Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"Bu bürokratik aparat o qədər güclüdür ki..." - "O, həmin hesabatı kimə verəcək?"
Tarix: 24-04-2025, 08:10 | Çap et
"Bu bürokratik aparat o qədər güclüdür ki..."
“Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin parlamentə dəvət olunmasını istəyirəm ki, bizi narahat edən sualları onlardan soruşaq”.

Bu çağırışı aprelin 22-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev edib. Deputat deyib ki, büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, depozit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılması onu narahat edir: “Çünki Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır. Bu qədər asan yanaşma? Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanksiyaları həyata keçirilib? Kimlərsə vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın”.

Deputat əlavə edib ki, vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı on minlərlə şikayət məktubu daxil olur.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il olduğu kimi, 2024-cü ildə də kadr islahatları davam etdirilib. Həyata keçirilən kadr islahatları dövlət idarəçiliyinin daha da müasir və səmərəli olması, şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədi daşıyır. 2024-cü ildə keçirilən kadr islahatları çərçivəsində müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilib, eyni zamanda bəzi vəzifəli şəxslər işdən azad olunub. Bu proses idarəetməyə yeni nəfəs gətirilməsi, gənc və peşəkar kadrların önə çəkilməsi, habelə ölkənin inkişaf strategiyasına uyğunlaşma məqsədi güdüb.

Ancaq ayrı-ayrı məmurlardan narazılıqlar, şikayətlər, bürokratik əngəllərlə bağlı problemlər yenə də var. Bunun üçün daha hansı dəyişikliklər edilməlidir?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da bu istiqamətdə çox vacib mətləblərə toxundu: “Dövlət məmurunun məsuliyyətini artıra biləcək əsas məsələ onun dövlət qarşısında vaxtaşırı hesabat verməsidir. Əgər bu yoxdursa, məmur zaman-zaman özünü itirəcək və rəhbər kimi fəaliyyətində bu il yol verdiyi yanlışları gələn il daha da eybəcər bir formada təkrar edəcək. Biz müstəqillik illərində dəfələrlə bəzi məmurların onlara edilən etimadı necə çeynədiklərinin şahidi olmuşuq. Mən dəfələrlə demişəm, yenə də təkrar edirəm, dövlət başçısı yüksək vəzifəyə təyin etdiyi hər kəsi yaxından tanıya bilməz, bu, fiziki cəhətdən mümkün deyil.

Bizim ölkədə və elə dünyanın istənilən ölkəsində yüksək vəzifələrə təyinatlar bir qayda olaraq dövlət başçısının ətrafında etibar qazanmış şəxslərin təqdimatı əsasında baş verir. Bax, belə təyinat almış şəxslərin xəyanəti ortaya çıxanda, onu bu vəzifəyə təqdim edənlərin də məsuliyyəti həmin rəhbərin məsuliyyəti ilə eyni səviyyəsində qoyulmalıdır. Yüksək vəzifəyə təqdimat edənlər seçimə “yaxşı oğlan”, “bizim adam” “xaricdə təhsil” ölçüləri ilə yanaşmamalıdır. Təqdim etdiyi şəxsin peşəkarlığına, vətənsevərliyinə, tamahını idarə edə bilməsinə tam əmin olmalıdr. Seçim belə edilərsə, yanlış da az olar. Hər bir məmurun fəaliyyəti ildə bir dəfə əsaslı monitorinq edilməli və bununla da onun yerində olub-olmadığı müəyyənləşdirilməlidir. Belə olarsa, hər kəs məsuliyyətini tam dərk edəcək".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə qeyd etdi ki, Azərbaycanda formalaşmış və möhkəmlənmiş, heç kəslə hesablaşmayan, ancaq öz marginal maraqlarını təmin edən şəbəkələşmiş məmur zümrəsi var ki, bunu da dağıtmaq, zəiflətmək hələ ki mümkün olmur: “Bu bürokratik aparat o qədər güclüdür ki, siyasi kursun müəyyən edilməsinə və yöntəm verilməsinə təsir göstərə bilir və bütün qanunsuzluqlarına, hətta cinayətləri sübuta yetirilsə belə cəzadan və məsuliyyətdən kənarda qala bilirlər. Bunlar dövlətin imkanlarından və gücündən həm toplumu əzmək, həm də maraqlarını təmin etmək üçün gen-bol istifadə edirlər. Həmin şəbəkələşmiş məmur brokratiyasının bu həddə gəlməsinin əsas səbəblərindən biri də ölkədə seçki mühitinin və seçkili orqanların bərbad hala salınmasıdır. İctimai nəzarətə və şəffaflığa, hesabatlılığa imkan verilməməsidir. Eyni zamanda kadrların yerləşdirilməsində, təyinatında, onların irəli çəkilməsində bilik, bacarıq və təcrübə deyil, qohumluq, region, dost, yaxud da hansısa bağlılıq və yaxud rüşvət faktoru önə çəkilir ki, bu hal da yeniliyə və islahatlara mənfi təsir göstərir. Yüksək rütbəli məmurlar da öz ətrafına topladığı, yaxud şəbəkə qurduğu insanlarla birgə dövlət əmlakını və büdcə vəsaitini rahatca talaya bilirlər. Hesablama Palatası audit yoxlamaları zamanı təxminən 2 milyard manat büdcə vəsaitinin təyinatı üzrə xərclənmədiyini, mühasibatlıq işlərinin düzgün qurulmadığını, yeyinti və mənimsəmələri üzə çıxarıb, ancaq heç bir tərpəniş, narahatlıq hiss olunmur. Hər il təxminən eyni mənzərə ortaya çıxarılır və hər il də külli miqdarda dövlət vəsaitini göyə sovuranlar və həzm edənlər özlərinin komfortunu pozmadan yola davam edirlər. Hətta vəzifə pillələrində irəliləyirlər. Bu sehrbazlıq deyil. Bu, həmin məmur ordusunun gücünün, idarəetmədə və siyasi sistemdə ciddi problemlərin olduğunun göstəricisidir”.

Ə.Orucovun sözlərinə görə, konstitusiyada dəyişikliklərə və qanunvericilikdə sərtləşdirilmələrə zərurət var: “Eyni zamanda cəmiyyətdə kök salmış karusel rüşvət və korrupsiya hallarının aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirilməlidir. "Dövlətdən bir tük çəkməyin" qənimət sayıldığı bir məmləkətdə mənimsəmələri və israfçılığı aradan qaldırmaq absurddur. Fəaliyyətlərində pozuntu aşkar edilən qurumların rəhbərlərini Milli Məclisə dəvət edib hesab soruşmaq nəzəri cəhətdən mümkündür, ancaq bu hesabatı nə onlar verməyəcək, nə də deputatlar soruşmayacaq. Hər il büdcənin müzakirəsi zamanı nazirlər və yaxud digər rəhbər şəxslər parlamentə dəvət olunurlar. Mən həmin kabinet üzvlərindən bir deputatın nəsə izahat istəməsini, fəaliyyətindəki nöqsanları barədə iradını görmədim. Siz də görmədiniz. Xırda məmur parlamentdə gəlib hansı və nə hesabat verəcək?

O, həmin hesabatı kimə verəcək? Təəssüf ki, parlament üzvlərinin bir çoxu da müəyyən mənada çirkaba bulaşmış həmin məmurlarla sıx biznes və digər əlaqədədir. Onlardan işləri keçir. Mənim fikrimcə, Palatanın üzə çıxardığı maliyyə pozuntuları barədə istintaq orqanları hərəkətə keçib həmin yolsuzluq törədən məmurlarla bağlı ciddi hüquqi ölçü götürsə, effektli olardı. Şərt deyil ki, palata mütləq istintaq orqanlarına müraciət etsin, qanunvericiliyin tələblərinə görə hətta mətbuatda gedən cinayət əməlləri barədə məlumatlar əsasında da prokurorluq orqanları cinayət işi başlada bilər. Təəssüf ki, indiyədək mən qanunvericiliyin bu tələblərindən hansısa cinayət işinin başlanılması praktikasına rast gəlməmişəm. Ola bilsin ki, biz bunun şahidi olacağıq. Lakin nə qədər ki, ölkədə məmurlarla bağlı cəzasızlıq mühiti qalacaq, hər hansı bir irəliləyiş gözləmək sadəlövhlük olardı. Doğrudur, bu tipli qanun pozuntularının və qüsurların qarşısını almaq elə də asan deyil. Çünki ilk növbədə bu cəmiyyətin psixologiyasında və yanaşmasında dəyişikliklərə nail olunmalıdır və onları ictimai nəzarət prosesinə cəlb etmək təşviq edilməlidir. Dövlətini təkcə xarici düşmənlərdən deyil, həm də daxili təhlükələrdən, cinayətkarlardan və yırtıcılardan hər zaman qorumağın vacibliyinə inandırmaq lazımdır. Xalq dövlət idarəçiliyindən kənar saxlanıldığından və bir çox hallarda rəyi nəzərə alınmadığından dövlətə də, hakimiyyətə də inamsızlıq və etinasızlıq yaranıb. Büdcəni talan edən həmin məmurlara da məhz belə vəziyyətin qalması sərf edir. Prezident İlham Əliyevin çağırışına səs verib, məmurlar üzərində ictimai nəzarətin gücləndirilməsinə cəmiyyət güclü dəstəyini ifadə etməlidir. Əks halda, hər il Hesablama Palatasının analoji hesabatları dəyişməz qalacaq. Onu da qeyd edim ki, istintaq orqanları hər hansı bir kiçik məmurla bağlı belə pozuntularla əlaqədar araşdırma aparan zaman təzyiqlər edilir, çoxsaylı zənglər olunur və xahiş-minnət edilir ki, həmin iş bağlansın. Belə bir mühitdə təbii ki, istintaq orqanları pozuntuların qarşısının alınmasında, onlar barədə ölçülərin götürülməsində çətinlik çəkirlər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru