İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                 

“Ədalət” İlyas İsmayılovsuz yaşayacaqmı? - "Partiyanı ələ keçirməyə çalışırlar"
Tarix: 4-04-2025, 12:07 | Çap et
“Ədalət” İlyas İsmayılovsuz yaşayacaqmı?
Mərhum liderimiz İlyas İsmayılovun bu ilin 17 fevralında dünyasını dəyişməsindən sonra Ədalət Partiyasının öz gələcəyini necə quracağı indi təkcə partiya üzvlərimizin və media təmsilçilərinin yox, elə ölkənin siyasi həyatının aktiv iştirakçılarının da ən çox cavab axtardıqları suallardandır.
Partiya rəhbərliyinə daxil olan şəxslər bilirlər ki, İlyas müəllim xəstələnib ölüm yatağına düşdüyü andan indiyədək, müəyyən etik və mənəvi prinsiplərə, milli adət-ənənələrimizə əsaslanaraq, bu mövzunun müzakirəsindən maksimum dərəcədə yayınmağa üstünlük vermişəm və israrla cavab istəyənlərə də rəhmətlik Elçibəyin vəfatından sonra AXCP-nin düşdüyü acı durumu xatırladaraq, əgər varsa, İlyas müəllimin partiya ilə bağlı vəsiyyəti üzrə hərəkət edilməsinin daha məqbul, hamı üçün ağrısız variant olacağını demişəm.
Çünki Azərbaycanın müasir siyasi tarixində AXCP-nin timsalında vəsiyyətə əməl olunmamasının və pərakəndə hərəkətin, YAP-ın timsalında isə vəsiyyətə əməl olunmasının və monolit qüvvətək davranışın bir siyasi təşkilatın və hətta dövlətin taleyinə, aqibətinə necə təsir etdiyini görmüşük, çox yaxşı bilirik...
Artıq İlyas müəllimin “40 mərasimi” də başa çatıb və Ədalət Partiyasının sədri postuna iddialı şəxslər tərəfindən hələ İlyas müəllimin cənazəsi götürülməmiş qapalı şəkildə başlanan “qurultay keçirməli, yeni sədri seçməliyik” müzakirələri indi nəinki təşkilat daxilində, hətta hakimiyyət kabinetlərində, media və sosial şəbəkələrdə daha şiddətlə davam edir, üstəlik, jurnalistlər vasitəsiylə israrla bizdən cavab istənilir.
Deməli, biz də camaatı intizarda saxlamamlı, sükutumuzu pozmalı, nəhayət, mövqeyimizi açıqlamalı və ictimailəşdirməliyik.
Məsələnin hüquqi və ilk baxışdan da hamıya sadə görünən tərəfi budur ki, partiya qurultaya gedəcək, o qurultayda yeni sədr seçiləcək və onunla da yola davam ediləcək.
Lakin bu, təkrar edirəm, yalnız məsələnini görünən tərəfidir. Reallıqlar və bu reallıqlardan doğan siyasi şərait isə tamam başqa şərtləri diktə edir. Bir siyasətçinin də vəzifəsi, ilk növbədə, o reallıqları dərk etmək, düzgün qiymətləndirmək və onlara uyğun da qərar qəbul etməkdir.
Biz də Ədalət Partiyası ilə bağlı hazırki reallıqların nədən ibarət olduğunu riyakarlıq etmədən, səmimiyyət və cəsarətlə, açıq şəkildə dilə gətirməli, ictimai müzakirəyə də təqdim etməliyik ki, həm fərdi, həm də kollektiv qərar qəbulunda o şərtlər öncədən nəzərə alınsın və sonradan məyusluq əhvalı yaşanmasın, məsuliyyət bir-birinin üzərinə atılmasın.
Beləliklə, hər şeydən əvvəl, o fakta mütləq diqqət yetirilməlidir ki, ölkədəki əksər siyasi təşkilatlar kimi, Ədalət Partiyası da indiyədək ideoloji təməllər üzərində deyil, şəxsiyyət ətrafında qurulmuş, özünün təşkilati struktur və iyerarxiyasında məhz “liderə bağlılıq” prinsipini əsas götürmüş partiya olub.
Həyatsa sübut edir ki, düşüncələrdə ortaq olmayanların yoldaşlığı uzun sürmür - ya yolları ayrılır, ya özləri.
Bu partiya da 2000-ci ilin 5 noyabrındakı parlament seçkilərindən dərhal sonra – noyabrın 6-da eks-spiker Rəsul Quliyevin həmsədrlik etdiyi ADP-dən ayrılmaqla, məhz İlyas İsmayılovun liderliyini qəbul edənlərin bazası əsasında özünü bərpa edib və İlyas İsmayılovun hakimiyyətə gəlməsi, prezidentliyə namizədliyinin müdafiəsi üçün təşkilatlanaraq, sıralarını genişləndirib; hətta 2006-2015 aralığında parlament partiyasına çevrilib; son 25 ildə partiyanın dəyişməz sədri və siması, iki seçki dönəmində deputatı, yeganə prezidentliyə namizədi də məhz rəhmətlik İlyas İsmayılov olub.
Təəssüf ki, hazırda partiya sıralarında İlyas İsmayılov kimi zəngin həyat və idarəçilik təcrübəsinə malik, yüksək elmi-siyasi hazırlıqlı, hamını öz ətrafında birləşdirməyi və qoruyub saxlamağı bacaran, siyasi fəaliyyət üçün zəruri olan bütün keyfiyyətlərə və maddi resurslara sahib, prezidentliyə iddialı ikinci yetkin bir insan – Lider yoxdur. Partiyamız hazırda böyük bir siyasi avtoritet boşluğunun ağrılarını yaşayır və çaşqınlıq içərisindədir.
Üstəlik, belə bir şəraitdə həm hökumətdəki müəyyən maraqlı çevrələrin, həm də rəqib siyasi təşkilatların aşkar və pozucu müdaxiləsiylə hər hansı fövqəladə qabiliyyəti və üstün əxlaqi-mənəvi keyfiyyətləriylə fərqlənməyən adamların israrla partiya sədri olmaq həvəsinə düşmələri, iddialarından geri çəkilməmələri, bu məqsədlə partiya strukturlarını qurultayqabağı ələ keçirməyə cəhd göstərmələri nəinki effektiv qurultayın və ədalətli sədr seçkisinin təşkili işini çətinləşdirib, hətta vahid komanda ola bilməyən partiyanı daha da zəiflədərək, ondan qopma və sonda da parçalanma riskini xeyli yüksəldib...
Bu durum isə, şübhəsiz ki, hökumətə ya partiyanın dövlət qeydiyyatını rahatca ləğv etmək, ya da üzvlərin iradəsiylə seçiləcək yeni sədrin siyasi legitimliyini şübhə altına almaq və onu tamamilə özündən asılı hala salmaq, təzyiq altda saxlamaq üçün ciddi hüquqi əsaslar, dəlillər yaradacaq; yeni sədrin işi və enerjisi isə öz legitimliyini məhkəmə qapılarında "sübuta yetirməklə" keçəcək...
Digər partiyaların da yaşadığı bu aqibətdən vaxtında qaçmaq və qeyri-müəyyən situasiyanın yaranmaması üçün mən hələ ötən ilin əvvəlində - rəhmətlik İlyas müəllimin sağlığında və partiya rəhbərliyinə daxil olan təsirli şəxslərin yanındaca təklif etmişdim ki, partiyanın gələcəyini kimin üzərində qurduğumuzu göstərmək – siyasi varisi müəyyənləşdirmək üçün İlyas müəllimin yaşı və səhhətiylə bağlı geri çəkilməsiylə cəmiyyətə çox aydın mesajlar çatdırılmalı, nisbətən gənc müavinlərdən birinə partiya sədrinin sərəncamıyla digərlərindən artıq səlahiyyətlər verilməli, onun rayon təşkilatlarıyla intensiv əlaqələri təmin edilməli və gözlənilən təkrar parlament seçkilərində də bütün gücümüzü toplayaraq, uyğun bir dairədən hamılıqla məhz həmin şəxsin qalib gəlməsinə çalışmalıyıq.
Çünki Ədalət Partiyasından bircə nəfərin, daha dəqiqi, gələcək sədrin parlamentə düşməsi rəhmətlik İlyas müəllimin təqaüdündən başqa hər hansı maliyyə qaynağı olmayan partiyamızın fəaliyyətinin dövlət büdcəsindən 5 il ərzində maliyyələşməsi və bununla da partiya strukturlarının işləkliyinin təmin edilməsi imkanı demək olacaqdı.
Ancaq çox təəssüf ki, partiyanın uğurunun məhz təklif etdiyim bu taktikadan asılı olduğunu hər kəs anlasa da, mücərrəd mülahizələrlə ona gedilməsi qeyri-müəyyən müddətə ertələndi. Partiya rəhbərliyi hər hansı hesablama aparmadan, aydın strategiya müəyyənləşdirmədən, özünün namizədlərinin uduzacağını öncədən bilə-bilə, ötən ilin iyulunda təkrar parlament seçkilərinə qatılmaq qərarı verdi və məyusluqdan başqa da heç nə qazanmadı!
Beləliklə, partiyanın öz ictimai-siyasi çəkisini gələcəkdə qoruyub saxlaya bilməsi və yaşaması üçün son əlverişli fürsət də, sanki, bilərəkdən qaçırıldı!
Bilmənizi istərəm ki, partiya seçkidə iştirak qərarı versə də, təklifim qəbul olunmadığından, hətta rəhmətlik İlyas müəllimin israrlarına baxmayaraq, mən nümayişkaranə şəkildə seçkilərə qatılmaqdan imtina etdim, heç kəsin kampaniyasına qatılmadım və çıxıb doğma kəndimə - Kolanıya getdim, bütün kampaniya müddəti də kənddə oldum. Çünki nəticələr öncədən bəlli idi və hökumətin dəstəklədiyi hansısa qabiliyyətsiz namizədin “çempionluğu” tamaşasında “yıxılmış rəqib” görüntüsü yaratmağı da öz ləyaqətimə sığışdırmadım!
Bu haqda sosial şəbəkə hesabımda rəsmi mövqeyimi də açıqladım və həmin tarixdən etibarən, tez-tez partiya adından dəvət aldığım bütün televiziya proqramlarına qatılmaqdan da imtina etdim! Ötən ilin iyulun sonlarından indiyədək – son 9 ay ərzində məni hər hansı mediada və yaxud siyasi tədbirdə partiya adından danışan, çıxış edən görə bilməzsiniz!
Təəssüf ki, mən geri çəkildiyim halda, indi israrla partiya sədri olmaq həvəsinə düşənlərin, demək olar, hamısı həvəslə o seçkidə iştiraka razılıq verdilər və gözlənildiyi kimi, özlərindən qat-qat qabiliyyətsizlərə də uduzduruldular! Ən acınacaqlısı da o oldu ki, o nəticəni elə özlərinə də qəbul etdirdilər!
Bu da axırı - indi Ədalət Partiyasının öz fəaliyyətini İlyas İsmayılovsuz davam etdirə bilməsi çox ciddi sual altındadır və sədrliyə iddialıların heç biri bu yükü çəkəcək gücdə, qabiliyyətdə və imkanda deyil!
Nə qədər mediada partiyanın gücündən danışılsa da, ölkənin gerçək siyasi mənzərəsindən xəbərdar olan hər kəs yaxşı bilir ki, bu, yumşaq desək, blefdir və partiyanın bu kökə düşməsində də, ilk növbədə, elə hazırda partiyaya sədrlik həvəsinə düşənlər məsuliyyət daşıyırlar!
Ən utancverici hal da odur ki, sədrliyə iddialıların heç birinin müstəqil şəkildə Ədalət Partiyasının gələcəyi və ölkə siyasətində tutacağı yer barədə aydın təsəvvürləri, proqramları yoxdur və bu posta yalnız və yalnız hökumətlə, ayrı-ayrı siyasi təşkilatlarla sövdələşmə imkanı kimi baxırlar...
Hər hansı maddi dəstəyi olmayan və sırf İlyas İsmayılov şəxsiyyətinə bağlı insanların fədakarlığı hesabına ayaqda qalan və 2023-cü ildə təkrar dövlət qeydiyyatına alınan Ədalət Partiyasının İlyas İsmayılovun yoxluğu şəraitində də nəinki eyni şövq və entuziazmla fəaliyyət göstərəcəyinə, ümumiyyətlə, hətta qurultayadək öz bütövlüyünü qoruyub saxlaya biləcəyinə mənim inamım qalmayıb!
Məsələn, vaxtilə İlyas müəllimin işçiləri olduğuna və onunla sabit şəxsi münasibətlərinə görə partiyaya gələn, hər biri min nəfərdən çox üzv cəlb edən, hazırda da partiyanın 2 ən böyük rayon təşkilatı sayılan Gəncə və Mingəçevir təşkilatının sədrlərindən birinin istefası kifayətdir ki, Ədliyyə Nazirliyi qeydiyyatımızı birdəfəlik ləğv etsin...
Rayon təşkilatları sədrlərinin və Siyasi Şuraya daxil olan şəxslərin haqlı narazılığı, hazırki rəhbərlikdən üz çevirmələri üçünsə kifayət qədər əsaslar yaradılıb artıq. İlyas müəllimin səhhətinin pisləşdiyi və Türkiyəyə müalicəyə getməyə qərar verdiyi vaxtdan etibarən, kənar müdaxilələrlə partiyanın daxilində baş verənlər İlyas müəllimə yaxın şəxslərin partiyanın perspektivinə olan-qalan inamlarını da tamamilə sarsıdıb...
Sağlığında İlyas müəllimin halıyla bircə dəfə də olsun maraqlanmayanların, qayğısına qalmayanların, partiyanın uğuru üçün hər hansı effektiv təşkilati-siyasi fəaliyyət ortaya qoymağı bacarmayanların Liderimiz ölüm döşəyinə düşdüyü andan etibarən qəfildən fəallaşmaları, hətta “qayğıkeş” və “canıyanan” qismində bu abırlı və qürurlu kişinin yarıçılpaq şəkildə uzandığı çarpayısının yanında peyda olub növbəylə foto çəkdirmələri, evindən şəkilllər yaymaları, xüsusilə də son 6 ay ərzində rayon təşkilatlarının rəhbərləriylə separat sövdələşmələrə qalxmaları, təkidlə qurultay keçirməyin gərəkli olduğunu dilə gətirmələri siyasi diletantlığın və mənəviyyatsızlığın son həddi olmaqla, İlyas İsmayılova gerçəkdən sadiq insanları da daxilən iyrəndirərək, partiyanın mövcud rəhbərliyinə qarşı etimadsızlıq yaradıb və bundan sonra partiyanı qoruyub saxlamaq meyllərinin üstündən də birdəfəlik xətt çəkib...
Hətta İlyas müəllimin həqiq dostları və yaxınları, şəxsi arxivini saxlayanlar belə, partiyanın artıq onlar üçün bitdiyi qənaətindədilər!
Şübhəsiz ki, bu hal mənim də bu insanlarla gələcək münasibətlərimin məsafəsini müəyyənləşdirməklə yanaşı, həm də Ədalət Partiyası sədrliyinə iddiamın önünü birdəfəlik kəsən əsas maneədir: mən bu unutqan, yoldaşlıq prinsiplərinə uyğun davranmağı bacarmayan, Kufə əhlitək adamı mübarizəyə çağırıb yarıyolda qoyan, düşmən əlinə oynayanlarlamı qurultaya gedəcəm?!
Mənim ən çox sevdiyim İslam tarixidir, oxşar situasiyalarda qoca tarixə, sevdiyim qəhrəmanların o situasiyalarda necə davrandıqlarına baxar, müqayisələr aparar və yalnız bundan sonra qərar verərəm.
Son aylarda bizim partiyada yaşananlar da mənə zəngin İslam tarixində 1400 il əvvəl baş vermiş məşhur bir hadisəni müasir obrazlarla təkrar-təkrar gözlərim önündəcə canlandırır...
Bəli, 1400 il əvvəl də eynilə belə olmuşdu. Sevgili Peyğəmbərimiz (s.ə.s.) xəstələnib ölüm döşəyinə düşən zaman xilafətə rəhbərliyi ələ keçirmək niyyətiylə özünü yaxın, doğma, əziz adamlartək göstərənlərin, yatağının yanında dövrə vuranların sayı xeyli artmış, Həzrəti Məhəmmədin (s.ə.s.) sağlığında dəyər verdiyi, özündən sonra Ümmətə rəhbərlik etmək haqqına və bacarığına sahib şəxslər isə unudulmuş, heç xəlifə seçiminə belə, dəvət olunmamış, onlar da Ümmətin birliyi naminə haqq davasına qalxmamış, susub, sakitcə iddialarından geri çəkilmişdilər... Zamansa o vaxt iddialarından geri çəkilənləri haqlı çıxarmışdı...
Bu tarixi yaxşı bilənlərdən, araşdıranlardan və ibrət alanlardan biri kimi, mən də partiyamızın hara getdiyini görür, təklifimi və üzvlərimizə şəxsi qərarımı elan edirəm:
Bir siyasətçinin də, hərbçinin də məğlubiyyəti və faciəsi onda başlayır ki, zamanında durmağı və geri çəkilməyi bacarmır! Mənim qənaətimcə, Ədalət Partiyasının da artıq durmaq, dayanmaq, geri çəkilmək zamanıdır!
Yox, əgər hazırki partiya rəhbərliyi fəaliyyətin davam etdirilməsinə cəhd göstərəcəksə, Ədalət Partiyasının bölünməsində, parçalanmasında tərəfə çevrilməmək üçün yeni sədri müəyyənləşdirəcək qurultaya hazırlıq prosesində və qurultayın təşkili işində mən iştirak etməyəcəm, sədrliyə və hər hansı posta da namizəd olmayacam; partiyadakı müavinlik statusumu rəhmətlik İlyas müəllimlə birgə məzara endirdiyimdən, hələlik sıravi partiya üzvü kimi qalacam və kiminsə sədrliyə namizədliyini də dəstəkləməyəcəm!
Çünki mənim kimi birisi hazırda partiyaya sədrlik etmək iddiasında və həvəsində olanların heç birini dəstəkləyə, onlara beyət edə bilməz!
Bu, hər şeydən əvvəl, Liderimiz İlyas müəllimin öyrətdiklərinə və ruhuna xəyanət etmək olar!
Rəhmətlik İlyas müəllim bizə öyrətmişdi ki, həqiqi ləyaqət, öncə, imtinadan başlayır - layiq olmadığından, haqqının çatmadığından imtinadan!
Biz haqqı çatmadığına və layiq olmadığına iddia edənin arxasında dura, onun göstərişlərini yerinə yetirə, onu özümüzə rəhbər, lider görə bilmərik!
Haçan içərimizdən ölkədə ədalət uğrunda səmimi və ölümünədək mübarizə aparacaq gerçək bir Lider meydana çıxar, onda aktiv siyasi fəaliyyətimizi bərpa edər, bütün varlığımızla da onun yanında yer alar, ona dəstəyimizi əsirgəmərik!
Ümid edirəm, partiyadaşlarımız təklifimə və qərarıma emosiyalarla deyil, soyuq başla yanaşmağa üstünlük verəcəklər!

Elxan Şükürlü - bakupost.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru