Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"20-30 ildir deputat nişanı taxırlar" - AMİP yetkilisi
Tarix: 27-04-2025, 00:16 | Çap et
"20-30 ildir deputat nişanı taxırlar"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin majoritar və proporsional seçki sistemi ilə bağlı sözləri müzakirələrə səbəb olub. Bəzi partiya funksionerləri komitə rəhbərinin açıqlaması ilə razılaşmayıblar. Qeyd edək ki, Əli Hüseynli majoritar seçki sisteminin seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaratdığını deyib. O bildirib ki, vaxtilə proporsional seçki sistemində vətəndaş və deputat arasında məsuliyyət yox idi.

AMİP Siyasi Şurasının üzvü Əli Oruclu Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə qəbul olunarkən parlamentə seçkilər qarışıq seçki sistemi ilə nəzərdə tutulmuşdu. Siyasi şərhçi vurğulayıb ki, 2002-ci ildə Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı keçirilən referendumda həmin sistemin aradan qaldırılması və mojaritar seçki sisteminin tətbiqi qərarlaşdırıldı:

"Referendumadək parlament seçkiləri qarışıq sistem əsasında keçirildi. Yəni 125 deputat yerindən 100 deputat təkmandatlı dairələrdən mojaritar qaydada, 25 deputat isə proporsional qaydada seçildi. Əgər təhlillər aparılarsa, hər seçki sisteminin müsbət və mənfi tərəfləri üzə çıxar. Ancaq hazırda dünyanın 80 ölkəsində seçkilər proporsional, 20 ölkəsində isə qarışıq seçki sistemində keçirilir. Dünyanın əsas inkişaf etmiş ölkələri proporsional seçkilərlə parlamentlərini formalaşdırır. Qonşularımız - Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə proporsional seçki sisteminə üstünlük verir. Deməli, proporsional seçki sistemi daha mütərəqqi və ədalətli sayılır ki, bu seçki sistemi geniş yayılıb, böyük arealda tətbiq edilir. Ona görə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin səsləndirdiyi fikirləri bölüşmürəm. Onun sözlərindən belə çıxır ki, proporsional qaydada seçilən deputat seçiciləri ilə əlaqə və məsuliyyət yarada bilmir. Əgər belədirsə, dünyanın 100 dövləti öz seçki sistemini proporsionalla deyil, mojaritar əsaslarla keçirərdi. Yaxud kimsə bir neçə dəfə seçiləcəksə, bunu yenə də xalq seçəcək. Parlamentdə elə deputatlar var ki, əksər çağırışlarda onlara mandat verilib, 20-30 ildir deputat nişanı taxırlar".

Ə.Oruclunun fikrincə, proporsional seçki sistemi o səbəbdən yığışdırıldı ki, partiyaların ictimai-siyasi həyata rolu azalsın:
"Partiya daxilində və partiyalar arasında rəqabət yoxa çıxdı. Partiyaların gücünün və nüfuzunun barometri seçkilərdə qazandığı səsləridir. Bu, həm də həmin partiyaların yaşama və ayaqda qalma şansının təbii üsulla müəyyən edilməsidir. Kollektiv idarəetmənin, fikir plüralizminin inkişaf etdirilməsi baxımından da proporsional seçki sistemi əvəzsiz vasitədir. Milli Məclisin siyasi palitrasına baxsanız, aydın görərsiniz ki, keyfiyyət və rentabellilik, təşəbbüskarlıq sıfıra yaxındır. Partiyaların gələcək taleyi və inkişafı parlamentə düşən rəhbərlərindən, sədrlərindən birbaşa asılı haldadır. Həmin sədr də bunu anladığından rəhbərlik etdiyi partiyanı təkbaşına idarə etməyə və öz şəxsi maraqlarına xidmətə kökləməyə meyillənir. Partiya daxilində avtoritar mühit yaradılır. Partiyadaxili fikir müxtəlifliyi və rəqabət tədricən boğulur. Sosial sorğu aparılsa, aydın olar ki, bəzi deputatlar seçiciləri üçün əlçatmazdır və seçicilərinə, yaxud mandat aldığı dairəyə yaddır. Neçə deputat deyə bilər ki, nə qədər seçicisinin problemini həll edə bilib? Əksər hallarda keçirilən görüşlər də formal və hesabat xarakterlidir. Çünki Azərbaycanda siyasi sistem elə formalaşdırılıb ki, seçki institutları və seçkilər əhəmiyyətli rola malik deyil. Deputat hansısa icra qurumuna sorğu göndərməklə işini bitmiş sayır və seçicisinə kömək etdiyini düşünür. Deputat ondan artığını istəsə belə, etmək gücündə və səlahiyyətində deyil".

AMİP rəsmisi qeyd edib ki, 1995-ci il parlamentində ciddi rəqabət və mübarizə var idi:
"Müzakirəyə çıxarılan qanun layihələri ilə bağlı iqtidar-müxalifət arasında ciddi müzakirələr aparılırdı. Parlament qanunverici hakimiyyət qolu olsa da, siyasi institudur və siyasi mübarizə meydanıdır. İnkişaf etmiş ölkələrdə partiyalar siyasi mübarizəni küçələrdə deyil, məhz parlamentdə aparırlar. Türkiyə parlamentində hakim partiyadan başqa 6 böyük deputat qrupu var, hələ kiçik qrupları nəzərə almıram. Rusiyanın Dövlət Dümasında bir neçə partiyanı özündə birləşdirən 3 böyük və güclü fraksiya var. Gürcüstanda da onun kimi. Doğrudur, son parlament seçkilərində müxalifət parlamenti boykot etdi. Azərbaycan Konstitusiyasında fraksiya yaratmaq üçün 25 deputatın olması tələb olunur. Hazırkı tərkibdə özünü müxalifət sayan partiyaların təmsilçilərini də hesablasaq, heç 20 deputat etmir".
Analitik qeyd edib ki, deputatın vəzifəsi seçicilərin problemləri ilə fərdi qaydada məşğul olmaq yox, həmin problemləri yaradan səbəbləri aradan qaldırmaqdan ibarət olmalıdır: "Seçicini 5 dəqiqə dinləyib yola salmaq məsuliyyətli olmaq demək deyil. Məsuliyyət xalqdan mandatını alıb xalqa keyfiyyətli xidmət göstərmək, onun səsini və iradəsini yüksək tribunada ifadə etməkdir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru