İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                 

"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Tarix: 13-02-2025, 09:04 | Çap et
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..."
Rusiya mətbuatında, o cümlədən Kremlə yaxın KİV-lərdə Azərbaycan əleyhinə antitəbliğat kampaniyası səngimir. Son günlər bu ölkənin media məkanında ümumən postsovet türk dövlətləri vaxtaşırı hədəfə alınır, onların ünvanına şər-böhtan, təhdidlər yağdırılır.

Bu yöndə imperiya təfəkkürlü media resursu “Tsarqrad” xüsusi fərqlənir. Bu günlərdə o, Tokayevin hakimiyyətini “rejim” adlandırmış, Qazaxıstanın suverenliyini təhdid edən, növbəti hədələyici fikirlər səsləndirmişdi.

Bəs Türk dövlətlərinin əks-tədbirləri nə olmalıdır?

Qazax publisist Arman Şorayevə görə, türk xalqları rus təcavüzünə müqavimət göstərmək üçün birləşməlidir: “Təəssüf ki, Rusiyanın çox sayda sakini rus şovinizminin və imperializminin təsiri altındadır, ondan qurtulmaq istəmir. Bu atavizmin sonu gəlmir ki, gəlmir”.

O bu cür materialın “Tsarqrad” resursunda dərc olunmasını təsadüfi saymır: “Çünki onun yaradıcısı Konstantin Malofeyev keçmiş imperiya üçün nostaljisi keçirən pravoslav oliqarx və monarxistdir”.

Anti-Azərbaycan kampaniyasına toxunan analitik bildirir ki, bu minvalla Putin qazana biləcəyindən on dəfə çox itirəcək: “Ona görə ki, Rusiyaya həqiqi dost ölkələrin sayı getdikcə azalır. Belə getsə, onların Belarus, Şimali Koreya və İrandan başqa dostu qalmayacaq”.

Qazax publisist türk dövlətlərini vəziyyətdən zəruri nəticələr çıxarmağa çağırıb: “Hesab edirəm ki, biz, siz və digər türklər birləşmə haqqında bir daha düşünməliyik. Çünki biz birlikdə ortaq türk dili və adət-ənənələri ilə birləşmiş çoxmilyonlu xalqı təmsil edirik. Kollektiv təhlükəsizliklə bağlı ümumi müqavilələrimiz, ümumi ordumuz, qarşılıqlı müdafiə ilə bağlı öhdəliklərimiz olmalıdır. Biz birləşməliyik. Bu, Rusiyanın təcavüzünə, müstəmləkə və imperiya siyasətinə qarşı yeganə güclü antidot olacaq”.

Bəlkə doğrudan da Türkiyə və Azərbaycanın moderatorluğu ilə “Türk NATO-su” və ya “Turan” hərbi birliyini qurmaq zamanı çatıb?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov qeyd edib ki, Rusiya imperiya olaraq ətrafında olan bütün xalqları əzib, istismar edib: "Bu, çar Rusiyası dövründə də belə olub, Sovet İttifaqı adlı, bir qədər fərqli imperiya dövründə də. SSRİ dağılandan sonra, 1991-ci ildə Rusiya bir dövlət kimi tam çökmüş bir duruma gəlsə də, Qərb onun dağılmasından qorxdu. Rusiya Qərbin maliyyə dəstəyindən sonra özünə gəlib ayaq üstə dura bildi. Bu gün Rusiya bütün dünyanı, Avropa Birliyini təhdid edir, Sovet İttifaqını bərpa etməyin yolları üzərində çalışır. Ətrafında olan bütün xalqlara yuxarıdan aşağı, “ağa” təfəkkürü ilə baxan Rusiya bu gün türk dövlətləri üçün də təhlükədir. Bu təhlükədən xilas olmağın yeganə yolu isə türk dövlətlərinin bir araya gəlməsindən və müxtəlif platformalarda bir müstəvidən çıxış etməsindən keçir.

Bu gün Rusiyanın daxilində muxtariyyət formasında çoxsaylı türk respublikaları və vilayətləri mövcuddur. Mərkəzi Asiyanın türk dövlətləri, Azərbaycan və Türkiyə kimi dövlətlərin bir araya gəlməsi, Rusiya Federasiyasına daxil olan türk muxtar dövlətlərinin və vilayətlərinin gələcəkdə bir arada olmaq şansları Rusiya hökumətini ciddi əndişələndirir".

Deputat Azər Badamov hesab edir ki, türkdilli ölkələr arasında hərbi əməkdaşlığın yeni bir formasının yaradılmasının zamanı yetişib: “Rusiyada hər hansı ölkəyə qarşı informasiya kampaniyasının başlanması ilə bağlı bir tapşırıq gələrsə, bu dərhal genişlənir və kütləvi hal alır. Təbii ki, münasibətlərin gərgiləşməsi və dərinləşməsində maraqlı dairələr var. Bu da Türk dünyasında əməkdaşlıq formatlarının dərinləşdirilməsi ilə bağlı yeni platformaları aktuallaşdırır. Bu gün Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi, mədəni, humanitar əməkdaşlığı genişləndirir. Amma hərbi əməkdaşlığın yeni bir formasının da yaradılmasının zamanı yetişib. Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır. Başqa bir yerdə bizi gözləmirlər. Əgər biz vahid bir hərbi gücə çevrilə bilsək, ölkələrimizə ayrı-ayrılıqda baş verən təhdidlər də azalacaq”.

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Rusiya son dövrlər təkcə Azərbaycana qarşı yox, bütün Türk dünyasına qarşı kin püskürür: “Qazaxıstana və Azərbaycana qarşı şimal qonşumuzun kəskin mövqeyi başadüşüləndir. Çünki həm Astana, həm də Bakı müstəqil və balanslı siyasət yürüdür. Kremldəki imperialist düşüncə məhkumları isə bunu həzm edə bilmirlər. Bu baxımdan, düşünürəm ki, Azərbaycan da daxil olmaqla, bütün türk dövlətləri TDT-ni üçüncü qütbə çevirmək üçün daha da genişmiqyaslı addımlar atmalıdırlar ki, Rusiya, İran kimi anti-türk düşərgələr öz hədlərini bilsinlər. Bunun üçün hərbi və iqtisadi birliklərin yaxınlaşması daha da intensivləşdirilməli və birgə təhlükəsizlik konsepsiyaları işlənilməlidir. Mövcud baza əsasında hərbi gücümüz daha da şaxələndirilməlidir. Bu istiqamətdə son illərdə çox böyük işlər görülür və bu türk dövlət başçılarının liderlik keyfiyyətlərinin əyani təzahürüdür. İmperiya təfəkkürü daha da aqressiv hal aldıqca, Rusiya Orta Asiya və Cənubi Qafqazı itirəcək. Regionda daha da təklənəcək. Bu, birmənalıdır. Fikrimcə, indi bütün türk dövlətləri Rusiyadan uzaqlaşma yolunda çoxşaxəli addımlar silsiləsini yaxın aylarda daha da sürətləndirəcəklər və bu KTMT-nin, Avrasiya Gömrük İttifaqının süqutu ilə nəticələnəcək”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru