Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                     “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib .....                     Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir .....                     "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" .....                     Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş .....                     "Buna ciddi ehtiyac var" .....                     Porno saytın təsisçisi həbs olundu .....                     Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU .....                     Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                 

"Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Tarix: 11-02-2025, 00:16 | Çap et
 "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar"
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Quliyevin TNS-ə müsahibəsi.

- Musa müəllim, ötən il yenidən millət vəkili seçildiniz. Artıq 25 ildir ki, deputat kimi fəaliyyətdəsiniz. İşinizdən yorulduğunuz vaxtlar olurmu?

- Milli Məclisin üzvü olmaq şərəfli bir tale, şərəfli bir peşədir. Milləti təmsil etmək, onun sözünü yalnız Azərbaycanda deyil, beynəlxalq auditoriyada demək imkanı əldə etmək, bəlkə də, bir şansdır, xoşbəxtlikdir. Amma, eyni zamanda böyük bir məsuliyyətdir.

2000-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) proporsional siyahısı ilə Milli Məclisin deputatı seçildim. Birinci qurultayda YAP Siyasi Şurasının üzvü olmuşam. Ümummilli Lider Heydər Əliyev, hər zaman olduğu kimi, gənclərə böyük diqqət və qayğı göstərirdi. Ulu Öndər tərəfindən mənə də böyük etimad göstərildi. O gündən indiyədək həmin etimadın məsuliyyətini çiyinlərimdə hiss edirəm. Ondan sonrakı dövrlərdə də cənab Prezident İlham Əliyev, partiyamızın rəhbərliyi mənə bu etimadı göstərdilər. Etimadı doğrultmağa çalışdım. Bu, artıq peşədir. Bir çox ölkədə millət vəkilliyi, əslində, peşədir. İnsanlar uzun illər seçillə bilirlər. Burada yaş məhdudiyyəti ona görə qoyulmur ki, proses seçicilərin seçiminə bağlıdır. Kim seçicinin, partiyasının etimadını doğruldursa, ona növbəti dəfə də şans verilir.

Əlbəttə ki, istənilən işdə yorulmaq, gərginləşmək, narazılıq və narahatlıqlar olur. Bizim işimiz də o qədər rahat iş deyil. Milli Məclisin işi dövlət hakimiyyətinin digər qolları- icra hakimiyyəti, məhkəmə və digər qurumlardan fərqli olaraq, hər zaman xalqın gözünün qarşısındadır. Millət vəkilləri daha çox əlçatandır. Seçicilərlə görüşə gedəndə bəzən olur ki, gücümüz çatmayan, səlahiyyətimizə aid olmayan suallar qoyurlar. Amma heç zaman bunu onlara deyə bilmərik. Kömək istəyirlərsə, öz səlahiyyət çərçivəndə bunu etməlisən. Sənə aid deyilsə, ən azından yol göstərməli, məsləhət verməlisən. Yəni, Milli Məclisin üzvü olmaq həm şərəfli missiya, həm də məsuliyyətdir.

- 20-dən çox kitab müəllifi, şair-publisist, həkim, eyni zamanda deputat Musa Quliyev bu fərqli sahələr arasındakı balansı necə qoruyub saxlayır?

- Bunların hər üçü mənim üçün əzizdir, bir missiyadır.

Yaradıcılıq tale məsələsidir, Allah-təalanın bir bəxşişidir. Hər adama qismət olmur. Həkimlik mənim seçdiyim və sevdiyim peşədir. Siyasətə gəlməyim isə 1980-ci illərin sonları, 1990-cı illərdə dünyada və ölkədə baş verən hadisələrlə bağlı oldu. Azərbaycan müstəqilliyini əldə etdi. Qarabağda separatçılıq ortaya çıxdı. Doğulub-böyüdüyüm Zəngəzur mahalı, Qərbi Azərbaycanın digər bölgələri etnik təmizləməyə məruz qaldı. Qaçqın və köçkün problemləri yarandı. Dövlətimizin müstəqilliyinin ilk vaxtlarında çox ağır illər keçirdik. Bir çox azərbaycanlı kimi biz gənclər də Azərbaycanın xilasını görkəmli dövlət xadimi Heydər Əliyevdə gördük və onun partiyasına qoşulduq.

Amma yaradıcılıq bütün dövrlərdə davam edib. 2000-ci illərə qədər daha çox poeziya ilə məşğul olurdum. Şeirlər yazırdım, onlara mahnılar bəstələnirdi. 2000-ci illərin əvvəllərindən tarixi-publisistik, elmi araşdırmalara başladım. Ümummilli Lider Heydər Əliyev o zaman Azərbaycan ziyalılarının, yazıçıların qarşısında bir missiya qoymuşdu ki, Qərbi Azərbaycanda olan torpaqlarımızın taleyi, onların tarixi ilə bağlı araşdırmalar aparsınlar və kitablar yazsınlar. Gələcək nəsillərə o torpaqların xalqımıza mənsub olduğunu sübut edən əsərlər ortaya qoysunlar.

Həmin dövrdən Zəngəzurla bağlı araşdırmalara başladım. Orada doğulub-böyüdüyüm üçün bölgəni, insanlarını, təbiətini yaxşı tanıyıram. Zəngəzurla bağlı 6 əsər yazmışam. Yəni, daha çox publisistik, elmi-tarixi araşdırmalarla məşğul oldum, amma bununla yanaşı şeir yaradıcılığı da var.

Şeir yaradıcılığının bir az arxa plana keçməsində siyasi fəaliyyət, iş gününün ağırlığı amili də rol oynaya bilir.

2005-ci ildən Milli Məclisdə komitə sədrinin müavini olmuşam. 2020-ci ildən isə Əmək və sosial siyasət komitəsinin sədriyəm. İnsanların ən çox gözləntisi olan komitədir. Məşğulluq, işsizlik, əlillik, müavinət, təqaüd, turizm və digər çoxsaylı məsələlər bizim komitənin araşdırma predmetidir.

2010-cu ildən Milli Məclis yanında Toponimiya komissiyasının üzvü, 2025-ci ildən komissiyanın sədr müaviniyəm.

Səhiyyə və sosial müdafiə sahəsində bir çox qanunların hazırlanmasında fəal iştirak etmişəm.

2005-ci ildən başlayaraq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, hazırda Assambleyada sosial komitənin sədriyəm. Bir müddət vitse-prezident də olmuşam.

2024-cü il oktyabrın 8-də Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişəm. Bir çox ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüyəm. Bütün bunlar bizə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq imkanı verir.

- Haqq sözü cır işə peyvənd elədim,

İçimdə bir şair öldü, bilmədim.

Bu misralarınızdan belə qənaətə gəlmək olarmı ki, yaradıcılığa o qədər də vaxt ayıra bilməməyinizdən təəssüflənirsiniz?

- Hər bir şairin depressiya dövrü ola bilər. Hardasa dönüb arxaya baxır və təəssüf edir ki, bəlkə bu yolla gəlməsə idim, mənim üçün daha uğurlu olardı. O mənada, Haqq sözündən yuxarı heç bir şey yoxdur.

Hesab edirəm ki, "İçimdə bir şair öldü, bilmədim" misrası böyük bir təəssüfün ifadəsidir. Amma bu da bir taledir. Bunu özümüz müəyyənləşdirmirik. İçimdə bir şair öldürsəm də, hər halda millət vəkili, diplomat, siyasətçi kimi də xalqıma xidmət etmək imkanları əldə etmişəm. Onu da deyim ki, hər bir şairin içində ölən şeirlərinin sayı, üzə çıxardıqlarının sayından dəfələrlə çoxdur.

- Musa müəllim, artıq 25 ildir ki, ölkədə bir çox qanunlarının hazırlanmasında iştirak edirsiniz. Xüsusilə, əmək və sosial siyasət sahəsində hazırlanan və qəbul olunan qanunları necə dəyərləndirirsiniz? Sizcə, qəbul olunan qanunlar cəmiyyətimizin gözləntilərini istənilən şəkildə əhatə edə bilirmi?

- Müstəqilliyimizin ilk 20-25 ilində müxtəlif sahələr üzrə daha çox çərçivə qanunlarını qəbul etdik. Demək olar ki, artıq bütün çərçivə qanunlar qəbul olunub. İndi isə qanunların təkmilləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması prosesi gedir. Ona görə də son dövrlərdə qanun yaradıcılığı prosesi daha çox mövcud qanunlara əlavə və dəyişikliklər edilməsi istiqamətində inkişaf edir.

Yeniliklərin tətbiq olunması, xüsusilə informasiya texnologiyalarının inkişafı ilə bağlı olaraq daha çox sosial məsafədən idarə edilmə imkanlarının yaradılması, elektron hökumətin qurulması ilə bağlı qanunlara əlavə və dəyişikliklər olur. Amma bəzən yeni qanunların da hazırlanmasına ehtiyac olur. Bizim komitənin işləri arasında pensiya, müavinət təminatı, insanlarmızın məşğulluq məsələsi, sosial sığorta ilə əlaqədar olan qanunvericiliyin hazırlanmasını vuğulamaq olar. Son illərdə qəbul etdiyimiz ən mükəmməl qanunlardan biri “Turizm haqqında” Qanundur. “Əmək pensiyaları haqqında” Qanuna kifayət qədər dəyişikliklər etmişik. Pensiya sisteminin sosial sığorta prinsiplərinə uyğunlaşdırılmasını artıq təmin etmişik. Pensiya fondu kifayət qədər böyüyüb. Əmək Məcəlləsinə əlavə və dəyişkliklər olundu, xüsusilə qadın əməyinə olan bir çox məhdudiyyətlərin aradan qaldırılmasına nail olduq.

Qanunlarımızın beynəlxalq qanunlara, normallara uyğunlaşdırılması prosesi gedir.

Qanun yaradıcılığı müvafiq qurumlarla əlaqəli şəkildə həyata keçirilir. Hər bir qanunun həm maliyyə təminatı, həm də iş prinsipinin icra mexanizmi olmalıdır. İş mexanizmi yoxdursa, qanunu hazırlayıb ortaya qoysan da, işləməyəcək. Yaxud elə qanun var ki, icrası üçün milyonlarla vəsait lazımdır. Əgər yoxdursa, qanun işləməyəcək.

Onu da deyim ki, Milli Məclisin plenar və komitə iclaslarında görünən fəaliyyət Milli Məclis fəaliyyətinin bəlkə 10 faizidir. İşlərin 90 faizi Milli Məclisin mətbəxində, yəni arxa planda görülür. İşçi qrupu formalaşdırmışıq. Mütəmadi müxtəlif dinləmələr keçiririk. Aprel ayında ölkədəki məşğulluğun vəziyyəti ilə bağlı bir dinləmə keçirəcəyik.

Sahibə xanım Qafarova Milli Məclisin sədri seçildikdən sonra parlamentdə dinləmələr daha geniş vüsət alıb. Müxtəlif ictimai-sosial yükü olan məsələləri dinləmələrə çıxarırıq. Bəzən bir qaununda, hətta bir sözün dəyişilməsi günlərlə müzakirə edilir. Eyni zamanda, dediyim ki, beynəlxalq fəaliyyətmiz çox geniş şəkildə mövcuddur. Bunların çoxu işıqlandırılmır. Ona görə də bəzən insanlar fikirlərşirlər ki, deputatların işləri azdır, Milli Məclis iclaslarında bir az danışır, dağılışırlar.

- Bu il minimum əməkhaqqı və pensiyalar artırıldı. Amma yüksələn qiymətlərlə müqayisədə artırılan məbləğlərin az olduğu müzakirə olunur. Bununla bağlı nələri deyə bilərsiniz?

- Sizə qarşılıqlı bir sual verim. Dünyanın harasında kim öz əməkhaqqı və pensiyasının məbləğindən razıdır? Və heç vaxt da onun artmasını istəmir? Dinamika və müqayisədə təhlil aparsaq, görərik ki, son 5-6 ildə Azərbaycanda pensiyanın minimum məbləği 2,5 dəfə, yəni 250 faiz, pensiyanın orta aylıq məbləği 2,7 dəfə, minimum əməkhaqqı 2,5 dəfə artıb. Orta aylıq əməkhaqqı iki dəfə, bütövlükdə əməkhaqqı fondu 3 dəfə böyüyüb. İndiyə qədər 5 sosial islahatlar zərfi qəbul olunub. Bunlardan 4-ü 2025-ci ilə qədər qəbul olunub ki, onların ümumi büdcədən əlavə maliyyə yükü 7 milyard manatdır. 4 milyon insanımız bəhrələnib. Ötən il dekabrın 23-də Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı oldu. Miniumum əməkhaqqı 55 manat artırılaraq 400 manata çatdırıldı. Artım yalnız minimum əməkhaqqı alanlara şamil edilmədi. Bütövlükdə həm özəl sektorda, həm büdcədən maliyyələşən təşkilatlarda çalışan və vahid tarif cədvəli üzrə maaş alan hər kəsə şamil olundu. 700 min insanı əhatə etdi. Bu, sosial rifahın təmin olunması üçün dövlətin atdığı addımdır. Eyni zamanda, pensiyanın minumum məbləği 280 manatdan 320 manata çatdırıldı. Ötən il orta aylıq əməkhaqqında 8,1 faizlik artım olub. Buna uyğun olaraq, pensiya indeksasiya olunaraq artırıldı. Yaxın aylarda müavinət və təqaüdlər də artırılacaq. Hazırda bununla bağlı təkliflər hazırlanır. Yəqin ki, mart ayının sonunda açıqlanacaq. Yəni, 2025-ci ildə bütün sosial ödənişlər artır. Ancaq insanlar bundan nə qədər razıdır, nə qədər narazıdır? Nədənsə biz ancaq narazıların səsini eşidirik. Razılar heç vaxt danışmırlar. Bəzən sosial şəbəkələrdə aparılan müəyyən kampaniyaları görürük. Bunların çoxu həqiqi narazı insanlar deyil. Araşdırma aparılanda məlum olur ki, narazılıq ab-havası yaradanlar müxtəlif ölkələrin hazırladığı şəbəkələr, trollardır.

Hətta indi bizim bu müsahibədən də bəzi hissələri götürüb yazacaqlar, tənqid yox, təhqir, rixşənd etməyə başlayacaqlar. Təhqir gücsüzlərin silahıdır. Normal adam heç bir zaman qarşısındakını təhqir etməz. Fikir mübadiləsi aparar, alterantiv fikir irəli sürər.

Amma biz o insanlara fikir vermirik. Hər deyilən sözə baxmalı olsaq, irəli gedə bilmərik. İqtidar partiyası olaraq, xalqın bizə verdiyi səslərin etimadını və məsuliyyətini başa düşürük.

Hökumət olmaq çox çətindir. Müxalifət olmağa nə var ki...

Dediyin sözə görə məsuliyyət daşımırsan.

Müxalifətin ədalətli qismi heç olmasa, görülən işləri təqdir edir. Az da olsa, təbliğ edir. Amma eləsi var ki, radikal qruplardır, ancaq neqativləri görür. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və torpaqların azad edilməsi bizim son 250 ildə etdiyimiz ən böyük uğur idi. Amma radikal müxalifət bunu da qəbul etmədi. Xankəndiyə girmədiyimizi irəli sürdülər. Zaman elə gətirdi ki, Xankəndi terrorçulardan azad olundu, bayrağımız sancıldı. Bu dəfə “sağ ol”, - dedilərmi? Başladılar ki, siz gərək buradakı erməniləri getməyə qoymayaydınız, saxlayardınız. Yəni, düşmən hər zaman düşmənçiliyində qalacaq.

“Soros”, USAID kimi mənbələrdən, Azərbaycanı istəməyən, müxtəlif erməni təşkilatı ilə bağlı mənbələrdən qidalananları azərbaycanlı saymıram. Onları xalıqmıza, Vətənimizə, dövlətimizə düşmən sayıram. Düşmənin isə nə dediyinin o qədər əhəmiyyəti yoxdur.

Türk şairi Ziya Paşa deyirdi:

Aynası işdir, kişinin, lafa baxılmaz,

Şəxsin görünər, rütbeyi əqli əsərindən.

Sən də öz əsərini ortaya qoy, biz də qoyaq. Hər gün qarayaxma, təhqir, söyüşlə məşğul olan blogerlər var. Onların da bir dövrü var. İnsanlar artıq bezir. Nə qədər yalana, təhqirə, söyüşı qulaq asmaq olar? Bir qədər sonra onlara da qulaq asan olmayacaq. Və onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar.

- Musa müəllim, ölkəmizdə həkim çatışmazlığı var, müvafiq qurum da bunu deyir. Bu, xüsusilə bölgələrdə problem yaradır. Digər tərəfdən isə həkimlərimiz arasında çalışmaq üçün xaricə üz tutanlar var. Sizcə, həkimlərimiz hansı səbəbdən xaricə gedirlər?

- Həkimlərimizin işləmək üçün xaricə getməyi məni narahat etmir. Onlar azərbaycanlı olaraq qalırlar. Orada da uğur qazanacaqlar. Diasporun formalaşmasına, ölkəmizin müxtəlif yönlərdən tanınmasına xidmət göstərəcəklər.

Bu, bizi narahat etməli deyil. Digər tərəfdən, səhiyyə sahəsində kifayət qədər uğurlu islahatlar gedir.

Bir məqamı vurğulayım ki, sosial islahatlar hər zaman ən sonda aparılır. Müstəqilliyimizin ilk 10 ilini Ümummili Liderin rəhbərliyi altında dövlət quruculuğu proseslərinə, siyasi və hüquqi islahatlara sərf etmişik. Ondan sonrakı 10 il iqtisadi sahədə islahatlar aparıldı. 2015-ci ildən sonra artıq dərin sosial islahatlar başlayıb. Təhsil, səhiyyə, sosial müdafiə sahələrində islahatlar gedir. Bu islahatların ən uğurlulularından biri, məhz icbari tibbi sığortanın ölkəmizdə tətbiq olunmasıdr. İcbari tibbi sığortanın tətbiqi bir çox problemləri həll etdi. Həkim-xəstə münasibətlərini tamamilə tənzimlədi. Həkim, xəstəxana, həkimlərin öz arasında olan münasibətləri nizamladı.

İcbari tibbi sığorta ilə bağlı xeyli işlər aparılıb. Kadr siyasəti həyata keçirilir, rezidentura sistemi formalaşıb. Bunlar vaxt və təkmilləşmə tələb edən prosesdir. Əsas odur ki, istiqamət düzgün müəyyənləşdirilib.

Bu gün səhiyyə sistemində uğurlarla yanaşı, çatışmazlıqlar da var.

Məsələn, heç bir həkim Bakı şəhərində olan maddi-texiniki baza təminatlı xəstəxananı qoyub, ucqar bir dağ rayonunda işləmək istəmir.

Texnologiya çox sürətlə inkişaf edir. Bunların arasında tibbi texnologiya ən sürətli dəyişənlərdəndir. Bu yenilikləri ölkənin bütün xəstəxanalarında qurmaq çətindir. Çoxlu vəsait, kadrlar lazımdır. O baxımdan, mobil tibbi ximətin göstərilməsinə daha çox üstünlük verilməlidir. İlkin səhiyyə xidmətinin keyfiyyəti artırılmalıdır. Daha sonra regional böyük tibbi mərkəzlər yaradıla bilər. Artıq Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan kimi şəhərlərdə bu cür regional mərkəzlər yaradılıb. Bunların vasitəsilə regionları əhatə edə bilərik. Amma dediyim kimi, təcili tibbi yardım xidmətini gücləndirmək yolu ilə. Hər rayonda diaqnostika və dərman vasitələri, peşəkar personalla təmin olunmuş təcili tibbi yardım xidməti olduqdan sonra böyük klinikalara ehtiyac olmaz. Mobil internet əsridir. Xəstəni kardioqamma edib, internet vasitəsilə mərkəzə göndərmək və vəziyyətini bilmək olar. Bütün bunları təşkil etmək müəyyən vaxt tələb edir. Amma ortada niyyət və məqsəd var. Proqram qəbul olunub və bunlar uğurla həyata keçirilir.

- Musa müəllim, necə düşünürsünüz, ölkədə səhiyyə sahəsinin idarə olunması işində iki qurumun fəaliyyətinə ehtiyac varmı?

- Bu, keçid dövrü üçün lazım idi. Çünki dərin islahatları Səhiyyə Nazirliyinin aparması o qədər asan olmayacaqdı. Yeni baxış, yeni kadrlar lazım idi. Müəyyən riskli qərarlar qəbul edilməli idi. Səhiyyə Nazirliyinin ənənəvi, konservativ baxışlardan çıxış etməsi, ola bilərdi ki, o qədər uğurlu yanaşma olmazdı. Yəqin ki, müəyyən dövrdən sonra TƏBİB-lə Səhiyyə Nazirliyinin səlahiyyətlərinin birləşdirilməsi istiqamətində addımlar atılar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yalnız tibbi xidmətləri maliyyələşdirən bir qurum kimi qalar. Proseslərin icrası, tibbi kadrların hazırlanması, onların işinə nəzarət kimi fəaliyyətlər Səhiyyə Nazirliyində birləşməlidir.

- Bu gün əhalinin ciddi problemlərindən biri məşğulluqla bağlıdır. Siz bu sahədə vəziyyəti necə görürsünüz, həlli üçün nələrə ehtiyac var?

- Məşğulluqla bağlı monitorinq apardıq. Ölkədə kifayət qədər vakant iş yerləri var. Problem ondadır ki, heç bir ixtisası olmayan çox sayda insanlarımız var. Bu saat ixtisaslı mütəxəssisə ehtiyac çoxdur. İş üçün müraciət edənlərin isə əksəriyyətinin ixtisası yoxdur. Bu cür insanlara minimum əməkhaqqı ilə iş təklif edilə bilər. Bir çox hallarda isə minimum əməkhaqqı onları qane etmir və işsiz statusunda qalmağı daha üstün tuturlar. Əmək bazarını çox ciddi şəkildə araşdırıb, təhsilimizi hansı istiqamətdə quracağımızı aydınlaşdırmalıyıq. Məzunlar əmək bazarına uyğunlaşdırılmalıdır. Deyək ki, ildə 100 nəfər hüquqşünas tələb olunur, 500 nəfər məzun olacaqsa, 400 nəfər işsiz qalır. O baxımdan, bazarın tələb-təklifi öyrənilməlidir. İş adamları, böyük şirkətlərin sahibləri ali məktəblərlə əlaqədə olmalıdırlar. Onlara lazım olan kadrları ilk kurslardan müəyyənləşdirməlidirlər. Lazım gələrsə, onlara təhsil haqqı, təqaüd məsələlərində dəstək verməlidirlər ki, gələcəkdə özləri üçün kadr kimi hazırlayıb götürsünlər. Özəl və dövlət sektoru daim yeni iş yerlərinin açılmasında maraqlı olmalıdır. İş yerlərinin açılmasına şərait yaradılmalıdr. Ölkə əhalisi artır və gənc əhali sayılır. İldə doğulanlar, hazırda göstərici bir qədər aşağı düşsə də, ölənləri təxminən 60 min nəfər üstələyir. Bundan əvvəl 100 min nəfər üstələyirdi. Deməli, indiki halda əmək bazarına ildə 60-70 min, əvvəlki göstəricini də götürsək, 100 min yeni işçi qüvvəsi daxil olur. Hazırda proses elə gedir ki, ildə 20-25 min iş yeri bağlanır. Həmin insanlara da iş lazımdır. Son nəticədə, ildə təxminən 120-130 min iş yeri açılmalıdır. Bu iş yerlərini həm dövlət, həm özəl sektor açmalıdır.Qarabağda, Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir. İş yerləri də var. Amma artıq məskunlaşan insanlarımızın iş yerlərini müəyyənləşdirməliyik. Gedən insanın orada qalmasından ötrü daimi iş yeri, maaşı olmalıdır. Gözəl binaları tik, iş yeri yoxdursa, o insan orada qalıb nə edəcək? Dövlətin bununla bağlı xüsusi proqramı var və icra olunur.

- Musa müəllim, yəqin ki, Qərbi Azərbaycana qayıdışın reallaşacağı günü səbirsizliklə gözləyənlər arasında siz də varsınız. Qayıdışla bağlı görülən işləri necə qiymətləndirirsiniz?

- Qərbi Azərbaycan İcmasında Müşahidə Şurasının üzvüyəm. Qərbi Azərbaycana qayıdış XXl əsrdə bizim ən mühüm hədəflərimizdən biridir. Ermənistanla bağlayacağımız sülh müqaviləsindən sonra prosesi daha da aktivləşdirməliyik. Bu, ilk növbədə, bizim insan kimi hüququmuzdur. Doğulub-böyüdüyümüz, ata-babalarımızın məzarları olan yerlərə getmək, orada yaşamaq hər birmizin hüququdur. Bu insan hüququ təmin olunmalıdır. Biz ora qorxa-qorxa, erməninin minnətini götürərək deyil, ləyaqətlə, oranın sahibləri, həmin ərazilərdə yaşamaq, işləmək hüququ olan insanlar kimi qayıtmalıyıq.

Bu proses cənab Prezidentin daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Qərbi Azərbaycan İcması qısa müddət ərzində təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə nüfuz qazanmış, özünü tanıtmış ictimai təşkilatdır. Qərbi Azərbaycan İcmasının hər bəyanatı Ermənistanda öyrənilir, həyəcanla izlənilir. Müəyyən qədər qorxu ilə izləyirlər. Bizim heç kimi qorxutmaq fikrimiz yoxdur. Qərbi Azərbaycan İcmasının 100-dən çox bəyənatı BMT-nin sənədi kimi yayılıb. Bu, çox ciddi uğurdur. Amma bu uğurla kifayətlənmək olmaz. İşləri daha da genişləndirmək lazımdır. Ermənistan ictimaiyyətini, hökumətini öz hüququmuzu tələb etdiyimizə, o torpaqlara qayıtmalı olduğumuza həm inandırmalı, həm də məcbur etməliyik. Bizim dava-qırğın etmək, ermənilərdən qisas, intiqam almaq niyyətimiz yoxdur. Gedib öz ata-baba yurdumuzda məskunlaşmaq, ziyarət etmək, işləmək hüququmuz var və bu, Ermənistan hökuməti tərəfindən təmin olunmalıdır. Təəssüf ki, 1988-c ildə və ondan əvvəllər həmin torpaqları tərk edən böyüklərimizin çoxu dünyasını dəyişdi. Hətta, Qarabağın və Şərqi Zəngəzurun azad olunmasını görmədilər. Amma onların ruhu şaddır. Onların həyata keçirə bilmədiklərini cənab Prezidentin rəhbərləriyi ilə gənc nəsil h









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Bu gün, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Bu gün, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Bu gün, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Bu gün, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Bu gün, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Bu gün, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Bu gün, 17:37
Porno saytın təsisçisi həbs olundu
Bu gün, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Bu gün, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Bu gün, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru