"ƏHD Partiyası həmişə qanla rejim dəyişikliyinin əleyhinə olub" - deputat
Tarix: 1-04-2025, 10:25 | Çap et
 Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
"DİA-AZ" müsahibəni təqdim edir:
- Qüdrət bəy, hazırda insanlarımızı ən çox düşündürən məsələlərdən biri ABŞ-nin İranı bombalamaqla hədələməsi və buna hazırlaşmasıdır. Bunun baş vermə ehtimalı nə qədərdir?
- Trampa İsrail dövlətinin və diasporasının güclü təsiri var. Həm İsrail, həm də ABŞ İran rəsmilərinin açıqlamalarına istinad edərək İranın nüvə dövlətinə çevrilməsini İsarailin mövcudluğuna ciddi təhlükə hesab edirlər. Ona görə də bunun qarşısının alınması üçün ABŞ İranla ikitərəfli danışıqlar tələb edir. İran isə çoxtərəfli danışıqlara hazır olduğunu bildirsə də, ikitərfli danışıqlara razılaşmır. Tramp beynəlxalq birlik tərəfindən ABŞ-nin Ukraynada görsənən gücsüzlüyünü, səbəbindən asılı olmayaraq, ört-basdır etmək üçün İranı bombalaya bilər. İnanıram ki, bunun qarşısını almaq üçün Azərbaycan və Türkiyə İranın bizə münasibətindən asılı olmayaraq nələrsə etməyə çalışır. Dünən Azərbaycan Respublikası Prezidentinin İran prezidenti ilə telefon danışıqları oldu. İranın bombalanması böyük maddi və insani təlafata, proqnozlaşdırılması çətin olan faciəvi hadisələrə yol aça bilər. Ona görə vətəndaşlarımızın soydaşlarımızın da yaşadığı qonşu ölkədə baş verənlərə görə narahat olması başadüşüləndir. İranın dini lideri müdriklik nümayiş etdirib prezident Pezeşkianı müdafiə etməli, ABŞ ilə ikitərəfli danışıqlardan çəkinməməli, müharibədən yayınmalıdır. İran özünü haqlı sayırsa danışıqların hansı formatda keçirilməsinin əhəmiyyəti yoxdur, danışıqlar beynəlxalq birlik üçün açıq həyata keçirilməlidir ki, ABŞ xalqı da kimin haqlı olduğunu görsün. ABŞ 1994-cü ildə Ukraynanın nüvə silahından imtinası qarşılığında onun təhlükəsizliyinə dair çoxtərəfli Budapeşt memorandumunu imzalamışdı, daha doğrusu Ukraynanı buna məcbur etmişdi. Nə oldu? Öhdəliyini yerinə yetirməyəcəksə sazişin neçə tərəfli olmasının heç bir dəyəri yoxdur. İndiki halda isə nəticəsi bəlli olan döyüşə girmək qəhrəmanlıq sayılmaz.
- İranın bombalanması İranda rejim dəyişikliyinə yol aça bilərmi?
- ƏHD Partiyası həmişə qanla rejim dəyişikliyinin əleyhinə olub. SSRİ-nin dağılmasından sonra Azərbaycan da daxil olmaqla Şərqi Avropada, ərəb dövlətlərində baş verənlər göstərdi ki, qanlı və ya rəngli inqilablar yolu ilə baş verən rejim dəyişiklikləri xalqların ümidlərini bir qayda olaraq nəinki doğrultmur, hətta böyük xəyal qırıqlığına uğradır, xalqın özünə inamını sarsıdır. Cəmiyyətin inkişafı, təkamül yolu demoktratik seçkilərə və bu yolla rejim dəyişikliyinə gətirib çıxarmalıdır. ABŞ İraqı, Əfqanısatnı işğal edib trilyonlarla dollar vəsait xərcləsə də on illər ərzində həmin ölkələrdə demokratik, hüquqi dövlət qura bilmədi. ABŞ İranda hakimiyyəti dəyişib ərəb ölkələrindəki kimi özünə yaxın bir rejim yaratmağı düşünə bilər. Proseslərin necə inkişaf edəcəyini indidən söyləmək çətindir. Ümid edək, Allaha dua edək ki, İran dövləti daxili və xarici siyasətində dəyişikliklərə və beləliklə də orda yaşayan xalqların inkişafına və rifahına yol açacaq ciddi islahatlara getsin, müharibədən və inqilablardan yayınmaq mümkün olsun.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13 |
|
|
|
|