Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"Bu agentlik birbaşa SEPAH-ın maliyyələşdirdiyi bir agentlikdir" - deputat
Tarix: 18-04-2025, 08:36 | Çap et
"Bu agentlik birbaşa SEPAH-ın maliyyələşdirdiyi bir agentlikdir"
Məsud Pezeşkianın Bakıya səfəri ərəfəsində İranın tanınmış agentliklərindən olan “Tasnim” Azərbaycan əleyhinə yazı dərc edib. Yazı İsrailin uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin (İİDA) fəaliyyətindən bəhs edir. (mənbə: Tribuna.info)

Qeyd edək ki, SEPAH-ın birbaşa maliyyələşdirdiyi agentlik bu dəfə də fermalarda “kəşfiyyatçı” axtarmağa başlayıb. Yazıda iddia olunur ki, İİDA Azərbaycanda guya İrana qarşı fəaliyyət göstərmək üçün mövcuddur: “İİDA Azərbaycanda inkişaf layihələri adı altında İslam dünyasında ictimai rəyi çaşdırmaq, eyni zamanda İranın təhlükəsizliyini təhdid etmək və onun gələcəkdə regionda gənc nəslin formalaşması düşüncəsini təhdid etmək üçün fəaliyyətə başlayıb”.

“Tasnim” daha sonra onu da iddia edib ki, İİDA Azərbaycanda “siyasi təhdid” vasitəsi kimi nəzərdə tutulub: “Onlar sionist rejimin cinayətkar imicini təmizləmək, şiə çoxluğu olan bir islam ölkəsi ilə əməkdaşlıq yolu ilə özünü legitimləşdirmək, son nəticədə isə İrana siyasi, hərbi və insani təhdidlərə qarşı siyasi təhdid yaratmaq məqsədilə Azərbaycana daxil olub”.

SEPAH-ın agentliyi “xoruz banı eşitməmiş” bir yalanı da gündəmə gətirməyə çalışıb. Bir vaxtlar Zəngilandakı camış fermasında “İsrail cəsus”ları axtaran İran indi də bütün kənd təsərrüfatı sahəsini hədəfə alıb: “Kənd təsərrüfatı iqtisadi əhəmiyyətinə və İranla sərhəd torpaqlarına çıxışına görə sızma və casusluq üçün ideal platformadır. 2019-cu ildə İİDA suvarma avadanlığı ilə təmin etməklə Gəncə bölgəsində fermerlərin hazırlanması layihəsini həyata keçirib. Bu hərəkətlər "Netafim" kimi sionist şirkətlərin sızması və ola bilsin ki, İranla həssas sərhəd bölgələrdən kəşfiyyat məlumatlarının toplanması üçün pərdə kimi qiymətləndirilə bilər”.

İsraillə Azərbaycanın əlaqələrini təftiş edən Tehran rejimi Ermənistanla strateji münasibətlərə dair sənədin imzalanmasının vacibliyini gündəmə gətirib. Bu barədə İran Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Məcid Taxt Rəvançi müsahibəsində bildirib.

İranın yüksək səviyyəli diplomatı “Ermənistanla İran arasında strateji münasibətlərə dair sənəd imzalamaq olarmı” sualına cavabında deyib: “Yaxşı məzmunlu sənəd üzərində işləmək lazımdır ki, bu da strateji münasibətlərin formalaşması üçün daha əlverişli başlanğıc nöqtəsinə çevrilməlidir. Bəlkə də belə bir sənədin hazırlanması üçün vaxt lazım olacaq”.

Milli Məclisin deputatı Elman Nəsirov bu yazının indiki vaxtda çıxmasını təsadüfi saymır: “İran Prezidentinin Bakıya səfəri ərəfəsində "Tasnim" agentliyində ölkəmiz əleyhinə yazı dərc olunmasını təsadüf hesab etmək olmaz. Onu da nəzərdən qaçırmayaq ki, bu agentlik birbaşa SEPAH-ın maliyyələşdirdiyi bir agentlikdir. Dəfələrlə anti-Azərbaycan mövqeyi ifadə edib. Sual yaranır: niyə məhz indi? Axı ikitərəfli münasibətlərdə pozitiv bir dinamika var. Cənab Prezident ADA Universitetində keçirilən beynəlxalq forumda qeyd etdi ki, biz istəyirik ki, İranla aramızda olan o anlaşılmaz münasibətlər aradan qalxsın və münasibətlərimiz inkişaf etsin, bu bizim üçün də, İran üçün də strateji əhəmiyyətli məsələdir. Yəni biz bu siyasətə sadiqik. Eyni zamanda dövlətimizin başçısı vurğuladı ki, İrandakı prezident seçkisinin nəticələri bizi çox məmnun etdi. Bu ay İran prezidentinin ölkəmizə səfəri gözlənilir. Bu, Bakı və Tehranın maraqlarına tam uyğun gələn bir siyasətdir. Belə bir məqamda isə agentlik Azərbaycan əleyhinə yazı dərc edir, bizi İsraillə əməkdaşlıqda ittiham edir. Agentlik iddia edir ki, guya Azərbaycanda İsrailin mövcudluğu təkcə İrana qarşı deyil, bütövlükdə müsəlman dünyasının birliyinə qarşı yönəlib, həm də İranın təhlükəsizliyi üçün ciddi təhdiddir, guya gənc nəslin beynini yumaq üçün bir missiya həyata keçirilir. Onu da iddia edirlər ki, qeyd olunan təşkilat Azərbaycanda həm də təhdid vasitəsi kimi nəzərdə tutulub".

Deputat dedi ki, rəsmi Bakı ərazisindən İrana qarşı istifadəyə qarşıdır: “Əgər Azərbaycan ABŞ kimi fövqəlgücə "yox" deyibsə, 19 ildir də sözünün ağasıdırsa, necə ola bildi ki, Amerikadan dəfələrlə kiçik olan İsrail kimi dövlətin təzyiqi altında İrana qarşı təxribatçı planda yer aldıq? Bu məntiqi bir düşünsünlər. Azacıq ağlı, analitik düşüncəsi olan şəxs dərk edə bilər ki, bu mümkün deyil. Bəli, İran bizim üçün qonşu ölkədir. Bizi tarix bağlar, din, mədəniyyət birləşdirir. Orada bizim 40 milyonluq azərbaycanlımız yaşayır. Eyni zamanda biz İsraillə də dostluq münasibətindəyik. İranda oturan həmin anti-Azərbaycan dairələrə üzümü tutub deyirəm ki, ağıllı olun, gəlin fürsətdən istifadə edin. Bəli, sizin ABŞ-la, eləcə də, İsraillə münasibətləriniz çox gərgindir. Bunu yaxşı bilirik. Amma siz ağıllı olub, Azərbaycan dövlətinin imkanlarından faydalana bilərsiniz. O baxımdan faydalanın ki, Azərbaycan İranla İsrail arasındakı gərginliyin aradan qaldırılmasına öz töhfələrini verə bilər. Ağlınızı başınıza yığın, bir az düşüncəniz olsun, bir az burnunuzdan uzağa baxın. Azərbaycanla elə münasibətlər qurun ki, dövlətimiz İsraillə aranızda yaranan düşmən münasibətlərin aradan qaldırılmasına öz töhfələrini versin".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, Azərbaycan-İsrail münasibətləri hər zaman İranın hədəfində olub: “Uzun illər ərzində biz İran mediasında bu istiqamətdə yazılara da, molla rejiminin ayrı-ayrı təmsilçiləri tərəfindən verilən bəyanatlara da şahidlik etmişik.

Məlumdur ki, rejim bununla təkcə Azərbaycanı deyil, eyni şəkildə İranda Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini ortaya qoyan rəsmi şəxslərin mövqelərini də hədəfə alır. İndi də Məsud Pezeşkianın Bakıya səfəri ərəfəsində SEPAH-ın nəzarətində olan “Tasnim” agentliyinin ölkəmizin İsraillə əlaqələrini bəhanə gətirərək Azərbaycan əleyhinə yazı dərc etməsi bunun əyani sübutudur. İranda məlum kəsim bütün imkanları ilə Azərbaycan-İran münasibətlərində hər hansı yaxınlaşmanı qəbul etmək istəmir. Azərbaycanda İsrail casuslarının axtarışına çıxan molla rejimi unudur ki, uzun illər ərzində ölkəmizdə özünün ən böyük casus şəbəkəsini formalaşdıran ölkə məhz elə İran olub. İsraildən fərqli olaraq uzun illər ərzində Ermənistana hər cür dəstək verən, hətta İkinci Qarabağ savaşında öz ərazisindən ermənilərə silah-sursat göndərən də İran olub. İran tərəfi nəhayətdə anlamalıdır ki, Azərbaycanla İsrail arasında əməkdaşlıq qarşılıqlı maraqlara söykənir. Azərbaycan neftinin böyük bir hissəsini İsrailə satır, eyni zamanda İsraildən müasir silahlar alır ki, bu da həm ordumuzun güclənməsinə, həm də ölkəmizin müdafiə qabiliyyətinin artmasına səbəb olur. Azərbaycanla İsrail təhlükəsizlik sahəsində də səmərəli əməkdaşlıq edirlər. Üstəgəl, İsrail İrandan fərqli olaraq uzun illər ərzində Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həmişə Azərbaycanın yanında olub. Və ən nəhayət, Azərbaycanla İsrail arasında əməkdaşlıq heç vaxt üçüncü ölkəyə qarşı yönəlməyib. Odur ki, Azərbaycan-İsrail münasibətlərindən narahat olmaq əvəzinə yaxşı olardı ki, İran ərazilərimizin 20 faizini işğal edən Ermənistanla olan xoş münasibətlərinə, məscidləri təhqir edib tövləyə çevirən Ermənistana verdiyi dəstəyə aydınlıq gətirsin. Ona aydınlıq gətirsin ki, İslam ölkəsi ilə əməkdaşlıq yolu ilə İsrailin özünü legitimləşdirməyə cəhd etdiyini iddia etdikləri halda özləri hansı məqsədlə İslam düşməni olan Ermənistanla strateji müttəfiqlik münasibəti qurmağı hədəfləyirlər?"

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru