Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Ədalət partiyasının sədr müavini “qiyam” ittihamlarına cavab verdi: - “Qurultay keçirməsək, bağlana bilərik”
Tarix: 17-04-2025, 08:38 | Çap et
Ədalət partiyasının sədr müavini “qiyam” ittihamlarına cavab verdi:
Mərhum hüquq elmləri doktoru İlyas İsmayılovun vəfatından sonra lider boşluğu böhranı yaşayan Ədalət Partiyasında sular durulmur. Bir neçə gün əvvəl partiyanın Siyasi Şurasının bir qrup üzvünün iştirakı ilə keçirilən iclasında qurultayın keçirilməsi barədə qərar qəbul olunmuş, qurumun Ali Məclisinin sədri Meydan Babayev isə bu etiraz edərək bəyanat yaymışdı. Ovqat.com-un 15-04-2025 tarixli buraxılışında dərc olunan bəyanata partiyanın sədr müavini Mütəllim Rəhimlinin cavabı özünü çox gözlətmədi.

Ovqat.com Mütəllim bəyin yazılı açıqlamasını olduğu kimi təqdim edir.

“Ədalət Partiyası qurultayını keçirəcək, bunu istəməyənlər olsa da”

Son günlər Ədalət Partiyası ətrafında bəzən həqiqətə uyğun olmayan informasiyalar yayılmaqdadır. Partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olan Meydan Babayev ovqat.com-a verdiyi açıqlamada yalan danışaraq, partiya üzvlərini və cəmiyyəti aldatmağa cəhd edib.

Partiya daxilində baş verən prosesləri cəmiyyətimizin də bilməsi lazımdır. Buna görə də bildirirəm ki, aprelin 12-də partiyanın ofisində Siyasi Şuranın iclasında tamamilə Nizamnaməyə uyğun qərar qəbul edilmişdir. Əvvəla, Meydan Babayev deyir ki, onun Siyasi Şuranın iclasından xəbəri olmayıb. Yalandı! Votsap qrupunda onun yazısı var, qrupda olan hər kəsə müraciət edir ki, aprelin 12-də Siyasi Şuranın iclasının keçirilməsinin əleyhinə deyil və onun da təkliflərinin müzakirə olunması fikrini irəli sürür. (Onun votsapdakı yazısını sizə təqdim edirəm və xahiş edirəm ki, yayımlayın.) Belə olduğu halda bu adam necə deyə bilər ki, iclasın keçirilməsindən xəbəri olmayıb. Bəlkə Siyasi Şura üzvlərinin orada nə danışaqcaqlarını da Meydan Babayev müəyyənləşdirmək istəyir?!

İkincisi, o iddia edir ki, guya Siyasi Şuranın iclasında aidiyyatı olmayan şəxlər iştirak ediblər. Bu da ağ yalandır. İclasın qərarı var və orada iştirak edən hər bir Siyasi Şura üzvü imza edib və adını yazıb. Bunu da sizə təqdim edirəm, qoy oxucular özləri həqiqəti görsünlər.

Üçüncüsü, iclasda kvorum olub və bununla bağlı deyilənlərin heç bir əsası yoxdur. Belə ki, hazırda Siyasi Şuranın 11 nəfər üzvü var və onlardan 7 nəfəri iştirak edib. Partiyanın Nizamnaməsinin 5.9.3-cü maddəsinə görə “Siyasi Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. Üzvlərin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətlidir. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir”. Göründüyü kimi yetərsay var və qərarın lehinə minimum 4 nəfər səs versə keçərli olur, halbuki 7 nəfər səs verib. İndi Meydan Babayevin təsiri və təkidi ilə kimsə imzasından imtina edirsə, bu da onun öz işidir və həmin şəxsin nə qədər dayanıqlı siyasi obraza malik olduğunu göstərir. Sizi inandırıram, Meydan Babayev bu faktdan gələcəkdə həmin şəxsin əleyhinə istifadə edəcək. Çünki o yaxşı intriqa ustası və şər-böhtan makinasıdır.

Onu da deyim ki, bir nəfər doğurdan da iclasa on-line qoşulub. Nizamnamədə buna hər hansı qadağa yoxdur. İclas tamamilə elektron qaydada qeydə alınıb və protokollaşdırılıb.

Nizamnamənin 5.9.1-ci maddəsinə görə “Siyasi Şura Ali Məclisin yığıncaqları arasındakı dövrdə partiyanın operativ fəaliyyətini həyata keçirən direktiv orqandır”. Görünür, Meydan bəy direktiv sözünün mənasını başa düşməyib. Direktiv - bir işi yerinə yetirmək üçün ali orqan tərəfindən aşağı orqanlara verilən göstəriş, əmr, təlimat və s. hesab olunur. Ədalət Partiyasının Siyasi Şurası isə Ali Məclisin iclasının çağırılması haqqında qərar qəbul edib və hazırda bu qərar icra olunmaqdadır.

Onu da deyim ki, Siyasi Şuranın iclasını Ali Məclis sədrinin 1-ci müavini, Auditorlar Palatasının üzvü, hörmətli Elçin Qurbanov açıb. Bundan sonra müzakirələr başlayıb.

Partiyanın Nizamnaməsinə görə, Qurultay mart ayının 14-dək keçirilməli idi. Milli ənənələrimizə hörməti və sadiqliyi nəzərə alaraq İlyas müəllimin qırx mərasimi çıxmamış Qurultay haqqında danışmaq doğru olmazdı. Martin 31-də ilyas müəllimin “qırxı” çıxdı. Lakin Meydan Babayev qurultay üçün lazım olan prosedurlara başlamaq istəmirdi. Hər dəfə iclası təxirə salırdı. Son iclasda da hesab edirdi ki, kvorum olmayacaq. Ona görə iclasa gəlməmişdi, başqa bir düşüncə yoldaşını da gəlməyə qoymamışdı. Lakin onun gözləmədiyi baş verdi. Siyasi Şura üzvləri iclasa gəldilər, yetərsay alındı və qərar qəbul olundu. Bu qərar rayon təşkilatlarının iradəsi əsasında qəbul olunub.

Biz nə etməliydik? Çoxminli partiya üzvləri bu adamın nazı ilə oynamalıdır! Meydan Babayev özündə məsuliyyət hiss etmir, ancaq bu partiyanın yükünü çiyinlərində daşıyan çoxsaylı insanlar var ki, daxildə gedən pozuculuq hərəkətlərinə dözə bilmirlər. Axı Meydan Babayev düşünə bilmir ki, bizim Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatımızın vaxtı bitib və tezliklə bunu aradan qaldırmasaq, partiyanın hüquqi mövcudluğu sual altına düşəcək. O bunu düşünə bilməz və hətta deyərdim ki, vecinə də deyil. Çünki partiyanın yaranmasında heç bir əziyyəti olmayıb. Ancaq çoxsaylı üzvlərimiz var ki, dəfələrlə piket keçirərək partiyanın dövlət qeydiyyatına alınmasına nail olublar. Partiyanın bütün tədbirlərində fəal iştirak ediblər. Onlar həyatlarını Ədalət Partiyasına bağlayıblar. Meydan Babayev isə bir partiyanı digərinə dəyişməklə ideoloji, siyasi bağlılığı olmadığını göstərir.

Bu adamın bütün yalanlarına və iftiralarına baxmayaraq Ali Məclisin iclası keçiriləcək və heç kim bunun qarşısını ala bilməz.

Hazırda Ədalət Partiyasının 56 rayon təşkilatı fəaliyyət göstərir. Ədliyyə Nazirliyində üzvlərin reyestrində də məhz bu təşkilatların üzvlərinin siyahısı yer alıb. Rayon təşkilatları gündə bir absurd fikir irəli sürən Meydan Babayevə deyirlər ki, qurultay çağırılsın və bütün problemlər orada müzakirəyə çıxarılsın. Amma nədənsə bu adam Qurultaydan qorxur. İndi də başlayıb paralel rayon təşkilatları yaratmağa. Bəzi səmimi insanları aldadıb adını partiyaya yazdırır və yaxud xahiş- minnətlə onları dilə tutur ki, müvəqqəti də olsa “üzv” olsunlar, sonra onların xəcalətindən çıxacaq. Bu təfəkkürlə siyasi partiya qurula bilərmi! Siz indi baxın, dağıdıcı kimdir.

Ən acınacaqlısı isə odur ki, mənasız və dağıdıcı fikirlərinə ideya adı verir. Beləsinə deyiblər, utanmasan oynamağa nə var. Adam 3 cümlə yazıb orada səhv buraxmasa, bu möcüzə olar. Gələcəkdə lazım olsa onun mənasız fikirlərini də bölüşəcəm, özünüz baxıb nəticə çıxarasınız. Görün, bunun içində nələr yatır.

Mənim partiya sıralarından xaric olmağım haqqında da danışır. Partiya sıralarından üzvün xaric edilməsi özəyin və Mərkəzi Nəzarət Təftiş Komissiyasının səlahiyyətinə aiddir. Mən hazırda Mərkəzi özəkdə qeydiyyatdayam və bu özəyin üzvləri Siyasi Şura üzvlərindən təşkil olunub. Buyursun, həm özəyə, həm də MNTK-ya müraciət etsin. O məni özünün yaratdığı votsap qrupundan zəiflik edərək çıxarıb, çünki fərqli fikrə dözümlülüyü yoxdur. Lakin Ədalət Partiyasının Rayon Təşkilatlarının sədrlərinin votsap qrupu var və biz fəaliyyətimizi orada koordinasiya edirik.

Ədalət Partiyası monolit bir qurumdur. Onu parçalamaq cəhdləri puça çıxacaq.

Biz İlyas İsmayılovun siyasi irsini davam etdirməli, onun Azərbaycanın siyasi müstəvisinə gətirdiyi mədəniyyəti yaşatmalıyıq. Elə bu prinsiplərdən çıxış edərək, kimsəyə qarşı hər hansı ittiham səsləndirməkdən imtina edirəm, həqiqətləri çatdırmaqla kifayətlənirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru