Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                 

Kardiologiya İnstitutunda ÖZBAŞINALIQ - direktor nazirin əmrini heçə sayır?
Tarix: 1-07-2024, 17:02 | Çap et
Kardiologiya İnstitutunda ÖZBAŞINALIQ
Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda direktor Gülnaz Dadaşovanın özbaşınalıqları və qanunsuz əməlləri davam edir.

Bu barədə AzToday.az -a İnstituta yaxın mənbələrdən bəlli olub.

Əldə etdiyimiz məlumata görə, hazırda məzuniyyət götürən və xarici ölkələrdən birində istirahət edən Gülnaz Dadaşova öz səlahiyyətlərinin icrasını müavini Rafael Daşdəmirova həvalə edib. Mənbə bunun tamamilə qanunsuz olduğunu bildirib. Belə ki, bu yaxınlarda Səhiyyə naziri Teymur Musayevin əmri ilə Azad Hacıyev Elmi Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi təyin olunub. G.Dadaşova məzuniyyətə gedərkən, qanuna görə, onun səlahiyyətlərini baş həkim Azad Hacıyev icra etməli idi. Hətta nazirlikdən bununla bağlı G.Dadaşovaya müvafiq göstəriş də verilib. Lakin nazirin göstərişini heçə sayan G.Dadaşova səlahiyyətlərinin icrasını qeyd etdiyimiz kimi, Azad Hacıyevə deyil, müavini Rafael Daşdəmirova həvalə edib.

Bunun səbəblərinə gəlincə, hazırda G.Dadaşova ilə A.Hacıyevin münasibətlərinin gərgin olduğu bildirilir. Hətta hüquqları pozulduğu üçün baş həkim baş direktoru məhkəməyə də verib. AzToday.az bir müddət öncə bu barədə yazmışdı (https://aztoday.az/news/270740.html)

Beləliklə, aralarındakı konflikt və A.Hacıyevə etibar etməməsi səbəbindən baş direktor ölkədə olmadığı müddətdə İnstituta rəhbərliyi Rafael Daşdənirova həvalə edib. Hətta vacib sənədlərin imzalanması bir neçə gün R. Daşdəmirov tərəfindən həyata keçirilib.

Digər maraqlı məsələ isə G.Dadaşovanın İnstitutun elmi işçilərinə Azərbaycan Kardioloqlar Cəmiyyətinin 28-29 iyun 2024-cü il tarixlərində keçirdiyi 3-cü Ürək Çatışmazlığında Yeniliklər konqresinə qatılmasına qadağa qoymasıdır. Maraqlıdır, bu axı kardiologiya konqresidir və məntiqlə direktor öz elmi işçilərinin bu yüksək səviyyəli tədbirdə iştirak etməsində maraqlı olmalıdır. Bəs, onun bu məntiqsiz, həm də qanunsuz tələbinin səbəbi nədir? Mənbəmizin sözlərinə görə, bunun bir səbəbi Gülnaz Dadaşovanın öz kollektivinin üzvlərini belə tədbilərdə görmək istəməməsidir:

“Xaraktercə özündənrazı, karyerist olan bu adam hesab edir ki, bütün tədbirlərdə özü iştirak etməlidir. O, işçilərinin belə tədbirlərə qatılmasına qısqanclıqla yanaşır” – deyə institutun əməkaşlarından biri deyir. Digər tərəfdən, görünür, Azərbaycan Kardioloqlar Cəmiyyətinin rəhbərliyinə xoş münasibət bəsləməməsi də bu məsələdə ciddi rol oynayb.

Direktorun özbaşınalığından ehtiyat edən bir çox elmi işçilər, həkimlər və hətta məruzəçilər konqresdə iştirak etməyiblər. Bu baxımdan tədbirdə yaranan boşluq ciddi şəkildə nəzərə çarpıb. Axı ETKİ-nun alim, elmi işçi və həkim kollektivi bundan əvvəlki bütün konqreslərdə iştirakçıların əsas hissəsini təşkil edib. Başa düşmək olmur, direktor Gülnaz Dadaşova niyə öz şəxsi intriqalarına niyə bütün kollektivi qoşur? Axı bu əməli ilə o kardiologiya elminə və kardioloqlar cəmiyyətinin birliyiinə zərbə vurur”.

Ən maraqlı məqamlardan biri də bu günlərdə Səhiyyə Nazirliyində Avropa Kardioloqlar Cəmiyyətinin (ESC) prezidenti, Sürix Universitetinin (İsveçrə) Molekulyar Kardiologiya Mərkəzinin direktoru Tomas F.Lüşerlə görüş zamanı baş verib. Nazir Teymur Musayevin Avropa Kardioloqlar Cəmiyyətinin sədri ilə görüşünə də G.Dadaşova Azad Hacıyevin deyil, öz etibarlı adamı Rafael Daşdənirovun getməsini istəyib. Yalnız T.Musayevin məsələyə müdaxiləsi və G.Dadaşovanın ondan çəkinməsi ilə A. Hacıyevin görüşdə iştirak etməsi ilə nəticələnib.

Məlumatlı mənbə onu da qeyd edib ki, G.Dadaşova Səhiyyə sistemində yüksək vəzifə tutan şəxs tərəfindən himayə olunur:

“Bu məsələ onu o qədər ərköyünləşdirib ki, o, bəzən Səhiyyə Nazirliyindən verilən göstərişləri belə heçə sayır, qanuna zidd olaraq, bir çox ciddi məsələlərdə özünün şəxsi istək və mülahizələrinə əsasən, qərar verir”.

İnstitunun əməkdaşları G.Dadaşovanın əməllərindən ciddi narazıdırlar. Hətta bu məsələ ilə əlaqədar dəfələrlə onun fəaliyyətindən Nazirliyə şikayət də edilib. Maraqlıdır, G.Dadaşovanı müdafiə edən şəxs kimdir ki, nazir T.Musayev onun haqqında tədbir görmək istəmir?

Narazılıq doğuran daha bir məqam isə hazırda G.Dadaşovanın əmri ilə İnstitutda aparılan təmir ilə əlaqədar tətbiq olunan qanunazidd addımlarla bağlıdır. Belə ki, həkim və elmi işçilər sanitar-gigiyenik normalara uygun olmayan şəraitdə işləməyə məcbur edilirlər:

“Təmirin tozu-torpağı yayın bu istisində tibbi personalın başına yağır. Direktorun işsiz-gücsüz qoyduğu insanlar ikinci mərtəbənin dəhlizinə səpələniblər. Təmirlə əlaqədar İnstitutda çarpayı yerlərin sayı azaldığından iş həcmi də azalıb. Buna baxmayaraq, işçilər ancaq növbəti əmək məzunuyyəti və yaxud da öz hesabına məzuniyyət götürməyə məcbur edilir. Həkimlərə isə boş olan palatalara növbələr yazılır. Qəbul şöbəsinin işçisi Əsmər iki gün dalbadal sutkalıq növbəyə çıxmaq məcburiyyətində qalıb. Ikinci növbədən sonra özünü pis hiss etdiyindən ETKİ-nin həyətinə çıxıb. İşçini yerində görməyən direktorun inzibati məsələlər üzrə müavini Azər Mirzəxanlı onun dalınca adam göndərib və iş otağında olmadığı üçün cəzalandırılacağı ilə hədələyib. Fasiləsiz növbədən onsuz da zəifləmiş qız bu hədəyə görə huşunu itirib”.

Məsələ ilə bağlı yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru