçid dövrü üçün çox şey tələb etmək doğru deyil. Əsas məsələ odur ki, İranda Azərbaycan faktoru açıq şəkildə ortadadır. Pezeşkianın ən böyük xidməti də məhz budur...

Doğrudur, mən də cənab Pezeşkianın bəzi açıqlamalarından narazı qaldım. Məsələn, deyir ki, İran azərbaycanlıların ikinci vətənidir. Bununla sanki bəzi məsələlərə işarə edir. Təbii ki, biz Azərbaycan vətəndaşıyıq, “İran” deyilən ərazi isə əsrlər boyu Azərbaycan dövləti olubdur. Farslar isə cəmi 100 il bundan öncə müəyyən beynəlxalq proseslərdən istifadə edərək və bəzi dünya güclərinə arxalanaraq hakimiyyətə yiyələnib dövləti öz adlarına çıxaraq bu ölkəyə “İran” adı qoyublar. Məsələnin mahiyyəti budur. Odur ki, Pezeşkian da rəsmi fars siyasətinə uyğun ifadələr işlətməyə bir növ məcburdur...

Bundan əlavə, azərbaycanlı İran prezidenti belə bir fikir də işlədib ki, “Azərbaycanla İran bir bədənin üzvləridir”. Bu da yanlış bir ifadədir. Biz quzeydəki Azərbaycan dövləti olaraq müstəqil bir bədənik, müstəqil bir orqanizmayıq və heç kəsin də bir hissəsi deyilik. Sözsüz ki, İranda prezident olan soydaşımız müəyyən məsələlərdən ehtiyat edir və ənənəvi mövqelərdən geri çəkilə bilmir...

Bütün bunlarla belə, xeyli dəyişiklik var. Və bunlar da dediyim kimi, İranda Azərbaycan faktorunun yüksəlməsinin nəticəsidir. 3-4 il bundan öncə bəziləri radikal şəkildə Güney Azərbaycanı Azərbaycan Respublikasına birləşdirməyi təklif edəndə mən belə bir mövqedən çıxış edirdim ki, İran Azərbaycan dövlətidir və sadəcə onun 100 il bundan öncə aradan qaldırılmış Azərbaycan mahiyyətini özünə qaytarmaq lazımdır. O zaman əks mövqedə olanlar mənə qarşı hücuma keçirdilər. Buna rəğmən mən öz mövqeyimdə qalmışam və onu belə də təbliğ etmişəm. Və hesab edirəm ki, artıq bu gün o öz yerini almaqdadır. Yəni İran doğrudan da Azərbaycan mahiyyətinə qayıdır. Pezeşkianın seçilməsi təsadüfi deyil. Prezident seçkilərində ona səs verən insanlar artıq bir növ yalnız bir azərbaycanlı namizədə yox, Azərbaycana, Azərbaycan dilinə səs verirdilər. Və İrandakı soydaşlarımız məhz Azərbaycan türkü olduğuna görə Pezeşkiana səs veriblər. Deməli, artıq orada milli hisslər oyanmaqda və özünü açıq şəkildə ortaya qoymaqdadır. Yaxşı bir proses başlayıb və çalışmaq lazımdır ki, həmin prosesə biz də kömək edək. Yersiz, gərəksiz, qərəzli şüarlarla o prosesi pozmasınlar. Kimlərsə bu gün daha artıq şey tələb edir və Pezeşkianı da nədəsə ittiham edirlərsə, qeyri-iradi fars rejiminin xəttinə xidmət edirlər. Bunu həm buradakı, həm İrandakı soydaşlarımız anlamalıdırlar. Elə etmək lazımdır ki, Bakıdan, yaxud Təbrizdən olan reaksiyalar Pezeşkianın Tehrandakı işinə mane olmasın. O öz işini bilir...

Bir sözlə, bir çox problemlərdə olduğu kimi, bu məsələdə də şüarçılıqdan qaçmaq lazımdır. Kimlərinsə özlərini göstərmək üçün şüarçılıq etməyi bütün işi, prosesi poza bilər...”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru