Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                 

TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi? - İLGİNC GƏLİŞMƏ
Tarix: 23-04-2021, 10:15 | Çap et
TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi?
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin TƏBİB-də keçirdiyi əməliyyat Azərbaycanın səhiyyə sisteminin və onun başında duranların rüşvət, korrupsiya, vicdansızlıq adlı “xroniki xəstəlik”dən heç cür sağala bilmədiklərini, əksinə, koronavirus pandemiyası dövründə bu “xəstəliyin” daha da şiddətləndiyini göstərdi.

Qurumun yaydığı məlumatda deyilir ki, əməliyyat nəticəsində koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanaların baş həkimləri - “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev, eləcə də onların çevrəsinə aid olan şəxslər həbs edilib. Rəsmi açıqlamada deyilir ki, bu şəxslər qabaqcadan əlbir olaraq, koronavirus xəstələrinin özlərinin rəhbəri olduqları tibb müəssisələrində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə rüşvət alıblar. Söhbət hər xəstədən 3000-3500 manat məbləğində pul alınmasından gedir.

Əvvəlcə onu qeyd edək ki, reallıqda alınan məbləğlər pandemiyanın pik vaxtlarında 4000-5000 manatı da keçirdi. İkincisi, rəsmi məlumatda qeyd olunan “qabaqcadan əlbir olaraq” ifadəsini yalnız xəstəxana rəhbərlərinə və onların köməkçilərinə aid etmək doğru olmazdı. Azərbaycan reallıqları nəzərə alınsa, sözügedən xəstəxana rəhbərləri bütün ölkənin diqqət mərkəzində olan koronavirusla mübarizə kimi strateji əhəmiyyətli sahədə özbaşına, açıq-aşkar rüşvət cinayəti törədə bilməzdilər. Odur ki, bu işdən TƏBİB rəhbərliyinin və şəxsən Ramin Bayramlının xəbərsiz olduğu inanmaq, sadəlövhlük də yox, axmaqlıq olar. Həm də ona görə ki, “Yeni klinika”nın artıq həbsdə olan rəhbəri Pərviz Abbasovla Ramin Bayramlının çox yaxın olduqları bildirilir.

“AzPolitika.info”-ya səhiyyə sisteminə aid mənbələrdən daxil olan məlumata görə, P.Abbasovla TƏBİB rəhbərinin yaxın, hətta dostluq səviyyəsində münasibətləri var. Bildirilir ki, onlar bir müddət Bakıdakı özəl klinikaların birində birgə çalışıblar. Lakin külli miqdarda maxinasiya və maliyyə yeyintilərinə yol verdikləri üçün həmin klinikanın sahibi tərəfindən eyni vaxtda işdən kənarlaşdırılıblar. Ancaq görünür, buna baxmayaraq, hansısa əlaqələr, yaxud digər səbəblər hesabına yüksək vəzifələrə təyin olunublar... Bütün bunlardan çıxış edərək demək olar ki, TƏBİB-də keçirilən əməliyyat və həbs olunanların verəcəkləri ifadələr qurumun rəhbərliyinin, o cümlədən şəxsən R.Bayramlının da istintaqa cəlb edilməsilə nəticələnə bilər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, sözügedən xəstəxana rəhbərlərinin artıq çoxdan bəri heç kim üçün sirr olmayan korrupsiya cinayətlərini TƏBİB rəhbərindən gizlin şəkildə törətmələri qeyri-mümkün idi. Ümumiyyətlə, belə əməllər təkbaşına törədilmir. Əgər qurum rəhbərliyi bunu bilib də, heç bir tədbir görməyibsə, deməli bunun müqabilində maddi marağı olub. Və belə çıxır ki, R.Bayramlı ilə P.Abbasovun “əməkdaşlığı” TƏBİB-də də davam edib. Eynilə FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkiminin də məlum əməlləri R.Bayramlıdan gizli törətməsi mümkün deyildi...

Bu arada korrupsiya cinayətlərini vaxtında üzə çıxarmalı olan hüquq-mühafizə orqanlarının fəaliyyətini, daha doğrusu uzun müddət davam etmiş fəaliyyətsizliyini də qeyd etməmək olmur. Məsələ ondadır ki, xüsusilə də pandemiyanın pik vaxtlarında koronavirus xəstələrindən rüşvət alınaraq xəstəxanalara yerləşdirildiyini Azərbaycanda, demək olar, bilməyən yox idi. Evə təcili yardım çağıran vətəndaşların böyük əksəriyyəti şahidlik edə bilərlər ki, çağırışa gələn həkimlərin bir çoxu xəstələrin bu və ya digər xəstəxanaya pulla yerləşdirilməsi üçün vasitəçi olmağı təklif edirdilər. Sosial şəbəkələrdə, mətbuatda bununla bağlı saysız-hesabsız məlumatlar dərc olunub.

Məsələn, elə “AzPolitika.info”-da ötən ilin dekabrında bu mövzuyla bağlı böyük yazı dərc olunmuşdu. Həmin yazıda FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında koronavuirus xəstələrinin yerləşdirilməsi üçün 4000 manat rüşvət tələb olunduğu qeyd edilirdi. Qanunla mətbuatda dərc olunan bu cür materiallar hüquq-mühafizə orqanlarının göstərilən faktla bağlı araşdırma aparmasına əsas verir. Lakin heç bir orqan saytımızda gedən həmin məlumatla maraqlanmadı, soruşmadı ki, bu məlumat sizdə hardandır, pulu verən və alan kimlərdir. Yalnız pandemiyanın üçüncü dalğasının pik həddi yaşanan günlərdə, nəhayət ki, müvafiq orqanlar uzun müddətdir bütün ölkənin bildiyi faktlardan xəbər tutdu və məlum əməliyyatı keçirdi...

Hər halda, necə deyərlər, heç olmamaqdansa gec olmağı yaxşıdır. İndi çox irəliyə getmədən TƏBİB-lə bağlı keçirilən əməliyyatın gedişatını və sonunu gözləmək lazımdır. R.Bayramlının da istintaqa, hətta məsuliyyətə cəlb edilib-edilməyəcəyini zaman göstərəcək və bu barədə hələ ki, qəti bir şey demək mümkün deyil. Çünki Azərbaycanda ən azından Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Eldar Mahmudov, Əli Abbasov və digər bu qəbildən olan nümunələr var ki, onların rəhbərlik etdikləri qurumlarda külli miqdarda korrupsiya cinayətləri aşkarlansa da, özləri məsuliyyətdən kənarda qala biliblər...
AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru