Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"Azərbaycanda heç vaxt olmadığı qədər möhkəm həmrəylik var" - YAP-dan müxalifətə GÖNDƏRMƏ...
Tarix: 25-04-2025, 09:08 | Çap et
"Azərbaycanda heç vaxt olmadığı qədər möhkəm həmrəylik var"
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) AXCP və Milli Şuranın aprelin 27-də “Siyasi məhbuslara azadlıq!” tələbi ilə “Məhsul” stadionunda mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.

Bəllidir ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə altı iclası olub və 600-dən çox müraciətə baxılıb. Komissiyanın üzvü Əliməmməd Nuriyevin “Trend”ə verdiyi məlumata görə, aprelin 23-də komissiyanın bu il üçün 6-cı iclası baş tutub. Onun məlumatına görə, iclasda 100-dən çox müraciətə baxılıb. Bildirilib ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

İndiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Sözügedən humanist addımların nəticəsində minlərlə şəxs azadlığa qovuşub.

Ən böyük əfv sərəncamı isə 2023-cü ildə olub. Belə ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu əfv sərəncamı müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəncamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. 71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.

Belə bir ərəfədə Milli Şuranın aksiya keçirmək istəyi əlbəttə ki, hər şeydən öncə manipulyasiyadır. İkincisi isə gözlənilən fərmana kölgə salmaq cəhdi kimi qiymətləndirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, “siyasi məhbus” termininin özü beynəlxalq hüquqda təsdiqini tapmamış və yaxud mübahisə doğuran bir termindir: “Üstəlik də Azərbaycanda siyasi məhbus olmadığı halda "Siyasi məhbuslara azadlıq!" şüarının səsləndirilməsi cəhdlərinin olması özü-özlüyündə bir siyasi manipulyasıdır. Azərbaycanda heç vaxt olmadığı qədər möhkəm həmrəylik var. Azərbaycan xalqı ən müxtəlif siyasi dünya görüşünü mənimsəmiş fərdləri ilə birlikdə əldə etdiyimiz zəfərin təntənəsini yaşayır, güclü dövlətimizin təntənəsini yaşayır, güclü xarici siyasətimizin Azərbaycana vəd etdiyi perspektivləri görür, bundan qürur hissi keçirir. Belə olduğu halda, əlbəttə ki, regionda sülh istəməyən mərkəzlər Azərbaycan dövlətini gücsüzləşdirmək üçün uydurma “demokratiya, siyasi məhbus” məsələsini gündəmə gətirirlər. Əlbəttə ki, bu, Azərbaycan xalqının ictimai diqqətindən yayınmır. Kimisə əfv eləmək lazımdırsa biz görürük ki, Azərbaycanda əfv edilir və bu daimi bir prosesə çevrilib. Əgər kimsə qanun qarşısında cinayət törədibsə və pozulmuş qanun kiminsə maraqlarını təhdid edirsə, onu “siyasi məhbus” adlandırmaq qanunun özünə hörmətsizlikdir. Bu, bir siyasi şoudur və Azərbaycanın daxili həmrəyliyinin pozulmasına yönəlib".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, AXCP və Milli Şura adlandırılan qurum zaman-zaman sosial şəbəkələrdə 5-6 ildir mitinqlərin keçirilmədiyi, mitinqlərə hakimiyyətin icazə vermədiyi haqda fikirlər yayır. Belə bir statistik rəqəm söyləmək özü-özlüyündə yanlışdır: “Sual olunur: onların qeyd etdikləri dövrdən öncə mitinqlər olanda niyə müsbət qiymətləndirmirdilər? Axı o zaman da başqa bəhanələrlə ölkədə guya söz azadlığının, sərbəst toplaşmaq azadlığının pozulduğu təbliğatını aparırdılar. İkincisi, mitinqlər keçirəndə nə dəyişmişdi? Keçirdikləri mitinqlərə gələn insanların sayı çox cüzi olurdu. Ancaq onlar mitinqdən öncə təbliğat aparırdılar ki, ölkədə çox böyük narazılar kütləsi var. Mitinqlər isə onların bu tezisinin də düzgün olmadığını ortaya çıxarırdı. Mitinqlərinə qoşulanların olmadığını, hər dəfə keçirdikləri aksiyaya qatılımın azaldığını görüb mitinqlər keçirməyi özləri dayandırdılar. Eyni zamanda son beş ildə Azərbaycanda gedən prosesləri də nəzərə almaq lazımdır. Bu müddətdə İkinci Qarabağ müharibəsi olub, ondan sonra yeni reallıqlar meydana gəlib, 2023-cü ildə antiterror əməliyyatı həyata keçirilib. Belə bir dövrdə ölkədə ən vacib məsələlərdən biri sabitliyin olması idi. Mitinqləri qanunvericilik müharibə zamanı yasaq edir. Həmçinin son beş ilin müəyyən dövründə dünyada, Azərbaycanda pandemiya olub. Pandemiya şəraitində ümumiyyətlə dünyanın heç bir yerində kütləvi aksiyaların keçirilməsi mümkün deyildi. Milli Şura və AXCP isə Azərbaycanda beş ildir mitinq olmadığını başqa istiqamətdə qabardır. İndi isə yenə AXCP və Milli Şura həmişəki yanlış taktikanı seçiblər. Prezidentin əfv fərmanı imzalayacağı gözlənilir, Milli Şura və AXCP isə "siyasi məhbuslar" bəhanəsi ilə mitinq keçirmək istəyir. Bir halda ki, əfv olacaq, əfv tələbi ilə mitinq keçirilməsinə nə ehtiyac var? Deməli, əslində məqsədləri heç də hansısa məhusun azadlığa buraxılmasına nail olmaq yox, “siyasi məhbus” adı altında siyasi məqsədlərini həyata keçirməkdir".

Hüquqşünas qeyd etdi ki, 27 aprelə təyin edilən mitinqə sosial sifariş yoxdur. Bunu sosial şəbəkələri izləməklə də görmək olar: “Milli Şuranın mitinqlə bağlı qərarını və təbliğat yazılarını sosial şəbəkələrdə bəyənənlərin sayı 1000 nəfər civarındadır. Bu da ondan xəbər verir ki, cəmiyyət indiki zamanda mitinqlərin keçirilməsinə müsbət yanaşmır. Azərbaycanda vətəndaşlar istəklərini, hüquqlarını mitinqlərdə iştirak etməklə ifadə etmək yolunu seçmirlər. Bu istəkləri ifadə etməyin digər qanuni yolları da var ki, vətəndaşlar həmin yollardan istifadəni daha məqsəduyğun, daha faydalı, daha düzgün hesab edirlər”.

Ekspert onu da dedi ki, AXCP və Milli Şura təzyiq yolu ilə nəyəsə nail ola bilməz: “Onların nə deməsi, nə etməsi əfv sərəncamının qəbul edilməsinə hansısa təsir göstərə bilməz. Azərbaycan Prezidenti indiyə qədər dəfələrlə öz müstəsna səlahiyyətindən istifadə edib əfv sərəncamları imzalayıb. Qarşıdakı zamanda da imzalayacaq. Burada hansısa təşkilatın münasibəti rol oynamır. AXCP və Milli Şura isə aksiya keçirməklə məsələləri siyasi müstəviyə çəkməyə çalışır. Əfv humanizm mahiyyətini özündə daşıyan bir addımdır. Onu siyasiləşdirmək yanlışdır. AXCP və Milli Şuranın "siyasi məhbus" adlandırdıqları şəxslərdən də kimlərinsə əfv sərəncamının təsiri altına düşə biləcəyi mümkündür. Amma bu o demək deyil ki, AXCP və Milli Şura həmin şəxsləri “siyasi məhbus” adlandırdığı və azadlığını tələb etdiyi üçün onlar əfv edilib. Dövlət məhbuslar arasında bölücülük aparmır, dövlət qanunvericiliyə uyğun şəkildə əfv sərəncamının təsiri altına düşə biləcək məhbuslarla bağlı Əfv Komissiyasında aparılan müzakirələrin nəticəsinə uyğun olaraq sərəncamı şərtləndirir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru