İki generaldan Prezidentə şikayət – “80 min pulumu alıblar”
Tarix: 17-03-2022, 13:09 | Çap et
 Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin və digərilərinin cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.
İş üzrə zərərçəkən Hüseyn Səfərov ona qarşı baş verən, lakin bu günə qədər araşdırılmayan cinayət əməli ilə bağlı ölkə prezidenti İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə şikayət məktubu yollayıb.
Zərərçəkən ölkə rəhbərliyinə müraciətində yazır:
“Hörmətli cənab prezident,
Sizin rəhbərliyiniz altında Milli Təhlükəsizlik Nazirliyində Eldar Mahmudovun başçılığı ilə yuva salmış mütəşəkkil cinayətkar quldur dəstə ifşa olundu.
Mən, Hüseyn Səfərov həmin mütəşəkkil cinayətkar quldur dəstənin cinayətləri ilə üz-üzə qalmış Azərbaycan vətəndaşıyam.
Hazırda mən Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 nəfər zərərçəkən şəxsdən biriyəm.
Hörmətli cənab prezident,
İbtidai istintaq zamanı açıqladığım, lakin istintaqın araşdırmaqdan yayındığı bir faktın da araşdırılmasının təmin edilməsini Sizdən xahiş edirəm.
Milli Təhülükəsizlik Nazirliyi tərəfindən qanunsuz və əsassız həbs edildikdən sonra Mövlam Şıxəliyev “Texnikabank” işi ilə əlaqədar zərərçəkən Rövşən Hüseynovun banka əmanət kimi qoyduğu pulu da mənə ödətdirməyə çalışırdı. O vaxt Mövlam Şıxəliyev dedi ki, gəl pulu ödə. Mən də qəti şəkildə ödəməkdən imtina etdim. Həmin vaxt Mövlam Şıxəliyevgil mənim azad edilməyim üçün ailəmdən 2 milyon dollar almağa çalışırdılar. Belə də oldu. Ailəm evlərimizi, maşınlarımızı, övladlarım qızıl-zinət əşyalarını satıb Mövlam Şıxəliyevgilin tələb etdiyi məbləği ödədilər. Bundan sonra Mövlam Şıxəliyev həkim çağırdı, mənim ağır xəstə olduğumu yazdırdı və həkimin arayışını əsas tutub məni azad etdilər.
Qanunsuz həbsdən azad edildikdən sonra da Mövlam Şıxəliyev əl çəkmirdi. Sonradan Mövlam Şıxəliyevin vasitəsi ilə məni Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. O zaman “Kapital” bankın filial müdiri idim. İdarənin şöbə rəisi Şahin (050 211 50 0X) Banka depozit qoymaq adı ilə iş otağıma gəldi. Onun ardınca da 5-6 nəfər “bandotdel” işçisi bankdakı iş otağıma soxuldular. Sanki təhlükəli bir cinayətkarın tutulmasına gəlmişdilər. Bu əməliyyata Teyyub(050 211-69-0X) adında şöbə rəisi rəhbərlik edirdi. Məni özləri ilə “banditizm”ə apardılar. Dedilər ki, əməliyyatı Mirqafar Seyidovun tapşırğı ilə keçiririk. Mirqafar Seyidovun kabinetinə getdik. Mirqafar Seyidov dedi ki, Ramil Usubovun qohumu var, “QAİ” işçisi Rövşən Hüseynov (050 300-16-0X), onun “Texnikabank”a əmanət qoyduğu 80 min dolları sən ödəməlisən. Etiraz elədim, Mirqafar Seyidov dedi ki, nazirin tapşırığıdır, pulu verməsən səni buradan buraxmayacağıq.
Hörmətli cənab prezident,
Yaxın qohumlarımdan birini Mirqafar Seyidovun yanına göndərərək məndən aldığı 80 min dolların geri qaytarmasını istədim. Mirqafar Seyidov da qohumuma deyib ki, əgər ondan şikayət etsək, Hüseyn Səfərovun, ailə üzvlərinin və yaxınlarının başına oyun açaram. İstəsəm həbs etdirərəm, istəsəm də kriminal aləm üzvlərinə tapşıraram, onu vurarlar, bu dəqiqə aradan götürərlər. Mirqafar Seyidov deyir ki, Hüseyn Səfərov pulunu gedib Ramil Usubovdan alsın. Şikayət yazsa, mən Kamran Əliyevlə yaxınam, zəng edib onu tutduracağam.
Hörmətli cənab prezident,
Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsində bu faktın araşdırılmasından yayınırlar. Mövlam Şıxəliyevin Mirqafar Seyidovla əlbir olaraq mənə qarşı törətdikləri cinayəti araşdırmaq istəmirlər. Sizdən xahiş edirəm ki, mənə qarşı törədilmiş cinayətin araşdırılması üçün Baş Prokurorluğa müvafiq tapşırıq verilsin, məndən hədə-qorxu ilə Mirqafar Seyidov tərəfindən alınan 80 min dollar geri qaytarılsın.
Şikayətdə adı çəkilən Rövşən Hüseynovla əlaqə saxladıq. O, “Texnikabank”a əmanət qoymasını, həmin əmanətin Hüseyn Səfərova ödətdirilməsini, Ramil Usubovla qohumluq əlaqələrini inkar etdi.
Lakin “Texnikabank” işi üzrə MTN-də aparılmış 613 saylı cinayət işində Rövşən Hüseynovun adı keçir və banka 100 min dollar əmanət qoyması qeyd olunur”.
Jamaz.info


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
| • Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır – Video
Bu gün, 12:46 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55 |
|
|
|
| • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51 |
|
|
|
| • Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44 |
|
|
|
| • Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39 |
|
|
|
| • Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
| • Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23 |
|
|
|
| • MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22 |
|
|
|
| • Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13 |
|
|
|
| • Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12 |
|
|
|
| • Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11 |
|
|
|
| • “PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
| • Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04 |
|
|
|
| • Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02 |
|
|
|
| • Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01 |
|
|
|
| • “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48 |
|
|
|
| • "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47 |
|
|
|
| • Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42 |
|
|
|
| • Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30 |
|
|
|
| • Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14 |
|
|
|
| • Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10 |
|
|
|
| • Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05 |
|
|
|
| • Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03 |
|
|
|
| • İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54 |
|
|
|
| • TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53 |
|
|
|
| • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42 |
|
|
|
| • “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35 |
|
|
|
| • İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11 |
|
|
|
| • İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09 |
|
|
|
| • Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05 |
|
|
|
| • Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03 |
|
|
|
| • Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01 |
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
|