Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Nə ilə yadda qalıblar: Yoqa, gilas, Qaçaq Nəbi... - ARAŞDIRMA
Tarix: 10-04-2025, 08:42 | Çap et
Nə ilə yadda qalıblar: Yoqa, gilas, Qaçaq Nəbi...
Məlum olduğu kimi, Azərbaycanda hazırda qeydiyyatda olan 26 siyasi partiyadan 25-i (Azərbaycan Xalq Cəbhəsi Partiyası istisna olmaqla) ötən günlərdə keçən il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Amma maraqlıdır ki, ölkəmizdə fəaliyyət göstərən partiya sədrləri siyasi aktivliklərindən daha çox, zaman-zaman debatlarda əlbəyaxa davaları, emosiyalarını cilovlaya bilməyib həmkarına hücum etmələri, seçkilərdə özünəməxsus təbliğatları ilə gündəmə gəlirlər. Kimisi canlı efirdə həmkarına hücum etməsi ilə, kimisi opponentinə su butulkası atması ilə, kimisi də prezident seçkiləri ərəfəsində təbliğatını yataq otağında idman edərək aparması ilə yaddaşlarda qalıb.

Partiya rəhbərləri ilə bağlı ən diqqətçəkən məqamlardan biri də onların heç də hamısının siyasi elmlər üzrə ixtisaslaşmadığı ilə bağlıdır. Belə ki, onların böyük əksəriyyəti ixtisasca ya hüquqşünas, ya tarixçi, ya həkim, ya da şərqşünasdır. Aralarında jurnalistikadan siyasətə atılanlar da var.

“Qafqazinfo” bu dəfə siyasi partiya sədrlərinin ixtisasları və gündəmə gəldikləri hadisələrlə bağlı yazı hazırlayıb:

Canlı efirdə debat zamanı politoloq Tofiq Abbasovla əlbəyaxa davası və metroda gənclərin ona yer verməməsi xəbəri ilə yadda qalan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. O, III çağırış Milli Məclisin deputatı olub, 1993-cü ildə isə Baş nazir vəzifəsində çalışıb.

Son günlərdə adı 1992-ci ildə erməni deputatlarla gizli danışıqlar aparmaqda hallandırılan Müsavat Partiyasının başqanı İsa Qəmbər də BDU-nun Tarix fakültəsini bitirib. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin sözlərinə görə, Azərbaycan parlamentinin sabiq sədri olan İsa Qəmbər bir qrup erməni deputatın Azərbaycan və Ermənistan arasındakı münaqişəni dinc yolla nizamlamaq məqsədli yazılı müraciətini parlament üzvləri və xalqdan gizlədib. Bu müraciət sonralar İ.Qəmbərin arxivindən çıxarılaraq Rəhim Qazıyevə ötürülüb. Xatırladaq ki, İsa Qəmbər 1992-2014-cü illərdə partiyaya başqanlıq edib. Partiyanın 2014-cü ildə keçirilən qurultayında başqanlığa namizədliyini irəli sürməyib. Ötən il isə Partiyanın 11-ci qurultayında yenidən sədr seçilib. O, 2003, 2008 və 2013-cü illərdə prezidentliyə namizəd olub.

“Gilas qalmaqalı” ilə yadda qalan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da hər iki həmkarı ilə eyni universiteti və ixtisası bitirib. Fəzail Ağamalı VI çağırış Milli Məclisin deputatı ikən mövsüm meyvələrinin bahalığından danışaraq yüksək əməkhaqqıya sahib olmasına baxmayaraq, gilas ala bilməməsindən şikayətlənmişdi. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Onu da qeyd edək ki, 6 çağırış Milli Məclisin deputatı olan Fəzail Ağamalı ötən il keçirilən parlament seçkilərində ilk dəfə olaraq namizəd olmayıb. Lakin özü parlamentdə təmsil olunmasa da, əvəzində qızı Günay Ağamalı millət vəkili seçilib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı BDU-nun Filologiya fakültəsini bitirib. 6 çağırış deputatı olan Sabir Rüstəmxanlı da həmkarı Fəzail Ağamalı kimi ilk dəfə olaraq ötən il keçirilən parlament seçkilərində namizəd olmayıb, əvəzində həyat yoldaşı Tənzilə Rüstəmxanlı millət vəkili seçilib. Eks-deputatın yaddaqalan çıxışlarından biri parlamentdə verdiyi ironik təkliflə bağlıdır. O, 2022-ci ildə Milli Məclisin iclasında bildirib ki, Bakının icra başçılarına yaşıllıqları məhv etdiklərinə görə medal verilməlidir. Qeyd edək ki, Sabir Rüstəmxanlı 1991–1995-ci illərdə mətbuat və informasiya naziri olub. O, həmçinin 2003-cü ildə prezidentliyə namizədliyini verib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakültəsində təhsil alıb. Hacıyev də mətbuata verdiyi müsahibələrdə emosional çıxışları və 2013-cü ildə prezidentliyə namizədkən canlı debatda rəqibi Cəmil Həsənliyə su butulkası atması ilə yadda qalıb. O, həmçinin 2003 və 2008-ci illərdə də prezident seçkilərində iştirak edib. Hafiz Hacıyev həm də İmişlinin həbs olunan icra başçısı Vilyam Hacıyevin qohumudur.

Ulu babasının erməni olması iddiası, qadın-kişi bərabərliyi məsələsinə etirazları, əsasən sərt nitqi ilə gündəmə gələn Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu ixtisasca məhkəmə-tibb ekspertidir. O, Azərbaycan Tibb Universitetində təhsil alıb. Sərdar Cəlaloğlunun ən kəskin çıxışlarından biri də Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanımla və Qubadlı camaatı ilə bağlı olub. Belə ki, o, vaxtilə Həcər xanımın Azərbaycan qadınına nümunə göstərilməməsini təklif edib. Fikrini belə əsaslandıran Cəlaloğlu bildirib ki, Həcər xanım Qaçaq Nəbi öldükdən sonra bir neçə kişiyə ərə gedib və məhz qubadlılar da Həcər ruhlu olduqları üçün vaxtilə torpaqlarını atıb gəlmişdilər.

Onun ən çox tənqid olunan çıxışlarından biri də qadınların əsgər getməməsi ilə bağlı olub. Belə ki, o, müsahibələrindən birində bildirib ki, qadınlar kişilərlə bərabərhüquqludursa, onlar da əsgər getməlidir. Partiya sədri qadın-kişi bərabərliyinin Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olduğunu düşünür. Qeyd edək ki, Sərdar Cəlaloğlu 2013 və 2018-ci illərdə prezidentliyə namizəd olub.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirib. Onun barəsində yayılan ən qalmaqallı məlumat isə 2020-ci ildə keçirilən parlament seçkilərində opponenti Mehman Hüseynova rüşvət təklif edib namizədliyini geri götürməsini istəməsi ilə bağlıdır. F.Quliyev IV və V çağırış Milli Məclisin deputatı, 2013 və 2018-ci illərdə prezidentliyə namizəd olub.

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov da Tibb Universiteti məzunlarındandır. O, müalicə-profilaktika fakültəsini bitirib. Ə. İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib.. Prezidentin əfv Sərəncamı ilə 14 il sonra, 2019-cu ilin martın 16-da azadlığa buraxılıb. O, 1993-2005-ci illərdə səhiyyə naziri, 1995-ci ildə isə I çağırış Milli Məclisin deputatı olub. Əli İnsanov həm də Azərbaycanın ilk dərman preparatı olan “İnsanovin”in və yerli təbii dərman bitkilərindən hazırlanmış “İnsanov bronxolitiki”nin müəllifidir.

İdmanla seçki təşviqatı aparan prezidentliyə namizəd kimi yadda qalan Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri pedaqoji fakültəsində təhsil alıb. 2024-cü il prezident seçkilərində təbliğat-təşviqat prosesində Razi Nurullayevin evində çəkiliş edərək çarpayıda idman lastikləri ilə ayaq hərəkətləri etməsi ictimaiyyətin tənqid hədəfi olmuşdu. Xatırladaq ki, Razi Nurullayev 2009-2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini vəzifəsində çalışıb. Qeyd edək ki, Razi Nurullayev 2018-ci ildə də prezidentliyə namizəd olub.

Zaman-zaman dini məsələlərlə bağlı sərt çıxışlar edən Böyük Quruluş Partiyasının rəhbəri, millət vəkili Fazil Mustafa BDU-nun Hüquq fakültəsini bitirib. 2023-cü ildə partiya sədrinə qarşı yaşadığı evin önündə sui-qəsd cəhdi olub və o, 2 güllə yarası alıb. Qeyd edək ki, Fazil Mustafa 2008 və 2024-cü illərdə prezidentliyə namizəd olub.

Milli Məclis tarixində ilk həbs olunan deputat kimi yadda qalan Ümid Partiyası başqanı İqbal Ağazadə də BDU məzunlarındandır. O, Şərşünaslıq fakültəsini bitirib. İqbal Ağazadə 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra Azadlıq Meydanında baş verən qarşıdurma zamanı həbs edilib və 2005-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb. O, Milli Məclisin II, III və IV çağırış deputatı seçilib. Partiya sədri eyni zamanda 2008 və 2013-cü illərdə prezidentliyə namizəd olub. İqbal Ağazadənin 2013-cü ildə keçirilən prezident seçkilərində debat zamanı studiyanı tərk etdikdə rəqibi Hafiz Hacıyevin ona “hara gedirsən?” sualına “ağıllı ol” deyə cavab verməsi onun geniş müzakirə olunan addımlarından olub.

Parlament seçkilərində həyat yoldaşı ilə birlikdə deputatlığa namizəd olan Ağ Partiya rəhbəri Tural Abbaslı isə vaxtilə fəaliyyət göstərən Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsini bitirib. Cütlüyün bu addımı xeyli müzakirələrə səbəb olub. Tural Abbaslı siyasi fəaliyyətinə Müsavat Partiyasında başlayıb və 2000–2016-cı illərdə burada gənclər təşkilatının sədr müavini, Səbail rayon təşkilatında sədr müavini, gənclər təşkilatının sədri, partiya divan heyətinin üzvü olub. Bundan başqa, partiya sədrinin 2019-cu ildə Azərbaycan Xalq Hərəkatının iclasında Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının idarə heyəti üzvlüyündən çıxarılması məsələsinə görə sabiq daxili işlər naziri İsgəndər Həmidovla qalmaqalı olmuşdu. Hətta aralarındakı gərginliyə görə, İsgəndər Həmidovun Tural Abbaslıya əl qaldırmaq həddinə gəlməsi ilə bağlı görüntülər yayılmışdı. Qeyd edək ki, Tural Abbaslı 2018-ci ildə prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürüb, lakin müəyyən nöqsanlara yol verdiyi üçün onun namizədliyi qeydə alınmayıb.

Azadlıq hərəkatının simalarından olan Nemət Pənahlının isə təhsili haqqında məlumat yoxdur. Onun sədrlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub. N.Pənahlı efirdə yoqa etməsi ilə yaddaşlarda qalıb. Onun canlı yayım zamanı başıüstə dayanması xeyli müzakirələrə səbəb olmuşdu. Qeyd edək ki, sabiq partiya sədri bir neçə dəfə müxtəlif səbəblərdən həbs olunub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru